11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Arif Hacılı mühacir biznesi ilə bağlı mətbuat konfransı keçirib

19 Noyabr 2019, 15:49
Cəmiyyət, Manşet
A A
Arif Hacılı mühacir biznesi ilə bağlı mətbuat konfransı keçirib

Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyada mühacir biznesi ilə bağlı həbslər, Müsavat AKM-in bir neçə üzvünün saxlanılması, bu hadisələrdə partiyanın adının hallanması, ittihamlar səslənməsi ilə bağlı mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, A.Hacılı mühacir mövzusunda Müsavata və bir sıra partiyalara qarşı kampaniya aparıldığını vurğulayıb: “Bir müddət əvvəl Respublika Prokurorluğu istintaq işi başlayıb. Müsavat və AXCP istintaqa cəlb olunub. Bu işlə əlaqədar mən, İsa Qəmbər, Gülağa Aslanlı, Əli Kərimli, Gözəl Bayramlının da bu istintaqda iştirak etdiyini xatırlayıram. Müsavata qarşı iddialara bağlı bir neçə məhkəmələr də keçirilib. Bu məhkəmələrdə iddiaların yalan olduğu sübuta yetirilib. Lakin son günlər bəzi mətbuat orqanları, xüsusən “Yeni Müsavat” qəzeti sifarişlə Müsavata qarşı kampaniya aparır. Deməliyəm ki, yalnız Həqiqət Oğuz xəstə olduğu dövrdə Avropaya getməsini tövsiyə etmişik, başqa bir nəfərə də Müsavat Partiyası Azərbaycandan getməyi tövsiyə etməyib. Amma təzyiqlə üzləşən müsavatçıların partiya üzvü olmaları barədə sənəd vermişik. Onların sayı çox deyil, 200 nəfər olar. Azərbaycanda təzyiqə məruz qalmayan müxalifətçi yoxdur”.

A.Hacılı bildirdi ki, Müsavat Partiyası təzyiqlə üzləşən üzvlərinin arayış alması üçün bir neçə mexanizm müəyyənləşdirib: “Bu sənədlər rayon təşkilatlarına verilir, sonra təşkilat departamenti yoxlayır, ardınca icra aparatı dəqiqləşdirdikdən sonra sənədin verilməsi ilə əlaqədar qərar qəbul edir. Bu mexanizm bir qədər sonra daha da mürəkkəbləşdirildi. Müsavat üzvü xaricə gedibsə, ona sənəd verilmir. Həmin ölkənin miqrasiya idarəsi Müsavata rəsmi sorğu göndərirsə, o halda baxılır və cavab verilir. Eyni zamanda Müsavatın Məclisi qərar qəbul edib ki, partiyanın 2 il üzvü olmayan birinə arayış verilməsin. Xaricdə yaşayan azərbaycanlıların Müsavata üzvlüyü mümkündür. Amma xaricdə yaşayan azərbaycanlıların qəbulu üçün zəmanət tələb olunur, tanınmış olmalıdır, yalnız partiyanın Divanı qəbul edə bilər. Yəni, belə ağır prosedur qoyulub”.

Müsavat başqanı Almaniyanın “Şpigel” qəzetinin yazdıqlarına toxunub: “Qəzet yazıb ki, Almaniyanın bir sıra şəhərlərində reyd keçirilib. Ümumilikdə 38 nəfər həbs olunub. İkisi azərbaycanlıdır. Birinin 49 yaşı var, birinin 57 yaşı var. Sonda dəqiqləşdi ki, həbs edilənlərdən biri Əlövsət Əliyevdir. Onun da Müsavatla əlaqəsi yoxdur. Saxlanılmış digər şəxs Müsavat AKM üzvü Mehdi Xəlilbəylidir. Hazırda istintaq gedir. Mehdi Xəlilbəylinin həbsi Əlövsət Əliyevin həbsi ilə eyni deyil. Vaxtilə sürücüsü olmuş Rəşad Məmmədovun şikayəti əsasında həyata keçirilib. Bu cinayət təqibini həyata keçirmək üçün Rəşad Məmmədovun əsasları göstərilib. Müsavat AKM-in bu məsələlərə aidiyyatı yoxdur. Almaniya məhkəmələrinin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

A.Hacılı özünə qarşı ittihamlardan da danışıb: “Guya Vasif Talıbova məxsus “Sirab” şirkəti ilə şərikəm. Mehdi Xəlilbəylinin eyniadlı şirkəti var və su satan deyil, yükdaşıyan firmadır. Adı da fərqlidir, əvvəlində “Sirab” yazılıb, axırında başqa sözlər qeyd olunub. Bu məsələ absurd və inanılmaz böhtandır. Guya Almaniyda mənim otellərim, mənzillərim var. Bunlar hamısı yalandlr. Kim bu iddianı sübut etsə, onlara bağışlayacam. Mehdi Xəlilbəyli ilə tanışam, amma yaxınlığımız yoxdur. İlham Həsəni yaxşı tanıyıram və icarəyə götürülmüş evdə qalır. Digər saxlanan şəxs Elçin Əkbərovdur. Müsavat heç kəsə dəstək arayışı verməyib. O, 9 və 14 saylı cəzaçəkmə müəssisələrinin rəisi olub. İndi deyirlər ki, Arif Hacılı 14 saylı cəzaçəkmə müəssisəsində olub. Ona qalsa mən bir çox həbsxanalarda olmuşam. Bu adam hakimiyyətə yaxındır, bizneslə məşğuldur”.

A.Hacılı bildirib ki, ittihamlar doğru olarsa, Müsavat üzvü cəzalandırılacaq: “Əgər yalandırsa, məhkəmələrə müraciət edəcəyik, həmin mətbuat orqanları təkzib verəcəklər”.

Partiya başqanının sözlərinə görə, Almaniya səfirliyinin Bakıdakı diplomatik nümayəndəliyi ilə görüşməyi planlaşdırır: “Xatırlayırsınızsa, bir müddət əvvəl Bakıda belə bir çete aşkarlandı. Biz bu prosesin getməsində, məsələlərin araşdırılmasında maraqlıyıq”.

A.Hacılı istefası tələblərinə belə şərh verib: “Əgər hansısa müsavatçı cinayət törədibsə, buna görə özü məsuliyyət daşıyır. Bu əməllərdə mənim iştirakım sübuta yetirilərsə istefa da verə bilərəm, daha sərt addımlar da atıla bilər”.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı jurnalist Yafəz Həsənovun sosial mediada paylaşdığı sənədə münasibət bildirib: “Sənəd 2008-ci ildə Müsavat üzvünə verilib. Onun kimliyi bizə məlumdur. Sadəcə, Azərbaycandadır, ona görə kimliyini açıqlamırıq. Müsavatın Naxçıvan təşkilat sədri Sabir Vəliyev tərəfindən verildiyini özü təsdiqləyir. O, Yafəz Həsənovu tanımadığını bildirib. Həmin şəxsin nömrəsi bizdə var, əgər məsələ məhkəmə müstəvisinə çıxarsa biz məlumatlar verə bilərik”.

A.Hacılı “Yeni Müsavat”ın suallarını da cavablandırıb. Müsavat başqanından “Niyə mühacir biznesi məsələsində məhz Müsavat Partiyasının adı daha çox hallanır”, sualımıza cavabı belə olub: “Çünki Müsavat Partiyası hədəfə alınıb. Bu məsələdə hakimiyyətin manipulyasiyası var. Eyni zamanda bəzi müxalifətdə olanlar kəmfürsət davranırlar, qərəzlidirlər, araşdırmaların nəticəsini gözləmədən fikir bildirirlər”.

A.Hacılı qeyd etdi ki, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov şikayətində dava etdiklərini, Xəlilbəylinin onu döydüyünü də göstərib.

Mətbuat konfransı suallara cavablardan sonra başa çatıb.

Əvvəlki yazı

Novruz Məmmədov yeni vəzifəyə təyin edildi

Sonrakı yazı

İbrahim Məmmədov vəzifəyə təyin edildi

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.