04-03-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Arvad paltarında qaçanlar…” – Siyavuş Novruzov

04 Oktyabr 2019, 12:01
Gündəm, Seçmə
A A
“Arvad paltarında qaçanlar…” – Siyavuş Novruzov

YAP-çı deputat Siyavuş Novruzov dünən “Qarabağ”ın oyununda ermənilərin törətdiyi təxribatdan danışıb. S. Novruzov “Qafqazinfo”ya açıqlamasında cəsarətli və qətiyyətli addımlarına görə futbolçularımıza təşəkkür edib:

““Düdelanj”ın meydançasında 4 qol vurmaq elə həmin təxribata cavab idi. Ümumiyyətlə, ermənilər təxribat törətməklə idmanı da siyasiləşdirməyə can atırlar.  “Eurovision”  müsabiqəsində də belə təxribat var idi. Təqdimatı həyata keçirən diktorun əlindəki emblemin arxasında Ağrı dağın şəkli var idi. Halbuki Ağrı dağı Türkiyənin ərazisindədir.  Dədə- babadan da türkün olub və türkün  də olacaqdır.

Dünən baş verənlər də elə hər şey üst-üstə düşdü. Azərbaycan prezidenti ötən gün Soçidə çıxışında  “Qarabağ Azərbaycandır” deyərək məsələyə nida vurdu. Dağlıq Qarabağ əzəli və əbədi olaraq Azərbaycanın torpağıdır. Bu bir daha onu göstərir ki, Azərbaycanın Ali Baş Komandanı, hər bir əsgəri, idmançısı və vətəndaşı bu məsələdə heç bir güzəştə gedə bilməz.

Ermənilər bu məsələni uzatmaqla çalışırdı ki, insanların yadından çıxarsın və buna sonradan hüquqi don da geyindirdilər. Lakin yeni yetişən gənc nəsil, bütövlükdə Azərbaycan xalqı gün- gündən Qarabağa daha da yaxınlaşır. İstər aprel döyüşləri, istərsə də  ATƏT-in həmsədrlərindən biri olan bir ölkənin ərazisində ölkə başçısının dünənki etdiyi çıxış, istərsə də Azərbaycan futbolçuları Avropanın mərkəzində buna birdəfəlik nöqtə qoydular”.

Deputat təxribatı törədənlərə stadionda kimlərsə tərəfindən istiqamət verildiyini nəzərə çatdırıb: “Orada stadiondan kimsə var idi ki, kənardan onlara birbaşa istiqamət verirdi. Yəni, təxribat stadionun özündə qurulmuşdu.
Meydança sahibləri, hakim, Lüksemburqun idman naziri futbolçularımızdan üzr istədi. Ancaq bu əsas deyil. Birbaşa Lüksemburq dövləti Azərbaycan xalqından üzr istəməlidir. Ona görə ki, bu cür oyunları təşkil edə bilmirlər.

Fikir verirsinizsə, nə üçün  beynəlxalq tədbirləri, yarışları Azərbaycanda keçirirlər?! Biz hətta ermənilərin beynəlxalq yarışlarda Azərbaycana gəlməsinə və onların təhlükəsizliyinin qorunmasına tam şəkildə zəmanət vermişik.

Onlar müxtəlif yarışlarda da gəlib Bakıda iştirak ediblər. Çünki Azərbaycan bütün bu məsələlərin məsuliyyətini dərk edir.  Dərk etdiyinə görə də, həm təhlükəsizlik, həm də hər hansı təxribat baxımından  hər bir məsələni ölçüb-biçir. Ona görə də bütün beynəlxalq forumlar, dövlət başçılarının görüşləri, beynəlxalq idman, musiqi yarışlarını təşkilatçılar həmişə Azərbaycana böyük məmnuniyyətlə salırlar.

Avropa Liqasının final oyunu Bakıda keçirildi. 70 min azarkeşin toplandığı stadionda heç bir təxribat baş vermədi.  Halbuki qabaqcadan deyirdilər ki, hansısa təxribatlar ola bilər.

Lakin Avropanın mərkəzində belə bir tədbirin keçirilən zaman bu baş verdi. O dronun yerinə hər hansı terror aktı da baş verə bilərdi.  Deməli, bunların təhlükəsizlik orqanlarının işi bundan ibarətdir. Ya onlar işləmirlər, yerində deyillər, ya da ki təxribat törədənlərlə birbaşa əlbirdilər. Bunun başqa adı yoxdur”.

Onun sözlərinə görə, bu gün adını azərbaycanlı qoyub mühacir həyatı yaşayan, antiazərbaycan əleyhinə iş aparan vətən xainləri, Dağlıq Qarabağla və dünənki oyunla bağlı bir kəlimə də olsun ermənilərə qarşı münasibətlərini bildirməyiblər:

“Bir də görürsən ki, kimlərsə Azərbaycan səfirliyi qarşısında piket keçirir. Müxtəlif təhqiramiz ifadələr işlədirlər. Buradan arvad paltarında Azərbaycandan qaçan, yalandan özünü siyasi mühacir elan edən insanlar bir daha onu göstərdi ki, erməni lobbisinin hesabına antiazərbaycan fəaliyyəti göstərirlər. Çünki dünənki hadisə nümunədir.

İndiyə kimi biri də səsini çıxarmayıb. Lüksemburqa yaxın yerlərdə yaşayanlar var. Niderlandda qalanlar var. 1 saatlıq yoldur ora getmək. Toplaşıb Lüksemburqda aksiya keçirə bilərlər. Ancaq biz bunu görmürük. Qoy Azərbaycan xalqı da görsün ki, onlar nəyə xidmət edirlər. Onlar vətən xainləridir”.

Əvvəlki yazı

“İnsanların qanunsuz toplantısı planlaşdırılır” – Deputat

Sonrakı yazı

“Stadiona bomba da ata bilərdilər” – Aqil Abbas

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.