Xankəndidəki separatçıların rəhbəri Araik Arutyunyanın qızının toyu baş tutub.
Bu məlumatı “Joxovurd” qəzeti yayıb.
Toya yalnız Arutyunyanın yaxın adamları və qohumları dəvət edilib. Onun kürəkəninin qızının əslən Xocalıdan olduğu bildirilib.
Qeyd edək ki, bundan öncə erməni mətbuatı Arutyunyanın qızının toyunu İrəvanda keçirəcəyi barədə məlumat yaymışdı.