11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AQTA-nın DAHA BİR TENDER “MÖCÜZƏSİ” – Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

18 İyul 2019, 21:18
Seçmə
A A
AQTA-nın DAHA BİR TENDER “MÖCÜZƏSİ” – Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə tabe olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Qurban bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqların alınmasına 1 milyon manata yaxın vəsait xərclədiyinə dair məlumat vermişdik.

Bu institut “Novotrend” MMC ilə İyulun 11-də həmin çadırlarla əlaqədar müqavilə bağlayıb. Müqavilənin məbləği 802 min 624 manatdır. Qeyd etmişdik ki, müvəqqəti çadırlar üçün belə böyük məbləğdə vəsait ayrılması kifayət qədər müəmmalıdır və ən azından israfçılıq təsiri bağışlayır. Onu da qeyd edək ki, həmin “Novotrend” MMC haqqında Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən məlumat almaq mümkün deyil.

Lakin AQTA-nın tender “macəraları” bununla bitmir – qurumun daha bir şübhəli tender “əməliyyatı” üzə çıxıb. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi və ona tabe olan qurum643 min manatlıq iki tenderin qalibi olaraq “Medeks” MMC-ni elan ediblər. Diqqəti cəlb edən, Agentliyin sədri Qoşqar Təhməzlinin əvvəllər bu şirkətin Baş direktoru işləməsidir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi “Laborator sərf materiallarının satın alınması” üzrə elan etdiyi tenderin qalibini elan edib.

“Marja”nın “Dövlət satınalmalarının vahid elektron portalı”na istinadən məlumatına görə, qalib şirkət “Medeks” MMC-dir. “Medeks” Agentliyə laborator sərf materialları satıb. 12 İyul 2019-cu il tarixində Qida Təhlükəsizliyi Agentliyi “Medeks” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır.

Həmçinin İyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün “Medeks” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 599 min 749 manatdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən qurumdur.

“Wikipedia”da verilən məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016- cı illərdə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Mətbuatda hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu iddia edilir. “Medeks” MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və “Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib.

Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən “Medeks” MMC barədə məlumat almaq mümkün deyil.

Əslində, bu məlumata hər hansı şərh verməmək də olardı. Çünki hər şey kifayət qədər aydın şəkildə bir büdcə təşkilatı rəhbərinin öz biznes maraqlarından çıxış etməsinə dair ciddi şübhələrə yol açır. Göründüyü kimi, hətta Q.Təhməzlinin adı hələ də “Medeks” MMC-nin rəsmi saytında şirkətin rəhbəri olaraq keçir.

Təəssüf ki, bu “praktika” təkcə Q.Təhməzlinin qurumuna aid deyil və əksər məmurların rəhbərlik etdikləri dövlət təşkilatlarının tenderlərini məhz öz şirkətləri udur. Bu isə təbii ki, korrupsiya ilə bağlı ciddi şübhələrə yol açır. Ümumiyyətlə , istənilən normal Qərb ölkəsində belə faktlar aşkarlanarsa, bunun korrupsiya faktı ilə bağlı araşdırma başlanmasına yol açacağı şübhəsizdir. Axı korrupsiyanın buynuzu olmur…

“AzPolitika”

Əvvəlki yazı

Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü” – “Sənin işinin adı nədir?”

Sonrakı yazı

Jurnalistlər üçün 3 gün pulsuz müayinə olacaq

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.