20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ara Abramyanın Azərbaycandakı bacısının əri kimdir?

31 Mart 2021, 16:40
Araşdırma
A A
Ara Abramyanın Azərbaycandakı bacısının əri kimdir?

Azərbaycan və erməni xalqlarının yaxın gələcəkdə yaxınlaşmasının, birgəyaşayışının, normal qonşuluq münasibətinin yaranmasının mümkünlüyü barədə nə qədər deyilsə, təbliğat aparılsa da, hazırda mövcud olan mənzərənin tezliklə dəyişəcəyinə ümid etmək yersiz görünür.

Buna xüsusilə də müharibədə acı məğlubiyyətə uğramış Ermənistanın siyasi arenasındakı fiqurlara, erməni cəmiyyətinə, mediasına və s. nəzər yetirdikdə bir daha əmin olmaq olar. İstəsək də, istəməsək də bu qonşu xalqın bizi “həzm etməsi” mümkünsüz görünür və demək olar ki, hər zaman da belə olub…

Lakin buna rəğmən xüsusilə də 1990-cı illərə qədər emənilərlə qarışıq nigahlara kifayət qədər çox rast gəlinirdi. Böyük ehtimalla bu günlərdə mətbuatda sıx-sıx bəhs edilən Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın Azərbaycanda ərdə olan bacısı da məhz həmin illərdə azərbaycanlıya ərə gedib.

Təbii ki, bu cür izdivaclara “ürək-könül məsələsi”, beynəlmiləlçilik, insan haqları və s. kontekstindən yanaşıla bilər və kimsənin şəxsi həyatına müdaxilə etmək doğru olmaz. Zatən Azərbaycanda 30 mindən çox erməninin yaşadığı bildirilir və onlara qarşı hər hansı qanunsuz hərəkətin, təzyiqin şahidi olmamışıq.

Lakin yuxarıda qetd etdiyimiz məsələnin bir “əmması” var. Söhbət ondan gedir ki, Azərbaycana qarşı açıq nifrətini gizlətməyən, ölkəmizə müxtəlif növ çirkin iftiralar atan, Rusiyada anti-Azərbaycan təbliğatının əsas fiqurlarından biri olan həmin bu Abramyanın bacısının Azərbaycanda heç də adi sıravi şəxslərin birinin deyil, hamının uzun illər əsas monopolist kimi tanıdığı, Azərbaycan gömrüyündəki qanunsuzluq, özbaşınalığın təməlini qoyanlardan biri hesab olunan və bu yolla böyük var-dövlət sahibinə çevrilən Əbülfəz Məlikovun həyat yoldaşı olduğu iddia edilir.

Bunu mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, deputat, politoloq Cümşüd Nuriyev deyib və xeyli vaxt keçməsinə baxmayaraq, bu məlumat “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov tərəfindən təkzib olunmayıb. C.Nuriyevsə kifayət qədər məlumatlı şəxs hesab oluna bilər. Yox, əgər deyilənlər həqiqət deyilsə, məntiqlə, istənilən şəxs ailə üzvü barədə yayılan yalana sərt münasibət bildirər, ən azından bu məlumatı təkzib edərdi…

Əgər deyilənlər həqiqətdirsə, o zaman mövzunun maraqlı tərəfi sadəcə, kiminsə ailə məsələsi, şəxsi işi və s. yox, Azərbaycan gömrüyü kimi strateji əhəmiyyət daşıyan, milyardların dövr etdiyi sahədə erməni diasporunun ən aparıcı fiqurlarından birinin yaxın qohumunun əsas söz sahiblərindən biri olmasıdır.

Doğrudur, xeyli vaxtdır ki, Ə.Məlikovun bu sahədən uzaqlaşdırıldığı bildirilir. Lakin faktiki olaraq, uzun illər bu şəxs Azərbaycan gömrüyünü idarə edən 2-3 “bossdan” biri hesab olunub, deməli o, həm də az qala gömrüyün üzərindən uçan hər quşdan da xəbərdar olub.

Yaxşı, Azərbaycanda gömrükdəki “qara işləri” tapşırmaq üçün qatı Azərbaycan düşmənlərindən birilə yaxın qohumluğu olan şəxsdən savayı kimsə tapılmırdımı? Niyə Azərbaycanın çörəyi məhz belə adamlara yedirdilməli idi? Kim zəmanət verə bilər ki, vaxtilə gömrükdən toplanan milyonlardan, hətta yüz milyonlardan Azərbaycan düşməni olan bu erməniyə də “qayın payı”, “dayı payı” göndərilməyib?

Ümumiyyətlə, heç bir millətçilik filan etmədən, sadəcə məntiqdən irəli gələn sual yaranır – Azərbaycanın strateji sahələrində bizimlə düşmənçiliyi bütün dünyaya bəyan olan ermənilərlə uzaqdan-yaxından əlaqəsi olan şəxslərin leqal, yaxud qeyri-leqal formada təmsil olunmasına niyə imkan verilir? Hara baxıb indiyə kimi Azərbaycan gömrüyünə uzun illər boyu rəhbərlik etmiş şəxlər?

Və nəhayət, gömrüyə nəzarətin məhz belə bir şəxsə verilməsi təsadüfidirmi? Əlbəttə ki, yox. Ə.Məlikovun əsas havadarlarının kimliyi nəzərə alınsa, burada “köhnə qvardiya”nın izləri açıq-aşkar görünə bilər. Ona gömrükdə “at oynatmaq” səlahiyyətinin də məhz “köhnə qvardiya” tərəfindən verildiyi şübhə doğurmur. Bu isə sözügedən strateji sahəyə, onun “qara gəlirlərinə” nəzarətin Moskvaya xidmət edən qüvvələrin əlində olmasına, ölkənin giriş-çıxış qapıları barədə mütəmadi olaraq Moskvaya hesabat verildiyinə dair qənaət yaradır.

Digər yandan Ə.Məlikov kimilərin sayəsində gömrükdə yaranan iyrənc durum, açıq-aşkar inhisarçılıq, talançılıq, biznesin rəzil günə salınması nəzərə alındıqda, istər-istəməz qənaət yaranır ki, azca da olsa millət, xalq, dövlət təəssübkeşliyi olan bir şəxs bu mühiti yaratmazdı. Sanki bilərəkdən bu çirkin, ziyanlı, ölkə iqtisadiyyatının, biznesinin təməlini sarsıdan iş məhz ermənilə qohumluğu olan adama tapşırılıb…

Yaxşı olar ki, yuxarıda qeyd edilən suallara cavab verilsin. Və əgər doğrudan da yaxın keçmişimizdə Azərbaycanda sahibkarlığın inkişafına balta vuran, inhisarçılığın təməlini qoyan şəxslərdən biri kimi ad çıxarmış “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun Ara Abramyanla yaxın qohumluğu barədə deyilənlər həqiqətdirsə, o zaman bu şəxsə vaxtilə məlum səlahiyyəti vermiş və onu milyonçuya çevirmiş adamlar həm qanun, həm də vicdanları(əgər varsa) qarşısında cavab verməlidirlər. /Azpolitika.info

 

Əvvəlki yazı

”Kəlbəcər heç vaxt ermənilərin olmayıb” – Erməni deputat

Sonrakı yazı

Azərbaycanda eşşəklərin sayı azalıb – Rəsmi

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.