11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Asim Mollazadə: “İnanmıram ki, onların bizə qarşı planı var”

28 Avqust 2019, 11:00
Siyasət, Seçmə
A A
Asim Mollazadə: “İnanmıram ki, onların bizə qarşı planı var”

Avqustun 22-də İran yeni “Bavar-373″ tipli zenit raket kompleksini sınaqdan keçirib. Sınaq atışında iştirak edən İranın müdafiə naziri Əmir Xatəmi kompleksin Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verildiyini bildirib. ”Bavar-373″ Rusiyanın S-400 sistemlərinə yaxındır.

Bu yaxınlarda isə Rusiyanın raket sınağı zamanı baş verən qəza nəticəsində nüvə radiasiyasının sızıntısı qeydə alınıb.

Rusiya Meteoroloji İdarəsi ölkənin şimal-qərbindəki Arxangels vilayətində radiasiya sızıntısının ortaya çıxdığını açıqlayıb. Virtualaz.org xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin vəzifələrini icra edən Aleksey Karpov həmin poliqonda ABŞ-ın raketdən müdafiə haqda SSRİ ilə bağlanmış müqavilədən çıxmasına cavab olaraq işlənib hazırlanan silahın sınaqdan keçirildiyini açıqlayıb.

Bu raket haqda prezident Putin ilk dəfə ötən il danışmışdı. “Burevestnik” səsdən iti uçan, qeyri-məhdud radiusa malik və nüvə mühərriki ilə işləyən, eyni zamanda nüvə başlığı daşıya bilən raketdir. Həmin raketə qarşı istənilən mövcud və perspektiv raketdən müdafiə sistemi effektsizdir.

“Avqustun 8-də Severodvinsk ətrafındakı poliqonda aparılan sınaqlar bizim ABŞ-ın 2002-ci ildə raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqda Müqavilədən birtərəfli qaydada çıxmasına cavab olaraq işlənib hazırlanmaqda olan silahla bağlı idi”, – rusiyalı diplomat bildirib.

Daimi nümayəndənin sözlərinə görə, insident rayonunda radiasiya fonu hazırda norma daxilindədir. Bu arada Norveçin nüvə mütəxəssisi də Severodvinsk poliqonundakı partlayışın mini nüvə reaktorunda baş verdiyini bildirir. Mütəxəssis partlayış nəticəsində ətrafa yayılan izotoplara əsasən bu qənaətə gəlib.

Belə ki, Rusiyanın “Rosgidromet» dövlət agentliyinin bildirdiyinə görə, qəzanın baş verdiyi Severodvinsk şəhərində radiasiyanın yüksəlməsinə izotopların dağılması nəticəsində formalaşmış inert radioaktiv qaz buludu səbəb olub. Bu izotopların Stronsium-91, Barium-139, Barium-140 və Lantan-140 olduğu, uyğun olaraq 9,3 saat, 83 dəqiqə, 12,8 gün və 40 saat yaşadığı açıqlanıb.

Norveçdən nüvə təhlükəsizliyi eksperti deyir ki,  Rusiyanın şimalındakı hərbi poliqondan buraxılan barium, stronsium və lantan izotopları burada nüvə reaktorunun partladığını göstərir, Moskvanın iddia etdiyi kimi raket mühərriki üçün yanacaq mənbəyinin, yaxud raketin deyil. “Barium və stronsium kimi izotoplar nüvə zənciri reaksiyasından yaranır. Bu, nüvə reaktorunun partlamasının sübutudur”, – Norveçdə işlənmiş nüvə yanacağının təhlükəsiz idarə olunmasını öyrənən hökumət agentliyindən Nils Bohmer deyib. Ancaq Bohmer əlavə edir ki, əgər mühərrikdə “izotop mənbəyi” partlasaydı, Rusiya dövlət hava agentliyinin avqustun 26-da bildirdiyi kimi, havada qısaömürlü izotopların qarışığı aşkarlanmazdı.

Göründüyü kimi, iki qonşu ölkədə raket sınaqları keçirilir. Region dövlətlərinin sürətlə silahlanması Azərbaycan üçün hansı təhlükəni daşıyır? Bu silahlanma ilə bağlı narahat olmağa əsas varmı?

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya və İranın silahlanmasını böyük dövlətlərlə olan mübarizə ilə əlaqələndirmək lazımdır.

A.Mollazadənin fikrincə, hər iki dövlət Orta Şərqdə əməliyyatlar üçün belə silahlanır: “Onların gücü var ki, raketsiz belə qonşu ölkələrə qarşı əməliyyatlar keçirsinlər. Lakin inanmıram ki, Rusiyanın və İranın Azərbaycana qarşı belə planı var. Bakı siyasətini elə qurub ki, hamı ilə münasibətlərini xoş saxlamağa çalışır”.

Deputat hesab edir ki, Azərbaycanın güc mərkəzləri ilə əməkdaşlığı var və bu, bölgənin təhlükəsizliyinə müsbət təsirini göstərməkdir.

A.Mollazadə Ermənistanın əli ilə Azərbaycana qarşı təxribatlar olmasını istisna etmir: “Hansısa güclər sabitliyi pozmaq üçün düşmən ölkədən istifadə edə bilərlər. Ancaq indiki halda ölkəmizə qarşı Rusiya və İranın əməliyyat planları olduğunu düşünmürəm”.

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Azərbaycanın yaxın qonşularının silahlanmasının gündəmə gəlməsi başadüşüləndir. Onun fikrincə, xüsusən İranın uranın zənginləşdirməkdə limiti keçməsi narahatlıq doğurur: “Tehranın xarici işlər naziri Cavad Zərif belə izah edir ki, bizi buna məcbur edirlər və ölkəmizi qorumaq naminə addımlar atmalıyıq. Lakin müharibə olacağını güman eləmirəm. Əgər olacaqsa, Azərbaycana təsirləri qaçılmazdır. Çünki silahlar üstümüzdən uçacaq və ərazilərimizə düşə bilər. Amma hələ ki ABŞ-İran gərginliyi diplomatik müstəvidədir, söz savaşı getməkdədir və müharibə bu gün üçün real görünmür”.

R.Məmmədovanın sözlərinə görə, ABŞ Gürcüstanda hərbi baza qurmağa hazırlaşırsa, Rusiyanın Ermənistanda bazası varsa, bu halda NATO tərəfdaşı olan Türkiyənin Azərbaycanda hərbi bazasını yaratmağa ehtiyacımız var:

“Ona görə ki, qardaş dövlət olaraq hər hansı risk yarandığı halda kömək edə bilsinlər. Amma hazırda Rusiyanın və İranın silahlanması bizə problem yaratmır və Azərbaycan balanslı siyasət aparır. Eyni zamanda müharibə olacağı təqdirdə Azərbaycan heç kəsə icazə verməz ki, ərazisindən qonşu ölkə vurulsun”.

Qeyd edək ki, “RİA Novosti” Pentaqonun hipersəs silah sahəsində uğursuzluqlarından və planlarından yazıb.

Rusiya dünyada yeganə ölkədir ki, hipersəs silaha malik olduğunu rəsmi olaraq bəyan edib. ABŞ isə hələ ki bu sahədə geri qalır. Amerikalılar ballistik döyüş başlıqlı hipersəs raketlər yaratmağa çalışdıqlarını gizlətmirlər.

Onlar hətta bir neçə belə silahı sınaqdan keçiriblər. Lakin sınaqların nəticələri göstərir ki, ABŞ hələ bu sahədə Rusiyadan geri qalır.

Əvvəlki yazı

Aydın Mirzəzadə: “Türkiyədəki YAP-ın iqtidara gəlməsini…”

Sonrakı yazı

Bərdədə ərşə qalxan Vidadi İsayev zülmü: hökumət üçün SOS – Faktlar

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.