06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Arvadından şübhələnən ərin dəhşətli CİNAYƏTİ – Çayxanada boğazını kəsdi

03 Mart 2021, 14:18
Manşet
A A
Arvadından şübhələnən ərin dəhşətli CİNAYƏTİ – Çayxanada boğazını kəsdi

2018-ci il oktyabrın 19-u saat 14 radələrində Xətai rayonunda fəaliyyət göstərən çay evindən xəstəxanaya kəsilmiş-deşilmiş xəsarətlərlə Günel Məmmədova daxil olub.

Reportyor.info BAKU.TV-yə istinadən xəbər verir ki, yaralı həkimlərin səyi nəticəsində xilas olunub. Hadisədən bir saat sonra qadını bıçaqlayan şəxs Nizami RPİ 24-cü PŞ-nə gələrək, təslim olub və cinayət törətdiyini bildirib. O, aidiyyatı üzrə Xətai RPİ 36-cı PB-nin əməkdaşlarına təhvil verilib.

İlkin olaraq İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Məlum olub ki, Şəki rayonunda qeydiyyatda olan 31 yaşlı Rəcəb Məmmədov Bakı şəhərinin Nizami rayonunda yaşayıb, yük daşıma xidmətində sürücü işləyib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Rəcəb Məmmədov bildirib ki, ərindən boşanıb, 2 uşağı olan Günel Adıgözəlova ilə 2013-cü ilin yayında Bakı şəhərində tanış olub. 2018-ci ilin yanvar ayında rəsmi nikaha daxil olduqdan sonra Günel «Məmmədova» soyadını qəbul edib. Həmin vaxt onlar Babək prospektində kirayədə yaşayıblar. Günelin atası ilə anası da həmin mənzilə köçüblər.

Maddi vəziyyətlərinin ağır olduğunu söyləyərək, işləmək istədiyini bildirən Günellə həmin ilin oktyabr ayında münasibətləri korlanıb. Qısqandığına görə arvadının kişilər yığışan yerdə xadimə və ya ofisiant işləməsinə razı olmayıb. Telefon danışıqlarına qulaq asdığına görə aralarında tez-tez mübahisələr olub. Bir müddət sonra Günel ondan boşanmağı tələb edib, oktyabrın 15-də evdən şəxsi geyim əşyalarını götürüb, gedib.

4 gecə idarə etdiyi yük maşınında yatıb, həmin günlər ərzində dəfələrlə zəng etsə də, yoldaşı əksər vaxtlar zənglərinə cavab verməyib, cavab verdikdə isə onu təhqir edib. Günelin başqasını sevməsini fikirləşib, onu güdmək qərarına gəlib. Oktyabrın 19-da işdən icazə alıb səhər saatlarında yaşadığı binanın qarşısına gəlib və arvadının mənzildən çıxmasını gözləyib. Saat 10 radələrində Günelin arxasınca «Şəhrizad» çay evinə gəlib.

Ümumi zalda masanın arxasında tək əyləşən Günelə yenə yaxınlaşıb, «kişilərin yığışdığı yerdə işləməsinə icazə vermədiyini» söylədikdə, arvadı ona «sən kişi deyilsən, ailəni dolandıra bilmirsən» sözlərini deyib, onu təhqir edib.

Oradan, çıxıb təxminən 1 saata yaxın küçədə dayanıb, Güneli qorxutmaq üçün yaxınlıqdakı məişət malları mağazasından bıçaq alaraq gödəkçəsinin iç cibinə qoyub və çay evinə qayıtıb, kabinetdə oturan yoldaşından evə getməsini xahiş etsə də, Günel orda işləyəcəyini bildirib. Sağ əli ilə gödəkçəsinin cibindən bıçağı çıxardıb, onun qarnından 2 dəfə zərbə vurub və ardınca boğazını kəsib. Daha sonra oradan çıxaraq polisə təslim olub.

Məhkəmə iclasında Rəcəb Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Günel Məmmədova təqsirləndirilən şəxsi bağışladığını bildirib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda “xüsusi amansızlıq” əlaməti məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayıb.

Məhkəmə onun əməlini CM-nin 29,120.2.4-cü maddəsindən CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edib. Məmmədovun himayəsində azyaşlı uşağların olması, polisə könüllü təslim olması, əvvəllər məkum olunmaması və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Məmmədov (1987-ci il təv.) 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.

Əvvəlki yazı

Paşinyan Qasparyanın həbsinə əmr verdi

Sonrakı yazı

Peyvənd virusun qarşısını 100 faiz alır

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.