15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aqil Abbasdan AĞIR SÖZLƏR: “Efirə lüt çıxıb…” – DAHA BİR RƏZALƏT

14 Aprel 2018, 19:15
Sosial
A A
Aqil Abbasdan AĞIR SÖZLƏR: “Efirə lüt çıxıb…” – DAHA BİR RƏZALƏT

Son vaxtlar aparıcılar şou göstərməkdə müğənniləri kölgədə qoyub. Əvvəlcə Zaur Baxşəliyevin efirə hamam xalatında çıxması, ardınca keçi kimi mələməsi, digər aparıcı Könül Yusifqızının efirdə gecə geyimində görünməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunu izləyiciyə qarşı hörmətsizlik kimi dəyərləndirib.

Millət vəkili Aqil Abbasın Yenicag.az -a açıqlamasında məsələyə münasibəti belə olub:

“O verilişləri xoşlamıram. Buna görə heç baxmıram da. Baxanda da görürəm ki, hədlərini aşırlar. Kimlərəsə azadlıq verilirsə, o demək deyil onlar hədlərini aşmalıdır. Kimsə efirə gecə geyimində, ya lüt çıxıb bilmirəm, hər halda, azadlığın da bir sərhəddi var. Amma millətin önünə çıxan aparıcı öz geyiminə, danışığına, oturuşuna-duruşuna fikir verməlidir. Efirə qoca, cavan, uşaq, qadın baxır. Yaxşı olardı ki, həmin aparıcılarımız AzTV, İctimai TV, Mədəniyyət kanalından veriliş aparmağı öyrənsinlər”.

Tanınmış media eksperti Zeynal Məmmədli isə hər bir proqramın qırmızı xətlərinin olmalı olduğunu vurğulayıb:

“Heç bir hazırlığı olmadan, heç nə mənimsəmədən veriliş təqdim etmək, yola vermək çox qorxulu haldır. Bunun yanında Zaurun keçi kimi mələməyi qorxulu deyil. Uzaqbaşı bunu bəyənməyənlər olacaq və Zaur bir də mələməyəcək. İzləyici tərbiyəsiz olanda aparıcının tərbiyəsizliyini hiss edə bilməyəcək. Bunu norma kimi qəbul edəcək. Bu mənada, keçi kimi mələmək tərbiyəsizlik deyil, amma problemləri araşdırmaq, çıxış yolu göstərmək əvəzinə keçi kimi mələmək, bax bu yolverilməzdir.

Hər bir verilişin qırmızı xətti olmalıdır və dövrə görə qırmızı xətlər dəyişir. Televiziyaların özünün dəqiq normaları olmalıdır. Diqqətimizi aparıcının efirə gecə geyimində çıxmasından, keçi kimi mələməsindən çox mühitə yönəltməliyik. Nəticəni yox, səbəbləri düşünməliyik. Mühiti qınamaq lazımdır. Aparıcı, ya sənətçi düşünür ki, gecə paltarında çıxıb məşhurlaşacaq. Gör insanlar nə günə qalıb ki, gecə geyimində efirə çıxmağı cəsarət kimi qiymətləndirir. Sabah bir siyasətçi efirə “çılpaq” çıxarsa, onu olduğu kimi görəriksə, bu cəmiyyətin uğurudur, amma sənətçini efirdə çılpaq görməyimiz növbəti məğlubiyyətimizdir”.

Əvvəlki yazı

GÖMRÜK KOMİTƏSİNDƏ MİLYONLUQ YEYİNTİ

Sonrakı yazı

DİN-dən 6 müxalifətçinin inzibati həbsi barədə iddialara münasibət

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.