05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ata üz-gözünə bulaşdırdı, XİN “gül” vurdu – Fiasko…

26 Noyabr 2019, 00:44
Manşet
A A
Ata üz-gözünə bulaşdırdı, XİN “gül” vurdu – Fiasko…

Ata Abdullayev adlı bir məxluqun kilsəyə soxulub guya Qarabağ təəssübü çəkirmiş kimi Paşinyana “Umalyayu” deyib üzünə-gözünə bulaşdırmasından sonra növbəti fiasko azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfəri oldu.

Bu “layihə”nin içinə “gül” qoyanlardan biri də Xarici İşlər Nazirliyi idi. İlk gündən səfəri gizli saxlayan, jurnalistləri xəfiyyə kimi qoruyub şəxsiyyətlərini açıqlamayan, az qala məxfi proje olaraq qələmə verən nazirlik bu banal, uğursuz hadisəni indi ört-basdır edə bilmir.

Lap elə deyək ki, Ermənistana və işğal edilmiş torpaqlarımıza səfər təşkil olunurdusa, ən azından qarabağlı jurnalistlər göndərilməliydi.

Bu, həm onlar üçün mənəvi baxımdan böyük xoşbəxtlik, fürsət olardı, ən azı düşmən tapdağında doğma yurdlarının havasını ciyərlərinə çəkərdilər, həm də qayıdanda səfər təəssuratlarını onlardan enerjili, yanğılı, dəqiq kimsə təsvir edə, yaza bilməzdi.

Amma adları media ictimaiyyətinə heç nə deməyən bir neçə ofis jurnalistini Ermənistana və Dağlıq Qarabağa yollayan XİN və bu layihənin təşkilatçıları Ata Abdullayev kimi yarıtmazlıqlarını, işbilməzliklərini ortaya qoydular.

Təsəvvür edin, onlar neçə gündür ki, qayıdıblar, hələ bir sətir məqalə yazmayıblar, üç cümlə səfər təssuratlarını bölüşməyiblər.

Yəqin gözləyirlər ki, icazə verilsin, sonra boz bir yazı üstündə qayçı işə düşsün, rəndələnsin, cəmiyyətə emosiyasız, ruhsuz, informasiya yükü olmayan mənasız bir material təqdim olunsun, o da hələ də olsa…

Amma və lakin Bakıya gəlmiş erməni jurnalistlər çoxdan fikirlərini, təəssuratlarını, müşahidələrini qələmə alıb Ermənistan cəmiyyəti ilə tanış ediblər.

Əslində, jurnalistlərin qarşılıqlı səfərimənasız və boş işdir. Müharibə bitməyib, atəşkəs pozulur, hər iki tərəfdən itkilər yenə olur, “xalq diplomatiyası” fayda vermir, münaqişənin həlli üçün hər hansı “yol xəritəsi”, konsensus mövcud deyil, tərəflərin mövqeyində konstruktivləşmə müşahidə edilmir, Dağlıq Qarabağın muxtariyyatının hansı formatda həlli düsturu tapılmayıb, Ermənistanın yeni hakimiyyəti status-kvonu nəinki qoruyur, Sərkisyan rejimindən fərqli mövqe sərgiləmir, xalqların ictimai rəyində, şüurunda dəyişiklik yoxdur, barışıq üçün hansısa zəmin belə görünmür, o halda jurnalistlərin qarşılıqlı səfərlərində nə məqsəd güdülür?

Üstəlik, XİN yaydığı açıqlamada “Səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar” vurğulanır.

Bəs “işğal edilmiş” ifadəsi niyə yada düşməyib? Hər halda jurnalistlər Lənkərana, Şəkiyə yaxud Xaçmaza getməmişdilər, 1993-cü ildən erməni işğalında olan torpaqlarımızdan, qondarma respublika qurulan ərazilərimizdən gedir.

Görək onlar nə yazacaqlar ki, Azərbaycan cəmiyyətində 5 nəfərin fikrini dəyişsin? Görək onlar Azərbaycan cəmiyyətinə nə göstərə biləcəklər ki, qarabağlılar gedib ermənilərlə birlikdə yaşamağı ağıllarına gətirsinlər?

Jurnalistlərin gedib orada hansısa məlumat hazırlaması və yaxud qondarma rejimdə siyasilərlə görüşüb onlardan müsahibə alması, həmin müsahibələrin təhlili və bunları Azərbaycan auditoriyasına çatdırması çox düzgün yanaşma olardı.

Bir növ informasiya azlığı buzunu sındırmaq olardı. Ancaq bəlli oldu ki, azərbaycanlı jurnalistlərin bir çoxu hələ belə səfərlərə hazır deyil. Onlar ümumi ritorikadan kənara çıxa bilməyiblər.

Ən əsası danışıqlar prosesi 2016-cı ilin aprelindən bu yana getmir. Intensiv danışıqlar prosesi o vaxtdan bu yana dayanıb.

Qarşı tərəf danışıqlardan qaçırdı, bizimkilər istəyirdilər ki, onları o substantiv danışıqlara gətirsinlər. Danışıqlar masasına əyləşdirsinlər. Cəhdlər olurdu ki, danışıqlar davam etsin.

Bu da getmir. İstəsək də, istəməsək də bu, bir həqiqətdir. Çünki bu konfranslarda olan epizodik görüşlər, xarici işlər nazirlərinin görüşləri danışıqlar deyil. Elə bil ki, tanışlıq mərhələsidir.

Tanışlıq mərhələsi isə bitməyib. Ona görə bu gün-sabah görüşlərdə nəsə bir ciddi qərar qəbul olunacağını, nəsə bir ciddi addım atılacağını gözləmək sadəlövhlük olardı…

İlqar Mətin xüsusi olaraq Reportyor.info üçün…

Əvvəlki yazı

Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri başa çatıb –FOTOLAR

Sonrakı yazı

Bakıda daha 6 tələbə qız zəhərləndi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.