Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 13-cü qurultayı keçirilib.
Reportyor.info xəbər verir ki, sentyabrın 28-də baş tutan qurultayda millət vəkili Arzuxan Əlizadə növbəti dəfə AMİP-in sədri seçilib.
Eyni zamanda, partiyanın 9 Siyasi Şura, 45 Ali Məclis və 7 MNTK üzvü seçilib.
Qurultayda AMİP-in qurucu lideri Etibar Məmmədov çıxış edib.




















