11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AQTA-nı sərt tənqid etdilər, sonra “kiberhücum olub” dedilər

14 Mart 2023, 17:22
Gündəm, Cəmiyyət
A A
AQTA-nı sərt tənqid etdilər, sonra “kiberhücum olub” dedilər

Sabahdan Lənkəran Dövlət Universitetinin (LDU) tədris korpuslarında fəaliyyət göstərən tələbə kafeləri fəaliyyətlərini dayandıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, buna səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Ərazi Bölməsi (QTALb) tərəfindən adı çəkilən kafelərdə bir-birinin ardınca əsassız yoxlamalar aparılması və universiteti guya qida təhlükəsizliyi qaydalarına riayət olunmadığına görə cərimələməsidir: “Halbuki, universitet 26 dekabr 2022-ci il tarixli yoxlamanın nəticəsini qərəzli hesab edərək Lənkəran Rayon Məhkəməsinə müraciət edib və rayon məhkəməsi tətbiq olunan cərimə cəzasını ləğv edib. Şirvan Apellyasiya Məhkəməsi də Rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra QTALb tərəfindən əsassız və qərəzli yoxlamaların sayı artmış və nəticədə universitet korpuslarda fəaliyyət göstərən kafeləri bağlamaq məcburiyyətində qalıb”.

Universitet AQTA-nın qərarını qərəzli hesab edir: “Sual oluna bilər: QTALb ən azından hamımızın hər gün baş çəkdiyimiz Lənkəran bazarındakı antisanitariya vəziyyətini görmürmü? Heç nəyi demirik. Niyə QTALb bazarda üstünə qara milçəklər daraşan, toz-torpaq içində açıq vəziyyətdə satılan ət və digər ərzaq məhsullarının satışına qadağa qoymur, antisanitariya şəraitinə göz yumur? Sizcə niyə? QTALb Lənkəran şəhərinin çirkab axıdan açıq kanalizasiya xətlərindən, həmin kanalizasiya çirkabının həyətlərdəki su quyuları ilə birləşməsindən xəbəri yoxdurmu? Lənkəranda intensiv yağışların yağdığı vaxtlarda həyətlərin sanuzellərinin su quyuları ilə birləşdiyini görmürmü QTALb? İndiyə qədər QTALb hansı ərzaq istehsal edən və ya satan müəssisənin əməkdaşlarının tibbi müayinədən keçməsini tələb edib? Niyə QTALb Lənkəran şəhərinə verilən içməli suyun tərkibi ilə heç maraqlanmır da? Bəlkə siz deyəsiz, əziz tələbələr? Çoxunuz marketlərdə, restoranlarda, şadlıq saraylarında fəaliyyət göstərirsiniz və oralardakı vəziyyəti çox da yaxşı bilirsiz. Bəli, QTALb-nin bu və bu kimi digər biabırçı hallara, vəziyyətə göz yummasının səbəblərini biz yaxşı bilirik.

Bu gün universitet tələbədən qeyri-qanuni heç bir ödəniş (rüşvət, filan) tələb etmir və QTALb-nin də qeyri-qanuni tələblərini rədd edib, bundan sonra da edəcək. Amma bununla yanaşı onu da deməyi özümüzə borc bilirik ki, universitet bütün nəzarət və təftiş qurumlarının, eləcə də QTALb-nin də QANUNİ tələblərini həmişə icra edib və bundan sonra da edəcək.

Əlavə olaraq onu da bildirək ki, universitetin tədris korpuslarında fəaliyyət göstərən kafelər fərdi sahibkarla Respublika Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. LDU bu məsələdə yalnız vasitəçi kimi çıxış edir”.

***

Lənkəran Dövlət Universiteti feysbuk səhifəsində növbəti açıqlama yayaraq bufetlərin bağlanması ilə bağlı paylaşımın kiberhücum nəticəsində səhifəyə yerləşdirildiyini bildirib: “Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsinin administratorluğu bildirir ki, səhifədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran Dövlət Universitetində aparılmış yoxlamalarla bağlı məlumat səhifəyə kiberhücum nəticəsində yerləşdirilib və unversitetin rəsmi mövqeyini əks etdirmir.

Hazırda həmin insidentlə bağlı araşdırma aparılır və yaxın zamanda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Əvvəlki yazı

Səməd Seyidov yenidən ermənilərə səsləndi: “Bu şansı qaçırmayın”

Sonrakı yazı

“İrşad Electronics” gömrük qanunvericiliyini pozdu

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.