Almaniyada yerləşən qeyri-hökumət təşkilatı (QHT) Sea Watch İnternational bu gün Aralıq dənizində Liviya və Malta arasında göyərtəsində 25 nəfərin olduğu qayığın qəza siqnalı verdiyini və batmaq təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Qayığın başqa bir QHT-yə təcili yardım çağırdığı və qayıqda olan bəzi şəxslərin xəstə olduğu bildirilib.
“Sea Watch International” iyunun 7-də verdiyi açıqlamada Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya İdarəsinin (IOM) məlumatlarına əsasən, təkcə Aralıq dənizində 2023-cü ilin birinci yarısında 1150-dən çox insanın boğularaq öldüyünü bildirib.