Rusiyanın Ukraynaya, o cümlədən fiziki və hüquqi şəxslərə vurduğu zərər, itki və xəsarətlə bağlı sübut və iddia məlumatlarının qeydə alınacağı “reyestr” gələcək kompensasiya mexanizminin ilk komponenti kimi tərtib edilib. AK üzvlərinin əksəriyyəti, eləcə də təşkilatdan kənar ABŞ, Kanada, Yaponiya və Avropa İttifaqı tərəfindən qəbul edilən sənədi Türkiyə imzalamayıb. Sənədi Türkiyə, eləcə də Azərbaycan, Bosniya və Herseqovina, Macarıstan və Serbiya imzalamayıb. Andorra, Bolqarıstan və İsveçrə isə hələ ki, imzalamayıblar, lakin ən qısa zamanda imzalamaq niyyətindədirlər.