3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru Seymur Aydın oğlu Mövlayev işdən çıxarılıb.
“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb.
Seymur Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-yə yeni sədr təyin edilib.
Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.