04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AQTA-nın şantajı Təhməzlini bitirir – gizlinlər…

22 Oktyabr 2018, 13:31
Seçmə
A A
AQTA-nın şantajı Təhməzlini bitirir – gizlinlər…

Ötən günün ən sensasion məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı haqda oldu. Mediada səs-küy və rezonans doğuran onun işdən çıxarılmasının səbəbi idi.

Cahan.info məlumat verir ki, informasiyanı yayan unikal.org kimi iqtidara yaxın və səhih məlumatlar verən saytdır. Sayt yazıb ki, Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan Atəş Təhməzov dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra vəzifəsindən kənarlaşdırılıb.

Atəş Təhməzovun Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin yaxın kadrı olduğu bildirilir.

Akif Muradverdiyev 2006-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmişdi. Onun həbsi isə Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzov və digər kadrlarının işdən çıxarılması ilə nəticələnmişdi.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin digər qardaşı Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sabiq sədri Fərhad Təhməzovdur.

O, öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Fonda ayrılan dövlət vəsaitlərinin böyük bir qismini mənimsədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Hər iki qardaşın dövləti cinayətləri agentlik sədrinin həlqəsini daraldır. Q.Təhməzlini Maliyyə Bazarlarına Nəzarət Palatası sədri Rüfət Aslanlı kimi karyera ulduzunun tez sönməsi gözlənilir.

Hələ illər əvvəl yazılırdı ki, Fərhad Təhməzov özü məmur olduğu üçün mənimsədiyi milyonları qardaşlarının vasitəsilə özəl sahəyə yönəldir. Belə demək mükündürsə, “çirkli pulları” qardaşlarının vasitəsilə “təmizləyir”.

Qardaşların biri Ataş Təhməzov tikinti sahəsində, digər qardaş Qoşqar Təhməzov isə səhiyyə sahəsində kommersiya fəaliyyətini davam etdirir.İndi isə Qoşqar Təhməzov parlayıb.

Amma onun da barəsində xoşagəlməz məlumatlar yayılmaqdadır. Elə bir neçə gün əvvəl AQTA-nın həkimlərinin həbsi buna bir nümunədir. Ondan əvvəl isə agentlik qida sektorunda əsas pay sahibi olan holdinqləri şantaj etməkdə ittiham olunurdu. Agentlik guya ölkəyə virus olan “Tutku”, “Ozmo”, “Pop kek” və s. şirniyyatların gətirildiyi xəbərini yaymışdı.

Sonra həmin şirkətləri təhdid etməklə milyon məbləğdə rüşvət istədiyi iddiaları mətbuatda yayılmışdı Bu dosye halına gələn xəbərlər Qoşqar Təhməzliyə yaxşı perspektiv vəd etmir.

Cahan.info-nun media üzərindən məlumatına görə, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb, keçən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Keçən ilin dekabrında isə məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə Qoşqar Təhməzli təyin olundu.

Amma Qida Təhlükəsizliyi Agentliyi yaxşı niyyətlər üçün yaradılsa da onun sədri Qoşqar Təhməzlinin yaxın ətrafının dövlət agentliyi ilə bağlı ümidləri,fikirləri,ən əsas da niyyətləri tam başqadır.

365info.az saytına daxil olan məlumata görə Qoşqar Təhməzlinin bu yüksək vəzifəyə təyin olunmasına sevinənlərdən biri də ona yaxın olan həmyerlilərindən biridir: 

“Həmin şəxs barədə əldə etdiyimiz məlumata görə, onun banklara 4-5 milyona yaxın borcu var və o böyük ümidlə Qoşqar Təhməzlinin rəhbərlik etdiyi dövlət agentliyinin köməkliyi ilə banklara olan borclarını silmək istəyir.

Bu şəxs Təhməzov qardaşlarının üçünün də qulluğunda duran adamdır. Bu adam dövlət qulluğunda olub yüksək vəzifə tutan yaxınlarından bəhrələnməyi sevən və bunu bacaran insandır. Misal üçün bu şəxsin dövlət işinə heç bir aidiyyatı olmasa da o “AA” seriyalı avtomobillərdə arxa oturacaqda oturur və belə gəzməkdən həzz alır.

Daxil olan məlumata görə həmin şəxsin ali savadı olmasa da Qoşqar Təhməzli vəzifəyə təyin olunan kimi, savad dalınca düşənlərdən biri də o olub.

Neçə vaxtdır ki, “AA” seriyalı avtomobillərində arxa oturacaqda oturub gəzən bu şəxsə bu yaxınlarda sual veriblər ki, “bax birdən Qoşqar sənə də vəzifə təklif etdi, bəs sən o vəzifəyə savadın olmaya-olmaya necə təyin olunacaqsan? Qoşqara deyəcəksən ki, adımı hansısa təhsil ocağına yazdıraram, ancaq oranı mən nə vaxt oxuyub qurtaracağımı bilmirəm?!“

Qoşqar Təhməzlinin banklara 4-5 milyona yaxın borcu olan həmin həmyerlisi “Şurataz LTD” şirkətinin rəhbəri Xaliq Abbasovdur. Bu neqativlər agentlik sədrini prezidentin gözündən salır və onun vəzifəsini itirmək prosesini sürətləndirir.

Əvvəlki yazı

“STAR böyük bir inkişafa səbəb olacaq” – ekspert…

Sonrakı yazı

“Halad dad” MMC-yə ağır ittihamlar

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.