11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Arayik günlərini sayır – Bütün separatçılar rədd olur

13 Oktyabr 2022, 11:39
Gündəm
A A
Arayik günlərini sayır – Bütün separatçılar rədd olur

Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın tezliklə “vəzifəsindən” gedəcəyi gözlənilir. Artıq bir neçə gündür ki, Ermənistan mətbuatı bu məsələni gündəmə gətirərək, separatçı başının devrilməsi, onun yerinə Rusiyadan Qarabağa köçən erməni milyarder Ruben Vardanyan gətirilməsi haqda xəbərlər tirajlayır. Məlumata görə, baş nazir Nikol Paşinyan da Arutyunyanın getməsində maraqlıdır.

 

Belə ki, bu yaxınlarda Arayik paytaxt İrəvanda olmasına baxmayaraq, Təhlükəsizlik Şurasının iclasına dəvət olunmayıb. Məsələ burasındadır ki, Arayik bundan əvvəl dəfələrlə Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılıb. Erməni mətbuatı Arayik Arutyunyanın Praqa görüşünün müzakirə olunduğu Təhlükəsizlik Şurasının iclasına niyə çağırılmadığı sualına cavab axtarır.

“Hraparak” qəzetinin irəli sürdüyü versiyaya görə, Paşinyan Arayikə qarşı bu yanaşma ilə Azərbaycan rəhbərliyini inandırmağa çalışır ki, Qarabağ mövzusu rəsmi İrəvan üçün artıq bağlıdır.

 

“İstisna deyil ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyandan təkcə Qarabağa getməmək deyil, həm də “Artsax rəsmiləri”ni qəbul etməmək, birgə iclaslar keçirməmək barədə birbaşa tələbidir”,- deyə qəzet qeyd edib.

Erməni mediasında yazılanlar onu deməyə əsas verir ki, Arutyunyan tək “postunu” deyil, həm də Qarabağı tərk etməli olacaq.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Kəlbəcərdən seçilən deputatı Aqil Məmmədov bildirib ki, ermənilərin gördüyü işlər barədə əvvəldən proqnoz vermək çətin məsələdir. Çünki onlar sözdə başqa, əməldə başqadırlar.

 

“Ermənilər indi də yeni ssenari üzrə hərəkət edirlər. Nikol Paşinyanın Arayik Arutyunyanla arasının pozulması və onun Qarabağdan qovulması həmin ssenarinin bir hissəsidir. Arayik onsuz da burada qalası deyildi. Ona görə də, indi onu aradan götürmək istəyirlər. Bundan öncə erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa göndərilməsi oyunun bir parçası idi. Bununla Qarabağdakı erməniləri ələ almaq, onları təhlükəsiz şəraitdə olduqlarına inandırmağa çalışırlar”.

 

Deputat vurğulayıb ki, Arayiklə yanaşı, bütün separatçılar Azərbaycan torpaqlarını tərk etməli olacaqlar:

 

“Elə onun yerinə gəlməyə hazırlaşan Vardanyan da burada çox qalası deyil. Rusiya vətəndaşı gəlib Azərbaycanın ərazisində necə “rəhbər” ola bilər? Sadəcə olaraq bu proses gələcəyin işidir. Gələcəkdə separatçılar ərazidən çıxmasalar, Azərbaycan tərəfi antiterror əməliyyatı keçirməklə onları məcbur çıxaracaq”.

 

A.Məmmədov vurğulayb ki, Ermənistanın qurduğu oyunlar bu ölkə üçün çıxış yolu olmayacaq, əksinə özlərini daha pis vəziyyətə salacaqlar:

 

“Sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi Ermənistanın yeganə çıxış yoludur. Qarabağdakı ermənilərə hansısa staus veriləsi deyil, bu məsələ artıq müzakirə mövzusu ola bilməz”.

 

Politoloq Zaur Məmmədov isə Arutyunyanla Paşinyan arasında ciddi problemin olduğunu düşünmür:

 

“Sadəcə olaraq məsələ ondan ibarətdir ki, Ermənistan Qarabağın Ermənistan-Azərbaycan arasındakı danışıqlarda olmadığını elan edib. Bu kontekstdə Qarabağın dağlıq hissəsindəki separatçılarla Ermənistan hakimiyyəti arasında müəyyən fikir ayrılıqları yaranıb. Bu, hətta özünü 2022-ci ilin dövlət büdcəsinin təsdiqi zamanı da göstərib. Çünki yeni büdcəyə görə Qarabağın dağlıq hissəsindəki separatçılara maliyyə yardımı 14 faiz azalacaq. Arayiklə Ruben Vardanyan arasında da problem yoxdur. Əgər problem olsaydı, Vardanyan Qarabağa gətirilməzdi. Hazırda separatçıların əksəriyyəti Vardanyanı Arayikin yerində görmək istəyir. Buna Arayik də etiraz etmir. Çünki başqa çıxış yolu yoxdur”.

 

Politoloq hesab edir ki, Paşinyanın Qarabağın dağlıq hissəsindəki separatçılara təsiri deyildiyindən azdır:

 

“Arayikin qovulub-qovulmaması məsələsi Paşinyan tərəfindən həll edilmir. Samvel Babayan və digər  separatçılarla müqayisədə Arutyunyan Paşinyana daha yaxındır. Vardanyan Paşinyana yaxın olmamaqla bərabər Arayiklə müqayisədə daha təhlükəli rəqibdir. Çünki Vardanyan Qarabağdan Ermənistana gələrək liderlik üçün öz ambissiyalarını irəli sürə bilər. Vardanyanın Rusiyaya, Fransaya yaxınlığı ilə seçilməsi, eyni zamanda müharibə iştirakçısı olmaması onun əhali tərəfindən dəstək qazanmasına səbəb ola bilər”.

 

Politoloq vurğulayıb ki, Ermənistan separatçıları onsuz da tezliklə Qarabağdan qovulacaq:

 

“Erməni separatçıları başa düşməlidir ki, onsuz da Azərbaycan tezliklə yerli ermənilərlə danışıqlardan nəticə əldə edəcək. Beləliklə, yerli erməni icması Azərbaycana inteqrasiya ediləcək. Bu, Azərbaycanın qanunlarına əsasən baş tutacaq. Ancaq yenə də, barışmaz mövqe tutsalar, separatçılar oradakı 15 min erməninin taleyi ilə oynamış olacaq. Azərbaycan Ermənistanla münasibəti normallaşdırdıqdan sonra Qarabağın dağlıq hissəsində inteqrasiya işinə başlayacaq. Bu olmadığı halda Azərbaycanın orada antiterror əməliyyatı keçirməsi aktuallaşacaq. Bunu Xankəndində çox yaxşı bilirlər”.

Əvvəlki yazı

Volodin Ukraynanı hədələyib

Sonrakı yazı

“Olimpiakos” Bakıda məşqə çıxdı

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.