21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Antalyada Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü keçirilib

02 Avqust 2018, 10:41
Cəmiyyət
A A
Antalyada Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü keçirilib

Antalyada Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü, Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin 100-cü ildönümü ilə bağlı millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Antalya Qəzeteçilər Cəmiyyəti, Antalya Türk Ocakları və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən tədbir və gecə keçirilib. Tədbirin açılışında çıxış edən millət vəkili Q.Paşayeva bütün müsəlman şərqində qurulan ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti, qurucuları ilə bağlı geniş məlumatlar verib Q.Paşayeva bildirib ki, həmin zamanlarda erməni daşnakları, rus bolşeviklərin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirib və cumhuriyyət qurucularının xahişi ilə böyük qəhrəman Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusu Azərbaycana dəstəyə gəlib. O ordunun içərisində Antalyadan da 10 şəhid dədəmiz var və bu gün Bakıda Türk şəhidliyində yatırlar deyən millət vəkili Q.Paşayeva onların xatirəsinə Antayada abidə qoyulmasının vəfa borcu olmaqla yanaşı bugünki və gələcək nəsillər üçün böyük önəm daşıdığını xüsusi vurğulayıb. Çanaqqalada 3000 mindən çox Azərbaycan türkünün şəhid olduğunu deyən millət vəkili Q.Paşayeva həmin zaman dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyən millət vəkili Q.Paşayeva bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə burada  bu önəmli tədbiri birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da, düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb: “Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.” Tədbirdə çıxış edən Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, , Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyərək geniş çıxış ediblər və bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyiblər. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, , Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysala Azərbaycan-Türkiyə qardaşlığının inkişafında göstərdiyi səylərə görə mükafat təqdim olunub. Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, , Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal tərəfindən də Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB sədri millət vəkili Q.Paşayevaya Türk dünyasının birliyi istiqamətindəki fəaliyyətlərindən dolayı mükafat təqdim olunub. Tədbir Azərbaycanlı sənətçilər Leyla Camal, İlham Əsgəroğlu və şairə Çığatel tərəfindən ifa olunan milli duyğu və ruhlu əsərlər və şeirlərlə davam edib və “Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” əsəri ilə sona çatan gecə sakinlər tərəfindən alqışlarla qaşılanıb. Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal tərəfindən sənətçilərə plaketlər təqdim olunub. Tədbirdən sonra millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri  Arzu Bağırova yerli sakinlər, QHT və KİV rəhbərləri ilə görüşüb. Onlar qyni zamanda Antalyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, onların rəhbərləri, üzvləri və bu bölgədə təhsil alan bir sıra azərbaycanlı tələbələrlə də görüşüb, müzakirələr aparıblar.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=1IDwnyde418&feature=youtu.be

Əvvəlki yazı

Yasamalda gənc qız intihara cəhd edib

Sonrakı yazı

DİN: Gəncədə baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır və təxribat xarakteri daşıyır

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.