“Arsenal” Avropa Liqasının 4-cü turunda “Qarabağ”la keçiriləcək oyunun Ağdam təmsilçisinin azarkeşləri üçün nəzərdə tutulan biletlərini satışa çıxarıb.
Qol.az-ın məlumatına görə, ayrılan 500 bilet iki kateqoriyaya bölünüb. 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan satılır. Biletləri iticket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, “Arsenal” – “Qarabağ” matçı dekabrın 13-də Londonda “Emireyts” stadionunda keçiriləcək. Bakıdakı ilk oyunda “Arsenal” 3:0 hesablı qələbə qazanıb.