11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Asif Əsgərovun Eldar Mahmudov bandası ilə müdhiş işbirliyi: prezidentə şok dosye…

28 Oktyabr 2018, 23:39
Seçmə, Manşet
A A
Asif Əsgərovun Eldar Mahmudov bandası ilə müdhiş işbirliyi: prezidentə şok dosye…

Paytaxtın Bayıl yamacında və Badamdardakı sürüşməyə görə Səbayel Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı, indi Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbəri olan Asif Əsgərovun başı “kötükdə”dir.

Reportyor.info-nun əldə etdiyi xəbərə görə, A.Əsgərovun 2009-cu ildən 2015-ci ilə qədər Səbayelə rəhbərlik etdiyi dövrdə sürüşmə zonasında tikintilər intensiv xarakter alıb.

 

Asif Əsgərov Yavər Allahverdiyevi qurban verir

 

Bu araşdırmalar və real statistika prezident İlham Əliyevin masasına qoyulub. Dövlət başçısının kifayət qədər bu məsələdən qəzəbləndiyi bildirilir.

Bakının keçmiş meri Hacıbala Abutalıbovun sürüşmə massivində torpaqların satışında onun rolunun olmasını təkzib etməsi diqqəti Eldar Əzizova yönəltmişdi.

Prezidentin tapşırığı ilə aparılan təftiş zamanı məlum olub ki, E.Əzizovun Səbayel icra başçısı olduğu dövrdə Bayıl yamacında villaların tikintisi səngiyib və ən çox qanunsuzluq A.Əsgərovun vaxtına təsadüf edib.

Bu əməliyyat şəbəkəsinin baş “ideoloq”larından biri də Səbayeldə bələdiyyə sədri, sonra A.Əsgərovun başçı müavini olmuş, adı avtoqəzada hallanmış müavin Yavər Allahverdiyev imiş.

Elə buna görə də A.Əsgərov Nəsimi rayonuna icra başçısı təyin olunanda Y.Allahverdiyevi özü ilə apardı.

İndi işlərin üstü açılıb, sürüşmə zonasında vəziyyət gərginləşib, yapon mütəxəssis çağırılması da kar etməyib və dövlət başçısı günahkarların cəzalandırılması tələbi qoyub.

Bu ərazilərdə torpaq satışını və tikintiyə icazəni verənlərin barəsində tədbirlər görüləcəyinə hazırlıq gedir.

İddialara görə, A.Əsgərov “günah keçisi” kimi Y.Allahverdiyevi qurban verməklə vəziyyətdən çıxmağa hazırlaşır. Üstəlik, Allahverdiyevin sabiq MTN şefi Eldar Mahmudovla qohumluğu onun cəzalandırılmasını ikiqat zəruri etməkdədir.

A.Əsgərov sürüşmə zonasında qanunsuz sərəncamlar verilməsi və torpaqların satışının həyata keçirilməsi ilə bağlı Allahverdiyevi nişan verə bilər.

Hətta “əsaslandıra” bilər ki, 2009-dan 2015-ə qədər E.Mahmudovla qohum olduğu üçün Allahverdiyevə bata bilməyib. Halbuki, RİH başçısının kassiri idi.

 

MTN bandası və Əsgərova biət edən məmurlar – Siyahı

 

İddialar səslənir ki, vaxtilə A.Əsgərovu MTN-nin caynağından xilas edən Yavər Allahverdiyev olub. Eldar Mahmudov bandası isə Səbayel rayonunda dəyəri yüz minlərlə manat olan bu əraziləri ələ keçirib, sürüşmənin aktivləşməsinin təməli qoyulub.

Asif Əsgərovla Yavər Allahverdiyevin əmrlərinican-başla həyata keçirən Səbayel bələdiyyə sədri Cəbrayılov Firdovsi, Badamdar bələdiyyə sədri Əsədov Həbib olublar.

Yavər Allahverdiyev məhşur qəzadan sonra vəzifəsindən azad edilib və hazırda ciddi biznesə sahibdir.

Hazırda hər iki bələdiyyə sədrləri ciddi nəzarətə götürülüblər. Lakin bələdiyyət sədrləri də, Allahverdiyev də məsuliyyətə cəlb olunmaqla paralel, Asif Əsgərovun əməlləri yoxlanmalıdır.

Necə ki MTN-dəki quldur dəstə E.Mahmudovla A.Çovdarovun təlimatlarına uyğun hərəkət ediblər, eləcə də sözügedən məmurlar da Asif Əsgərova tabe olublar.

MTN-lə olan işbirliyinin nəticəsidir ki, indi Nəsiminin icra başçısı olan Əsgərovun Gürcüstana qədər biznes şəbəkəsi uzanır.

Hətta oğlunun avtoqəzada qatil olması, onun azadlığa buraxılmasında da E.Mahmudovun o dövrkü siyasi gücünün olduğu iddiaları yer almaqdadır.

 

Mahmudov çetesinə Nəsimidə “yaşıl işıq”

 

Reportyor.info Asif Əsgərovun Eldar Mahmudov komandasına yaxınlığının daha bir detalını diqqət mərkəzinə gətirib.

Mediada yayılan xəbərlərə görə, Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 80 ünvanında yerləşən beşmərtəbəli binaları içərisində yaşayış ola-ola, sakinlərin hamısı köçürülmədən söküblər. Söküntünü isə “Fədək” MMC adlı adı indiyədək heç yerdə eşidilməyən şirkət aparmışdı.

Məlum olub ki, söküntünü aparan və sakinlərə yeni mənzillər tikib verməyi vəd edən “Fədək” MMC-nin təsisçisi Yavər Qurbanov bundan əvvəl mənzil dələduzluğuna görə həbs olunub.

O həmin Yavər Qurbanovdur ki, Almaniyada yaşayan Nazim adlı şəxsdən 3 milyon avro vəsait alaraq qeyri-qanuni yollarla respublikaya gətirib.

Tikintidə mənşəyi məlum olmayan qara pulların yuyulma prosesi gedib. Bildirilir ki, həmin Nazim Eldar Mahmudovun çetesinə bağlı olub və Asif Əsgərov bu şəbəkəyə Nəsimi rayonunda da meydan verib.

Mətbuatda yer alan xəbərlərə görə o, həmçinin sabiq MTN şefi Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan “Akula Akif”lə birlikdə 2010-cu ildə “ZAZ” MTK adlı digər tikinti şirkəti də təsis etmişdi.

Yavər Qurbanovun baş nazirin sabiq birinci müavini Abbas Abbasovla da yaxın münasibəti varmış. Bir sözlə, Mahmudova yaxın xəttə həm Səbayel, həm Nəsimidə “yaşıl işıq” yandırmış Asif Əsgərovu yaxşı perspektiv gözləmir.

Ən azı sürüşmə zonasının bədəlini ona ödədəcəklər…Bizdən yazmaq, qarşı tərəfdən isə iddialara münasibət bildirmək – dərc etməyə hazırıq!

REPORTYOR.info

Əvvəlki yazı

Qənirə Paşayeva “Azərbaycan-Türkiyə əlaqələri və Qarabağ problem” mövzusunda konfrans keçirib – FOTOLAR

Sonrakı yazı

Gürcüstanda müxalif namizəd məğlub olduğunu etiraf edib

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.