20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Asif Əsgərovun yaxın adamı ağacları kəsdirdi – Yerində bina tikir (FOTOLAR)

31 İyul 2018, 01:02
Seçmə
A A
Asif Əsgərovun yaxın adamı ağacları kəsdirdi – Yerində bina tikir (FOTOLAR)

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 30-35 il əvvəl tikilmiş kooperativ binaların həyətində  yaşıllıq sahəsini məhv edərək 15 mərtəbəli bina tikirlər. Aprel ayının ortalarından “Yeni ev -19” tikinti şirkəti tərəfindən başlanan inşaat işləri üçün həyətdə vaxtilə sakinlər tərəfindən əkilən 50-yə yaxın çoxillik meyvə və digər ağaclar kəsilib, 149 saylı Mənzil Tikinti Kooperativinin ərazisi zəbt olunub.

Bu barədə virtualaz.org-a H. Seyidzadə küçəsi, 5 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinləri bildiriblər. Onların sözlərinə görə, tikinti aparılan onlara məxsus tikinti kooperativinin ərazisi olsa da, aylardır ki, öz pozulmuş haqlarını bərpa edə bilmirlər.”Bu bina tamamilə qeyri-qanuni tikilir. 1985-ci ildə bizim yaşadığımız bu binanın xəritəsi tərtib olunanda həmin ərazi də 149 saylı MTK-nın ərazisi kimi göstərilib. Hazırda tikinti gedən ərazidə 50-yə yaxın ağac var idi, hamısını qırıblar. Həm də Şəhərsalma və Tikinti Məcəlləsinin qaydaları pozulub, çünki binaların arasındakı məsafə azı 30 metr olmalıdır.  Amma bu ərazi ilə bizim bina arasında məsafə heç 15 metr yoxdur.  Ümumiyyətlə, bura bina yeri deyil. İndi tətildir, o qədər hiss olunmur, məktəb başlananda bu yoldan avtomobillərin əlindən keçmək olmur. Siz təsəvvür eləyin ki, burada 15 mərtəbəli bina tikilsə vəziyyət necə olar…”, – deyə sakin Rabil Sadıxov bildirir.

Sakinlər deyirlər ki, binalarına bitişik inşa olunan yeni bina onların rahatlığını pozur, həyətdə oynayan uşaqlara təhlükə yaradır. Digər tərəfdən isə, bina əsasən gecə saatlarında və keyfiyyətsiz tikildiyindən hər an başlarına uçma təhlükəsi ilə yaşayırlar.Şikayətçilərin sözlərinə görə, bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Prezident Aparatına 89 nəfərin imzası ilə yazılı müraciət olunub. Əgər müraciətə cavab verilməsə və bu tikinti dayandırılmasa  117 mənzildə yaşayan 400-dək insanın həyatı təhlükə altında qala bilər.

Şikayəti araşdırmaq üçün binada tikinti işləri görən şəxslərə yaxınlaşsaq da, suallarımıza cavab vermək istəmədilər.

“Yeni ev–19”  şirkətinin  ünvanı, ofisi və əlaqə nömrələri barədə internet mənbələrində məlumat yoxdur. Bununla belə KİV-lərdə, bir sıra internet portallarında bu şirkətin və daha bir neçə adda MMC-nin sahibi Fədai İmanovun əməlləri barədə bəhs edilir, şikayətlər əksini tapır.Fədai İmanov “Yeni ev-19” MTK-dan başqa, o “EFEM-2016” MTK, “Daim” MTK adlı şirkətlər təsis edərək Nəsimi rayonu ərazisində əsasən yaşayış binalarının həyətlərinin zəbt edilməsi yolu ilə  çoxmərtəbəli yaşayış binaları inşa edib. Virtualaz.org ötən il Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində Fədai İmanova bağlı şirkət tərəfindən binaların həyətində ağacları qıraraq qanunsuz bina tikintisi ilə bağlı şikayəti araşdırmışdı. O vaxt sakinlərin çoxsaylı şikayətlərinə, etirazlarına baxmayaraq bina tikildi və mənzillər satıldı.Sakinlərin şikayətlərini araşdırsaq da, həmin bina tikildi də, mənzillər satıldı da. Bundan başqa, eyni küçədə daha bir yaşıllıq sahəsinin məhvi də bu şəxsin adı ilə bağlıdır. O, yaşıllıqları məhv edərək  tikinti aparmaq istəsə də, sakinlər etirazlara başladı və mətbuatda ağacların problem işıqlandırılandan sonra tikinti müvəqqəti dayandırıldı.

Mətbuatda həmçinin Fədai İmanov barəsində dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Departamentinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və digər qurumların xəbərdarlıqları ilə qarşılaşdığı haqda xəbərlər yer alır. Amma “gözəgörünməz” tikinti baronu İmanovu heç kim və heç nə, o cümlədən prezident İlham Əliyevin bu günlərdə Nazirlər Kabinetinin iclasında Bakıda binaların həyətlərini zəbt edib heç bir şəhərsalma normalarına əməl edilmədən binalar tikənlərə ünvanlanmış qəzəbli mesajları dayandıra bilmir. Deyilənlərə görə İmanov Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova yaxın adamdır və onun himayəsinə arxalandığı üçün heç kimi saymır. İmanovun özü ilə əlaqə saxlamaq mümkün olmadığından ona ünvanlanmış suallar da cavabsız qalıb…

 

Əvvəlki yazı

İlham Əliyev Naxçıvan şəhərinə yeni icra başçısı təyin etdi

Sonrakı yazı

2 ŞİRKƏT RƏHBƏRİ HƏBS OLUNDU – Rəsmi açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.