16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aslanla Qurbanın didişməsi – Video

02 Oktyabr 2019, 10:17
Siyasət, Seçmə
A A
Aslanla Qurbanın didişməsi – Video

Hüquqşünas Aslan İsmayılovla Londonda mühacir həyatı yaşayan həmkarı Qurban Məmmədov arasındakı virtual savaş səngimək bilmir. Getdikcə güclənən savaş xoşagəlməyən istiqamətlərə doğru yönəlir. Tərəflər bir-birilərinin ünvanına olmazın təhqirlər yağdırırlar.

Hətta A.İsmayılovun Q.Məmmədovun rəhbəri olduğu “Azerifreedom” internet kanalının canlı yayımına çıxması belə, gərginliyi azaltmayıb. İsmayılov verilişi yarımçıq tərk edib.

Məlumat üçün bildirək ki, narazılığın kökündə hüquqşünasın 1993-cü ildə Azərbaycan Parlamentində etdiyi çıxışın videosunu paylaşması durur. Bundan sonra onun Q.Məmmədovla qarşıdurması yaşanır. Onların arasında olan vatsapdakı səs yazısı yayılıb. Həmin yazı bir çox mətləblərin üstünü çılpaqlığı ilə açır.

A.İsmayılovun həmkarına atdığı səs yazısının mətnini təqdim edirik: “Qurban, sənə sonuncu dəfə deyirəm, məndən uzaq ol. Oyunlarını get, özün oyun yoldaşlarınla oyna. Onu-bunu ömrü boyu şantaj etmisən, məni edə bilməzsən. Mən evində olub, düz-çörək kəsdiyimə görə bildiklərimi demirəm. Sənin haqqında biləsən, həddindən artıq çox bilirəm. Ona görə özünü yığışdır, get Rəhimləri, Surətləri, Əlikramları, bu vətən xainlərini qəhrəman et və tarixə də bu cür düş. Sən heç olmasa yaşına-başına abır-həya et. Ailəni, övladlarını necə söydürdün? Bundan utan, heç olmasa”.

Q.Məmmədovun ona cavabı: “Əziz dostum və qardaşım Aslan bəy, hörmətli Aslan İsmayılov, mən səndən uzaq idim və sən özün zorla mənə yaxınlaşdın. Zorla məni məcbur etdin ki, sənin haqqında danışım və bundan sonra da danışacam. Ürəyin istəyən şəkildə haqqımda nə bilirsənsə, de. Oldumu? Sən özün nə işlə məşğul olduğunu çox gözəl bilirsən. Sənin haqqında mənə gələn məlumatları ümumiləşdirib, zaman-zaman xalqa təqdim edəcəm. Çünki sənin kimi adamlar cəmiyyət üçün daha təhlükəlidir, nəinki açıq düşmənçilik edənlər. Səni xalq savadlı, prinsipal hüquqşünas, doğru-dürüst mövqeyi olan insan kimi tanıyır. Bu cəmiyyətə özünü belə tanıtdırmısan. Amma indi aydın olur ki, sən əslində göründüyün kimi deyilsən. Sənin çox çirkin niyyətlərin var. Ona buna böhtan atmaqla, şantaj etməklə, hədə-qorxu gəlməklə uzaq getmək olmaz. Özünü düzəlt. Mən düz-çörək kəsən adam kimi işarə vurdum, səni başa saldım. Sən mənə efirdə deyirsən ki, mənə məsləhət vermək qabiliyyətində deyilsən. Nə deyirsən de, əcəb edirsən. Amma sən çox zərərli hərəkətlər edirsən. Sənin bu gün tutduğun mövqe xalqımızın və dövlətimizin əleyhinədir. Bunu biləsən. Kimlərinsə əli ilə Elvin İsayevə təzyiq etməklə sübut edirsən ki, sən kimsən. Mənə hədə-qorxu gəlib eləmə. Bir şeyi bilməlisən ki, başqası haqqında danışanda cavabını alacaqsan. Ataların bir gözəl misalı var, “söymə dədəmi, söyməyim xan dədəni”. Burada səninlə şəxsi münasibət aparmıram. Görəndəki sən bütün xətləri aşıb, başlamısan açıq şəkildə xalqın mənafelərinin əleyhinə çıxış etməyə, sənə bildiyimi edəcəm, buna qətiyyən şübhən olmasın. Bildiyini danış, danışmasan namərdsən. Rusiyada məhkəmə sədri işləyə-işləyə o boyda işini atıb Azərbaycana niyə, nə məqsədlə qayıtdığını, kimlərinsə vasitəsilə gəlib, qısa müddətdə Prezident Aparatına qədər getdiyini araşdıracağam. Sənin bütün əlaqələrini müəyyənləşdirəcəm. Azərbaycanda xalqın azadlığı uğrunda mübarizə aparan adamlar kənarda qala-qala sən Rusiyada işini atıb, ölkəyə niyə gəlmişdin? Sən döyüşdə filan olmamısan. Bunları araşdıracam, buna sən özün məni məcbur etdin. Mən sənin bütün davranışlarından şübhələnmişəm, özü də uzun müddətdir. Fikirləşdim ki, bəlkə düzələsən. Görünür, səni kimlərsə buna məcbur edir, iradən öz əlində deyil. Yalandan efirdə basıb bağlamaqla deyil ki, özün haqqında uydurma imic yaradasan. Sənin hərəkətlərin kimliyin haqqında kifayət qədər məlumat verir, danışır”.

A.İsmayılov dialoqu bu cür davam etdirir: “Qurban, sənə dedim ki, bildiyini elə. Öz içdiyin suya məni bağlama. Vaxt gələcək hər şey üzə çıxacaq. Haradan su içirsən, bəlli olacaq, kimlərlə birlikdə su içdiyin. Qurban, sən kişilik, abır-həya başa düşsən, o gözəl həyat yoldaşını və qızlarını o cür söydürməzdin. Sən heç nə başa düşmürsən. Ona görə ki, səndə müqəddəs heç nə yoxdur. Allah qorxusu yoxdur. Sən anadangəlmə şantajçı, böhtançısan. Əlindən gələni iki qaba çək. Səninlə çox söz güləşdirməyəcəm. Amma məqamı gələndə sənin kim olduğunu hamı görəcək. Mənim nəsə eləməyimə heç ehtiyac olmayacaq. Ona görə deyirəm ki, özün cəhənnəm, adını qazanmısan, bütün ölkə bilir. O balalarına yazığın gəlsin. Bu, sənə məsləhətimdir”.

Q.Məmmədov: “Narahatçılıq keçirdiyinə görə təşəkkür edirəm. Bunu biləsən, ailəmi söyənlər var ki, zamanı gələndə bir-bir cavab verəcəklər, paylarını alacaqlar. Sənə məsləhətim odur ki, özünü yaxşı apar. Ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Oldumu?”

A.İsmayılov: “Qurban, bundan sonra sənin heç bir yazına, çıxışına cavab verən deyiləm. Abrımı qoruyanam. Amma bil ki, ilahi ədalət var. Sənin kimilər mənim üçün heç nədir. Mənə etdiyin pisliklərə, yalanlara, böhtanlara baxmayaraq, sənə də kinim yoxdur. Ümumiyyətlə, dünyada heç kimə kinim yoxdur. Bir devizim var, xoşbəxt olmaq istəyirsənsə, içini təmiz saxla, yaradan sənə kömək olacaqdır. Bundan sonra nə bilirsənsə, onu da et. Mənə ağıl vermək sənin kimilərin işini deyil. Tarix kimin-kim olduğunu göstərəcək, kimin yaramaz, şərəfsiz, satqın, oyunçu olduğunu”.

Son cavab Q.Məmmədovdan gəlir: “Aslan, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Dediklərin çox gözəl səslənir. Amma həyatdakı reallıqla qətiyyən uyğun deyil. Kaş dediklərinə uyğun yaşayardın. Aslan, çox gözəl bilirsən ki, hansı oyunun içərisindəsən. Səni kimlərin idarə etdiyini çox gözəl bilirsən. Vaxtı ilə iki nəfər arasında olan söhbətləri açıb, danışası deyiləm. Gözəl bilirsən ki, 2010-cu ildə seçkidə sənə iştirakı kim təklif etmişdi, nə məqsədlə etmişdi. Sən 1993-cü ilin iyunundan bu günə qədər ömrünü bu hakimiyyətə xidmətdə keçirmisən”. (Musavat.com)

https://www.youtube.com/watch?v=FX0AvwKuA9M

Əvvəlki yazı

Ziya Məmmədov: “Heç vaxt şeir yazmamışam”

Sonrakı yazı

Jurnalistlərin “kupça”sı verilir

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.