11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Araik Paşinyanla görüşün təfərrüatını açıqladı: “Bakı ilə özümüz danışmalıyıq”

19 Oktyabr 2022, 11:08
Gündəm, Siyasət, Manşet
A A
Araik Paşinyanla görüşün təfərrüatını açıqladı: “Bakı ilə özümüz danışmalıyıq”

Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan İrəvandan Xankəndiyə qayıtdıqdan sonra Ermənistan rəsmilərilə keçirdiyi görüşlərin təfərrüatlarını “müxtəlif dairələrə” təqdim etmək üçün görüşlərə başlayıb.

Arutyunyanın rəhbərlik etdiyi “nümayəndə heyəti” Praqada əldə olunan razılaşmaları Nikol Paşinyandan öyrənmək üçün ötən həftəboyu İrəvanda səfərdə olub. Arayikin dəstəsi Ermənistan  prezidenti, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, parlamentin sədri və sonda çox çətinliklə baş nazir Paşinyanla görüşüb, müzakirə aparıb.

Arayik Arutyunyan bu görüşlər zamanı əldə etdiyi məlumatları “Artsaxın siyasi elitası”na çatdırmağa söz verib.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, dünən Xankəndidə görüş-müzakirələrə başlayan A.Arutyunyan “siyasi qüvvələr”in nümayəndələrini öz qərargahına dəvət edib.

Bildirilir ki, Arayik Nikol Paşinyan və digər İrəvan rəsmilərinin fikirlərini Qarabağ separatçılarının diqqətinə çatdırıb. Ona İrəvanda bildirilib ki, hazırda vəziyyət və geosiyasi proseslər elə qurulub ki, təkcə Qarabağ separatçılarının deyil, həm də Ermənistanın taleyi təhlükə altındadır. Arayika o da çatdırılıb ki, bu baxımdan ən effektiv yol Ermənistanın öz problemləri ilə, Qarabağ separatçılarının isə öz məsələlərilə məşğul olmasıdır.
Bununla belə, Ermənistan rəsmiləri Qarabağ seaparatçılarına maliyyə dəstəyini davam etdirməyə söz veriblər.

Arayik qapalı keçən görüşdə onu da əlavə edib ki, Praqa danışıqlarındakı razılaşmalara görə, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır, bundan sonra beynəlxalq ictimaiyyətin və Ermənistanın dəstəyi ilə birbaşa Bakı-Xankəndi əlaqəsi qurulur və danışıqlar aparılır. Paşinyan separatçıları əmin edib ki, “xilas naminə ayrılma” vacibdir, yalnız bu halda həm Ermənistanı, həm də “Artsaxı” xilas etmək olar.

“Lakin Paşinyan və komandası Ermənistan sülh müqaviləsini imzalayarsa və Bakının tələblərini yerinə yetirərsə, “Artsaxın” ayrılmaqla necə xilas ediləcəyini ətraflı açıqlamayıb”, – deyə “Hraparak yazır.

Arayik Arutyunyanının sözlərinə görə, rəsmi İrəvanın nəsihəti budur  ki, Qarabağ erməniləri açıq şəkildə bəyan etməlidir ki, “heç kim, o cümlədən Ermənistan “Artsaxı” Azərbaycanın bir hissəsi saya bilməz, qoy Ermənistan kənara çəkilsin, “Artsax” qonşuları ilə münasibətlərini özü tənzimləsin.

Nəşrin məlumatına görə, Paşinyan Arutyunyanı inandırıb ki, Arayikin özü də “Artsax məsələsi” üzrə danışıqlarda iştirak edəcək və İrəvan dolayı yollarla kömək göstəriləcək ki, hər şey yaxşı olsun.

Arayikin görüşündə iştirak edən “müxalifət” isə vəziyyətin bu duruma gəlməsindən ciddi narazılıq ediblər. Onlar bildiriblər ki, ya Nikol Paşinyan belə hiyləgərlik etməklə Qarabağın təhvil-təslimini “Artsax xalqı”nın və ilk növbədə Arutyunyanın “cibinə” atmağa çalışır, ya da bu, Arayiklə Nikol arasında razılaşdırılmış hərəkətdir. Xankəndidəki müxalif separatçılar Arayikə deyiblər ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərindən imtina etməməlidir.

“Hraparak yazır ki, Xankəndidə görüş-müzakirələr təşkil etməklə Araik Arutyunyan Qarabağ erməniləri arasında vahid ictimai rəy formalaşdırmağa çalışır və sonda Bakı ilə birbaşa dialoqa başlamağa hazır olduğunu bəyan edəcək.

Paşinyanın fikrincə, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, Moskva artıq “Artsax”dan əlini üzüb və sülhməramlıların Qarabağdakı müddəti başa çatandan sonra bölgədən çəkilə bilər.
Ona görə də Xankəndidəki rejim başa düşməlidir ki, Qarabağ ermənilərinin problemlərini yalnız Bakı ilə birbaşa əlaqələr vasitəsilə həll etmək mümkündür.

Bu kontekstdə Araik Arutyunyanın yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığı da bildirilib.

Əvvəlki yazı

Rusiya Donetski atəşə tutub – 4 dinc sakin ölüb, 12-si yaralanıb

Sonrakı yazı

Xətai icra başçısı Sarayevoda “yaşıl soyqırım”a göz yumdu – VİDEO

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.