11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ankaradan tarixi mesaj – “Azərbaycan və Türkiyənin birgə gücünü görəcəksiz…”

15 İyun 2018, 11:57
Siyasət
A A
Ankaradan tarixi mesaj – “Azərbaycan və Türkiyənin birgə gücünü görəcəksiz…”

İki qardaş ölkəni indi təkcə ortaq maraqlar birləşdirmir; Türkiyədə yaşayan azərbaycanlı politoloqdan sensasion iddia: “Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər…” 

Bu həftənin mühüm geosiyasi hadisələrindən biri də odur ki Türkiyədə TANAP kəmərinin açılışı oldu. Cənub Qaz Dəhlizinin (CQD) ikinci mühüm həlqəsi sayılan bu kəmərin qardaş ölkə üçün, Azərbaycan və region üçün əhəmiyyəti barədə yazmışıq. Ən başlıcası odur ki, TANAP da daxil, CQD iki qardaş ölkənin energetik müstəqilliyini və milli təhlükəsizliyini, onların beynəlxalq mövqeyini daha da möhkəmlədəcək, Bakı və Ankaranı bölgədə, dünyada daha sanballı söz sahibinə çevirəcək.

“Qərb TANAP xətti ilə qaz alanda Türkiyə və Azərbaycanın birliyinin önəmini anlayacaq”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təzəcə açılışı olmuş TANAP-ın əhəmiyyətindən danışarkən deyib. Onun sözlərinə görə, TANAP Türkiyəni regionda daha güclü dövlətə çevirir. “TANAP-ın açılışı və ”Türk axını”nın inşası ilə Türkiyə bölgənin energetik xab”ına çevrilib”, – deyə qardaş ölkənin lideri vurğulayıb.

Bu, doğrudan da belədir. Nəzərə alsaq ki, getdikcə dünyada iqtisadi amil hər şeydən önə keçir, o zaman qardaş ölkənin iqtisadi qüdrəti və önəminin artmasının ikiqat dəyərdə olduğu anlaşılar. Türkiyənin artan iqtisadi, siyasi, hərbi gücü isə Azərbaycanın qüdrəti, Qarabağ məsələsində ölkəmizə daha sanballı dəstəyi deməkdir.

*****

Mövlud Çavuşoğlu ile ilgili görsel sonucu

“Yeni Müsavat” xatırladır ki, bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan eləmişdi ki, “Əgər Türkiyə vaxtında lazımi gücə malik olsaydı, Azərbaycan ərazilərinin işğalına imkan verməzdi”. Türkiyənin baş diplomatı onu da bildirmişdi ki, Azərbaycan Türkiyənin strateji tərəfdaşıdır və Ankara Bakıya hərtərəfli kömək göstərməyə davam edəcək.

 

TANAP Açılış ile ilgili görsel sonucu

Türkiyə XİN başçısının bu açıqlaması iki qardaş ölkənin təkcə hərbi deyil, digər sferalarda da əməkdaşlığı ilbəil dərinləşdirməsi, bir-birinin gücünə güc qatması fonunda Azərbaycandan ötrü xüsusilə önəmlidir. Xarici işlər nazirinin açıqlaması şübhəsiz ki, Türkiyə üçün Dağlıq Qarabağ məsələsinin, Azərbaycanın ərazi bütövlüyü məsələsinin hansı dəyərdə olduğunu ortaya qoyur.

Eyni zamanda bu, işğalçı Ermənistana, onun yeni rəhbərliyinə, ermənilərin havadarlarına aydın bir mesajdır ki, güclü Türkiyə xüsusən də bundan sonra daim Azərbaycanın yanında olacaq, Azərbaycan xalqına hər hansı təslimçi sülhün sırınmasına imkan verməyəcək. Nəhayət, bu, vasitəçi dövlətlər də daxil, hamıya aydın bir ismarışdır ki, savaş başlasa, Türkiyə 90-cı illərdəki kimi yalnızca aktiv neytrallıq göstərməklə kifayətlənməyəcək.

*****

Buna şübhə etməyə dəyməz. Çünki hazırda iki qardaş ölkəni təkcə ortaq maraqlar birləşdirmir, həm də böyük neft-qaz kəmərləri, strateji əhəmiyyətli dəmiryolu xətləri (Bakı-Tiflis-Qars) birləşdirir. Azərbaycan və Türkiyə sürətlə böyük bir regionun təkcə energetik “xabı”na deyil, həmçinin nəqliyyat “xabı”na (“paylayıcı məntəqə”) çevrilməkdədir. Şimal-cənub dəhlizi, “Böyük İpək Yolu”, “Dəmir İpək Yolu” –  onların hamısında Azərbaycan və Türkiyə açar ölkələrdir. Düşmən çevrələri, işğalçı Ermənistanı ən çox narahat edən də budur – Türkiyə və Azərbaycanın bölgə və Avropa üçün daha vazkeçilməz ölkə statusu qazanması.

TANAP Açılış ile ilgili görsel sonucu

“Bu gün Türkiyə-Azərbaycan arasındaz sadəcəz siyasi sahədə deyil, iqtisadi, enerji sahəsində də əlaqələr çox yüksək səviyyədə inkişaf edir. TANAP-ın açılış törənində Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı olmasaydı, bu cür layihənin reallaşdırılması mümkün olmazdı”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, istər Türkiyənin Azərbaycana qoyduğu investisiyalar, istərsə də Azərbaycanın Türkiyəyə yatırımları ikili münasibətlərin inkişafına ciddi təsir göstərir. “Azərbaycanın bu yatırımları sayəsində Türkiyə iqtisadiyyatı ciddi dəstək almaqdadır. Yəni Azərbaycanla Türkiyənin iqtisadi-siyasi münasibətləri prezidentlərin sayəsində o qədər inkişaf edib ki, hətta ”İttifaq dövləti” qurmaq istəsələr, artıq hər şey hazırdır”, – deyə politoloq qeyd edib.

*****

Niyə də olmasın. Azərbaycan və Türkiyə getdikcə bir-birinə daha sıx şəkildə bağlanmaqda, faktiki, “ət-dırnaq” kimi olmaqdadır. Bura hər il iki ölkənin keçirdiyi ortaq hərbi təlimləri, bütövlükdə hərbi və hərbi-texnik sahə üzrə əlaqələrin ilbəil dərinləşməsini də əlavə eləsək, mənzərə aydın olar. Bütün bunlar əlbəttə ki, qeyri-dost dairələri məyus edir, təlaşlandırır, xoflandırır.

Son günlər işğalçı Ermənistanda Naxçıvan (Türkiyə) istiqamətində artan təlaş bunun bariz təzahürü sayıla bilər. Təcavüzkar ölkədə həm də narahatlıq var ki, Ermənistanda “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş qərbyönlü qüvvələri cəzalandırmaq üçün Moskva günün birində Azərbaycanla Türkiyənin Qarabağda hansısa ortaq, preventiv hərəkətinə göz yuma bilər. Hər halda, Bakı və Ankaranın artan gücünü Rusiya da ciddiyə almaq zorundadır…

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Əvvəlki yazı

Paşinyan Facebookda İlham Əliyev haqqında bu sözləri yazdı

Sonrakı yazı

Təyyarə və helikopterlər Bakı səmasında uçuşları davam etdirir

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.