13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Apelyasiyanın hakimi Talışinski Əsabil Qasımovun şirkətindən mənzil hədiyyə alaraq qanunsuz qərar çıxarıb

20 Aprel 2023, 13:43
Seçmə, Manşet
A A
Apelyasiyanın hakimi Talışinski Əsabil Qasımovun şirkətindən mənzil hədiyyə alaraq qanunsuz qərar çıxarıb

“Tovuz Konyak” klubunun sabiq direktoru Hümmətov Coşqun Vaqif oğlu Prezident İlham Əliyevə və aidiyyatı dövlət qurumlarına müraciət edib. Keçmiş direktorun Reportyor.info-ya da daxil olan həmin müraciətində ismi keçən şəxslər haqda açıqlanan məqamların hər biri araşdırma zərurəti yaradır.

C.Hümmətovun Prezidentə açıqladığı faktlarda deyilir ki, “Azəri-Tikinti” MTK ona məxsus əmlakı ələ keçirib.
“2018-ci ilin oktyabrında “Tovuz-Konyak” klubuna “Azəri-Tikinti” MTK-nın adından, keçmiş deputat Əsabil Qasımovun ən yaxın adamı kimi Azər Məmmədov adlı şəxs gəldi. İndi Azər Məmmədov Nərimanov rayonu İcra Hakimiyyətində böyük məsləhətçi vəzifəsində işləyir. Bildirdi ki, Nazirlər Kabinetinin göstərişinə əsasən Azadlıq prospekti və Mirəli Qaşqay küçəsi dairəsində bütün tikililər söküləcək. Onların yerində müasir çoxmərtəbəli binalar tikiləcək. Bunun dövlət layihəsi olduğunu bildirərək, müqavilə bağlamağı təklif etdi. Biz də tikintinin dövlət layihəsi olduğunu nəzərə alıb Azər adlı şəxsin təklifi ilə razılaşdıq”,- deyə müraciətdə vurğulanır.
Onun sözlərinə görə, “Tovuz-Konyak” klubunun birinci mərtəbəsində eyni yaşayış sahəsində “Tovuz Mağara” restoranı fəaliyyət göstərirdi: “Həmin “Azəri -Tikinti” MTK Tovuz-Mağara restoranının (85+70,7+22,3) onlara satılmasını istəyib.
İş adamı qeyd edir ki, restoranın iki “kupçası” olub: “Biri 85 kv.m-lik, digər 70,7 kv.m-lik sahə üçün. 85 kv.m-lik sahə üçün olan “kupça” “Bank Standart”ın girovunda olduğu üçün alqı-satqısını həyata keçirə bilmədim. Ona görə də digər hissəsini 328 min manata satdım”.
Sahibkar bundan sonra digər hissəni girovluqdan çıxarıb. Lakin məlum olub ki, “Azəri-Tikinti” artıq obyekti söküb: “Həmin hissənin “kupçası”nı “Azəri-Tikinti”yə təqdim edəndə obyektin qeyri-qanunu uçurulduğunu gördüm. Onlar isə iddia edirlər ki, belə bir yer ümumiyyətlə olmayıb və guya “kupça” da saxtadır”.
C.Hümmətov məhkəməyə üz tutub. O, Nəsimi rayon Məhkəməsinə “Azərtikinti” MTK-nın qanunsuz əməllərindən iddia ərizəsi verib: “Nəsimi rayon məhkəməsinin 01.06 2022 ci il tarixli iş N 2(006) – 332/2022 saylı hakim Natəvan Tağıyeva əsaslı və köklü araşdırmadan sonra iddiaçının 394342 manat məbləğində vəsaiti cavabdeh “Azərtikinti” şirkətinin hesabından tutularaq iddiaçıya verilməsi barədə ədalətli qətnamə çıxarmışdır. Rayon məhkəməsi iddiaçının iddiasini təmin etsə də, son anda Bakı Apelyasiya Məhkəməsinin hakimi Talışınski Fuad Şəmsəddin oğlu “Azərtikinti” MTK-dan 3 otaqlı mənzili bonus alaraq heç bir hüquqi əsas olmadan 10.04.2023 cü il tarixdə Nəsimi rayon Məhkəməsinin ədalətli qətnaməsini ləğv edib. Vətəndaş şirkətdən mütəmadi olaraq bununla bağlı cavab tələb etdikdə isə “Azərtikinti” MTK məsələni üzərindən atır və hər bir sənədi qanunu şəkildə olan belə bir obyektin mövcüd olmasını təkzib edir. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin hakimi Talışinski adıçəkilən tikinti firmasından üçotaqlı mənzil hədiyyə almaqla onların xeyrinə qanunsuz qərar çıxarıb”.
Sahibkar Prezidentdən dəstək istəyərək qeyd edib ki, Ulu Öndərin şərabçılığın inkişafı ilə bağlı verdiyi 29.01.2002-ci il tarixli 667 saylı Fərmanından ruhlanaraq Tovuzda Fransadan texniki üzüm sortları gətirərək yeni üzüm bağları salıb, şərab və konyak məhsulları istehsal edib. Bu məqsədlə Bakının Azadlıq prospekti 41-42 ünvanında (Mənim ailəmə və özümə məxsus) “Tovuz-Konyak” klubu kimi fəaliyyətə başlayıb: “Bu “Konyak Klubu” qısa zaman içərisində xaricdən gələn turistlərin də, səfirlik və diplomatik korpusların, xarici iş adamlarının yerli Nazirlik və Komitələrin ən maraq göstərdikləri bir şəbəkəyə çevrilib. Ancaq göründüyü kimi, yuxarıda adı keçən şirkət və onun adından çıxış edən Azər adlı şəxs dövlətin tapşırığı olmasını bildirərək 2 il müddətinə 20% əlavə genişləndirməsi şərti ilə evimizi eyni yerdə tikib təhvil verəcəklərini və iki il ərzində də razılaşılmış qiymətlə icarə haqqımızı ödəməyi də öhdələrinə götürəcəklərini söylədilər, tikintinin dövlət layihəsi olduğunu nəzərə alıb razılaşdıq, nəticəsi də budur… Cənab Prezident, siz həmişə sahibkarlara, vətəndaşlara dəstək olmusunuz, qanunsuzluqlara qarşı çıxmısınız. Mən inanıram ki, bu dəfə də bir sahibkarın səsinə səs verəcəksiniz”.

Yazıda adı keçən bütün tərəflərin bu iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq.

 

Əvvəlki yazı

Nazir Karaismailoğlu, layihələri yerində araşdırdı

Sonrakı yazı

Bizim və azərbaycanlıların ümumi fikri var – Paşinyan

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.