12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aqibət Məmmədov və yerli məmurların tender oyunları – Gəncədə milyonlar necə “yeyilir”?

27 May 2021, 17:54
Araşdırma, Manşet
A A
Aqibət Məmmədov və yerli məmurların tender oyunları – Gəncədə milyonlar necə “yeyilir”?

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə 3 971 349.16 AZN dəyərində müqavilə imzalayıb.

HİT.Az xəbər verir ki, müqavilədə Gəncə şəhərində yolların təmir işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur.

Süleyman Rzayev inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Onun adı həm də Beynəlxalq Bankla məhkəmə çəkişməsində iddiaçı qismində keçir. Nəsimi Rayon
Məhkəməsi Süleyman Rzayevin sözügedən banka qarşı “pulun geri qaytarılması” iddiasını təmin edib.

Beynəlxalq Bank apelyasiya şikayəti versə də, birinci instansiyasının çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Araşdırmalarımız zamanı o da məlum olub ki, Süleyman Rzayev “Gəncə Körpü Tikinti-2” ASC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. ASC-nin sahibi iş adamı Aqibət Məmmədovdur. O, şirkətin Direktorlar Şurasının sədri kimi təqdim edilib.

Aqibət Məmmədov oliqarx kimi tanınır. O, ötən il oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Aqibət Məmmədovun rəhbərlik etdiyi ASC-yə gəlincə, şirkət əsasən Gəncənin yerli qurumlarının elan etdiyi tenderlərin qalibi olur. Məsələn,  2019-cu ildə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İsltehsalat Birliyi və Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə 4 521 817.45 AZN dəyərində 3 müqavilə imzalayıb. Müqavilələrdə abadlıq-quruculuq və yolların təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Ehtimal olunur ki, Gəncənin yerli qurumlarının “Gəncə Körpü Tikinti-2” ASC ilə əməkdaşlığının kökündə Aqibət Məmmədovun yerli məmurlarla yaxınlığı dayanır.

“Gənc Körpü Tikinti-2” ASC ilə bağlı maraqlı faktlardan biri də Məhərrəm Məmmədov adlı vətəndaşın şirkəti məhkəməyə verməsidir.

Vətəndaş mediaya açıqlamasında bildirib ki,  o, 5  saylı Körpü Tikinti İdarəsində sürücü kimi  işləyirmiş.  1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Milli Ordunun Gədəbəy bölməsinə silah-sursat gətirmək üçün Ağdam şəhərinə göndərilib. Geri qayıdarkən Gədəbəy rayonunda avtomobil qəzasına düşüb. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən Məmmədova sol ayağının üçdə bir və hər iki diz qapağının qapalı sınığı diaqnozu qoyulub. Bundan sonra ona 3-cü qrup əlillik dərəcəsi verilib.
Şikayətçi Məmmədov 2012-ci ildə Gəncə -Kəpəz rayon Məhkəməsində iddia qaldırır. O, “Gəncə Körpü Tikinti -2” Açıq Səhmdar Cəmiyyətindən  75.600 manatlıq aylıq ödəniş, 25.200 manatlıq birdəfəlik ödəniş, 5 min manat maddi ziyan, 5 min manat məbləğində mənəvi ziyanın ödənilməsini istəyib. Məhkəmə müddəti keçdiyi üçün iddianı təmin etmədiyini açıqlayır. Son olaraq Ali Məhkəmə də eyni qərarı çıxarır.
“Gəncə Körpü Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsaq Tomuyev məhkəmədə bildirib ki, ASC 5 saylı Körpü Tikinti Sahəsinin hüquqi varisidir. İdarənin işçisi olmuş Məhərrəm Məmmədovun iddiaları əsassızdır. Onun iştirakı ilə qeyd edilən tarixdə heç bir yol nəqliyyat hadisəsi olmayıb.

Məhərrəm Məmmədov 19 il ərzində bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb. Vətəndaşın sözlərinə görə, onun şikayət məktublarının ümumi çəkisi 100 kiloqramdır.

VÜQAR

 

Əvvəlki yazı

“DİN”+ vətəndaşlara müraciət etdi

Sonrakı yazı

Paşinyan Azərbaycanla sərhədə gəldi (VİDEO)

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.