12-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Manşet
A A
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Azərbaycan beynəlxalq arenada geniş təsir imkanları qazanıb

Azərbaycan Prezidentinin ABŞ-a rəsmi səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da dərinləşməsinə mühüm təkan verdi. Bu səfər, həmçinin, Azərbaycan üçün beynəlxalq arenada daha geniş təsir imkanları yaratdı və regional təhlükəsizlik məsələlərində ciddi irəliləyişlərə səbəb oldu. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, ABŞ Prezidenti 907-ci düzəlişin tətbiqini dayandıraraq, Azərbaycan–ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. 

Səfər çərçivəsində Azərbaycan–Ermənistan münasibətlərində normallaşma prosesi ilə bağlı müsbət dəyişiklər yaşandı. Birgə Memarondum imzalanaraq, sülh sazişinin mətni paraflandı. Bu, regionda uzunmüddətli sülhün və stabilliyin təmin edilməsi istiqamətində vacib bir addım oldu. Həmçinin, regional nəqliyyat əlaqələri, xüsusilə Azərbaycan və Naxçıvan arasında maneəsiz bağlantı məsələləri müzakirə edilərək, bu sahədəki mövcud çətinliklərin aradan qaldırılması üçün konkret addımlar atıldı.

ATƏT-in Minsk Prosesi çərçivəsində birgə müraciət qəbul edilərək, Ermənistan ərazisində yeni kommunikasiya layihələrinin təşkili təklif olundu. Vaşinqton görüşü və orada əldə olunan uğurlar hamının diqqət mərkəzində idi.

Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri Prezident Donald Trampın dəvəti əsasında baş tutub: “Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional sabitliyin təmin olunması baxımından tarixi əhəmiyyətə malikdir. Səfərin əsas məqsədlərindən biri Ermənistan və Azərbaycan arasında ABŞ-ın iştirakı ilə sülh müqaviləsinin hazırlanması və bu istiqamətdə bir sıra sənədlərin razılaşdırılması oldu. Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi. Xatırlatmaq yerinə düşər ki, təxminən üç ay bundan əvvəl Şuşada keçirilmiş Qlobal Media Forumda Prezident İlham Əliyev Donald Tramp haqqında müsbət fikirlər səsləndirmiş, onun prezidentliyi dövründə ABŞ-ın heç bir müharibəyə başlamadığını, əksinə, sülh təşəbbüslərinə üstünlük verdiyini qeyd etmişdi. Bu çıxış dövlət başçısının uzaqgörən siyasətinin və gələcək münasibətlərə verdiyi önəmin göstəricisi idi.

Səfər çərçivəsində prezidentlər İlham Əliyev və Donald Tramp Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalamaları iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edir və yeni mərhələnin əsasını qoyur. ABŞ və Azərbaycan arasında əməkdaşlıq enerji təhlükəsizliyi, ticarət, tranzit və regional bağlantılar, müdafiə və təhlükəsizlik, eləcə də süni intellekt və yeni texnologiyalar sahələrini əhatə edir. Diqqət çəkən mühüm məqamlardan biri də ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycana dövlət yardımını qadağan edən 907 saylı əlavənin icrasının dayandırılması ilə bağlı sənədin imzalanması oldu. Bu düzəliş uzun illər ərzində ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləmiş, Azərbaycan–Amerika münasibətlərində müəyyən gərginliklərə səbəb olmuşdur. Bu məhdudiyyətlərin aradan qaldırılması ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi önəmin göstəricisidir.

Vaşinqton görüşündə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən birgə Bəyannamənin imzalanması mühüm hadisədir. Görüşlərdə Azərbaycanın vacib tələblərindən biri olan ATƏT-in Minsk Qrupunun ləğv edilməsi məsələsi gündəmə gətirilib, bu istiqamətdə ATƏT-ə birgə müraciət ünvanlanıb. Vaxtilə müharibə nəticəsində Naxçıvanla kəsilmiş əlaqənin bərpası, xüsusilə türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi baxımından Zəngəzur dəhlizi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə də Vaşinqtonda razılığa gəlinməsi uğurlu addım hesab oluna bilər”.

İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirdi ki, Vaşinqton görüşü və bu görüşdə imzalanmış sənədlər Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik cəbhədə qazandığı qələbənin göstəricisidir: “Vaşinqton gündəliyi o qədər zəngin və vacib məqamları əhatə edirdi ki, bu, Azərbaycanın regiondakı qələbəsinin okeanın o tayında da təsdiqi oldu. İmzalanmış birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin təsdiqi idi. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru bağlantının təmin edilməsi ilə bağlı tələbi ən yüksək səviyyədə təminat altına allındı. Beləliklə, Vaşinqton görüşü həm Naxçıvanla quru yolun açılması, həm də sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsi məsələsində Ağ Evdən təminat əldə olunması ilə nəticələndi. Xüsusən də Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüşün dost və səmimi atmosferdə baş tutması beynəlxalq medianın diqqətini çəkdi. Görüşdən bir neçə saat əvvəl Trampın sosial şəbəkə hesabında İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını ikinci dəfə paylaşması Azərbaycan rəhbərinə göstərilən münasibətin aydın təzahuru oldu.

Görüş zamanı Ağ Evin rəmzi açarının Prezident İlham Əliyevə təqdim edilməsi isə xüsusi simvolik məna daşıyır. Açarın təqdim olunması etimad göstərilməsi mənasında işlədilən qədim diplomatik jestdir. Bu addım, ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı inamın gücləndiyini ifadə edir”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçi Mətin Məmmədlinin sözlərinə görə, Ağ Evdə liderlərin imzaladıqları Bəyannamədən aydın olur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun rəsmi olaraq buraxılması ilə bağlı müraciət ediblər: “ATƏT-in Minsk qrupunun buraxılması məsələsi son illər iki ölkə arasında aparılan danışıqlar prosesində Azərbaycan tərəfindən haqlı olaraq qaldırılan məsələ idi. Biz Ermənistandan tələb edirdik ki, Azərbaycanla birlikdə Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət edək. Ancaq Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Nəhayət, Vaşinqtonda imzalanan birgə bəyanamədən aydın oldu ki, Ermənistan Azərbaycanın bu tələbini qəbul edib. Ümid edirəm ki, ATƏT ölkələri onların müraciətini yekdilliklə qəbul edəcəklər.

Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı bizim mövqeyimiz siyasi məntiqə əsaslanır. Əgər münaqişə həll olunubsa, nəyə görə onunla məşğul olmalı olan beynəlxalq institut hələ də qalmalıdır? Yəni münaqişə həllini tapıbsa, bu struktura da ehtiyac yoxdur.
ATƏT-in Minsk qrupu bölgədə vəziyyəti gərginləşdirməyə, yenidən münaqişə yaratmaq istəyən güc mərkəzlərinin maraqlarına xidmət edirdi. Onsuz da nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra, faktiki olaraq bu qurum fəaliyyət göstərmir və hər hansı bir danışıqlar prosesində rolu olmayıb. İndiki geosiyasi realıqda ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Təqdirəlayiq haldır ki, Ermənistan sonda Azərbaycan tərəfinin qaldırdığı bu məsələni qəbul etdi. Bilirsiniz ki, Azərbaycan danışıqlar prosesində son illər Ermənistan qarşısında iki haqlı tələb irəli sürürdü: Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi. Artıq bu iki tələbdən biri həyata keçmiş sayılır. Bundan əlavə, Ermənistanın konstitusiyasına dair Azərbaycan tərəfindən irəli sürülən tələblər də ciddi siyasi məqamdır. Bu da uzun müddət davam edən danışıqlar prosesində iki tərəf arasında ciddi razılaşmaların əldə olunmasına səbəb ola bilər.

İstər ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması, istərsə də Ermənistanın konstitusiyasına dair dəyişikliklər, sülhün bərqərar olması üçün mühüm amillərdir. Bu cür məsələlər həqiqətən də iki ölkə arasında sülhün təmin olunmasında mühüm rol oynaya bilər”. (xq)

Əvvəlki yazı

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Sonrakı yazı

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.