104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Arzu Nağıyev Gədəbəyin Novoivanovka və Çobankənd kəndlərində seçicilərlə görüşlərini davam etdirib.
Reportyor.info xəbər verir ki, A.Nağıyev kənd sakinlərinin problemləri ilə tanış olub, onların qaldırdığı məsələləri qeydə alıb. A.Nağıyev seçicilərin seçkidə iştirakının vacibliyini vurğulayıb.