Premyer Liqa klubu “Fulhem”in futbolçusu İssa Diop keçmiş həyat yoldaşını hədələdiyi üçün saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, Diop ondan külli miqdarda aliment tələb edən keçmiş arvadını öldürməklə hədələyib. Fransanın Regional xəbər agentliyi “La Depeche du Midi”nin məlumatına görə, 26 yaşlı müdafiəçi hazırda Tuluzada polis nəzarətindədir.
Məlumata görə, Diop bazar günü axşam saat 8 radələrində Tuluzadakı Pullman otelində yaxalanıb. Fransa mətbuatı Diop və 29 yaşlı həyat yoldaşının hazırda boşanma prosesində və bunun cütlük arasında gərgin mübahisələrə səbəb olduğunu bildirib. İddialara görə, Diopun keçmiş həyat yoldaşı böyük məbləğdə pul tələb edib. Ulduz futbolçu isə bu pulu ödəmək istəməyib.
Münasibətlər pisləşdikcə Diopun həyat yoldaşını ‘mən səndən mütləq qurtaracağam’ sözləri ilə ölümlə hədələdiyi iddia edilir. “La Depeche du Midi”nin məlumatına görə, ötən həftə Diopdan xeyli şikayətlər edilib.