Ermənistan Rusiyanın bu ölkədəki hərbi bazasının imkanlarının genişləndirilməsində maraqlıdır.
Reportyor.info-nun verdiyi xəbərə görə, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.
“Rusiyanın Ermənistan Respublikası ərazisindəki hərbi bazasının genişləndirilməsi və potensialının artırılması məsələsi hər zaman gündəlikdə olub. Baza Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün erməni tərəfi həmişə bunda maraqlıdır. Bu səbəbdən bazanın imkanlarının genişləndirilməsi avtomatik olaraq Qafqaz kollektiv təhlükəsizlik bölgəsində ikitərəfli əsasda fəaliyyət göstərən ortaq qrupun potensialının artırılmasına səbəb olur”, – deyə Ermənistan müdafiə naziri qeyd edib.