02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Anews.az müxbiri DSMF Gədəbəy idarəsinin rəhbəri tərəfindən döyülüb – VİDEO/FOTOLAR

06 May 2020, 09:30
Cəmiyyət
A A
Anews.az müxbiri DSMF Gədəbəy idarəsinin rəhbəri tərəfindən döyülüb – VİDEO/FOTOLAR
Anews.az xəbər portalının müxbiri Zaur Qəmbərov sayta daxil olan şikayətçi sorğusu əsasında araşdırma  aparmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində  olarkən həmin idarənin rəhbəri Elsun Xudaverdiyev və özünü onun sürücüsü kimi qələmə verən İsfəndiyar Qələndərov tərəfindən döyülüb, jurnalistin mobil telefonu adı çəkilən şəxslər tərəfindən sındırılıbdır.
Belə ki, mayın 4-də Zaur Qəmbərov sayta daxil olan şikayət məktubu əsasında DSMF-nin Gədəbəy rayon şöbəsinə gedib. Şikayətlə bağlı araşdırma apardığını görən DSMF Gədəbəy rayon şöbəsinin müdir müavini İbrahim Ələsgərov jurnalisti otağına dəvət edib və onu maraqlandıran sualları cavablandırıb. Bu zaman özünü Elsun Xudaverdiyevin sürücüsü adlandıran İsfəndiyar Qələndərov (DSMF Gədəbəy rayon şöbəsinin rəhbərinin xidməti maşını olmadığından ona sürücünün niyə təyin olunduğu da sual doğurur – red.) otağa daxil olur və jurnalisti nalayiq sözlərlə təhqir edərək təxribata cəlb etməyə çalışır. Bu zaman o, jurnalisti dəhlizə çıxmağa və orada haqq-hesab çəkməyə çağıraraq təhdid edir.


Dəhlizə çıxandan sonra İsfəndiyar Qələndərov DSMF Gədəbəy idarəsinin dəhlizində quraşdırılmış kameranın qarşısında  jurnalisti  təhqir etməkdə davam edir. Səsə  gələn idarə rəisi Elsun Xudaverdiyev  baş verənlərin jurnalist tərəfindən mobil telefona çəkildiyini görəndə telefonu onun əlindən zorla alaraq yerə çırpır və təpiyi ilə sındırmağa başlayır. Müxbirimiz telefonu  götürmək istəyəndə isə ayağı ilə onun əllərinə zərbələr endirir.
20 dəqiqə müddətində müxbirimiz idarə rəhbəri və onun sürücüsü tərəfindən fiziki təzyiqlərə məruz qalır. Bu zaman o, müxbirimizi onun rəhbərlik etdiyi idarə ilə bağlı yazdığı tənqidi məqalələrə görə cəzalandıracağını, həbs etdirəcəyini dilə gətirərək açıq təhdidə keçir.
Cənab Xudaverdiyevə yazaraq bildiririk ki, Azərbaycan Respublikası “KİV haqqında qanuna” əsasən  informasiya toplamaq, araşdırma aparmaq, məqalə və xəbərlər yazaraq ictimaiyyəti məlumatlandırmaq  jurnalistin vəzifə borcudur. Əgər cənav Xudaverdiyev öz fəaliyyətində hər hansı nöqsanlara yol verib, insanları süründürüb, onların hüquqlarını pozubsa və bu kimi hallar jurnalist tərəfindən qələmə alınıbsa bu artıq dövlət məmuru və onun tabe olduğu nazirliyin rəhbərinin  günahı sayıla bilər. Buna görə, jurnalisti təhqir və təhdid etmək, xüsusilə də döymək, əmlakına ziyan vurmaq yolverilməzdir. Hətta deyərdik ki, dövlət məmurunun Azərbaycan Respublikasının prezidenti tərəfindən ölkəmizin idarəçiliyi ilə bağlı həyata keçirdiyi ciddi islahatlar şəraitində bu kimi hərəkətlər  birbaşa ölkə rəhbərliyinə qarşı təxribat kimi dəyərləndirilməlidir.
Məsələ lə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Amma nazirlikdən problemə qəribə bir cavab aldıq.  Cavabda deyilir di ki,  “4 may 2020-ci il tarixdə saat 11.05 radələrində Zaur Qənbərov şöbənin inzibati binasında şöbə müdiri İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs küyə  sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da  hədələyərək sürücü ilə mübahisəyə eidb. İdarənin iş ahəngini 40 dəqiqəyə kimi pozub”.
Nazirliyə jurnalistin  qırılmış telefonu və jurnalistin qan içində olan əllərinin fotolarını təqdim etməyimizə, hadisənin DSMF Gədəbəy şöbəsinin dəhlizində quraşdırılmış kameranın qarşısında baş veridiyini bildirsək də nədənsə nazirlik rəsmiləri bu faktlara biganə qalaraq öz əməkdaşlarının əməllərini ört-basdır etməyə çalışdıar. Şübhə etmirik ki,  Elsun Xdudaverdiyev kimilərin nazirlik rəhbərliyi tərəfindən cəzasız qalması özlərini vətəndaşlara və jurnalistlərə qarşı belə qanunsuz və hüquqa zidd aparmalarına rəvac verən amillərdəndir.
Qeyd edək ki, bizim saytımızda Elsun Xudaverdiyev dəfələrlə tənqid edilib. Onun fəaliyyəti redaksiyamıza vətəndaşlardan daxil olan şikayət məktubları əsasında araşdırılıb və vətəndaşların hüquqlarının pozulması  aşkar edilib. Zaur Qənbərovun araşdırmaları əsassız idisə nədən cənab Xudaverdiyev indiyə kimi məhkəməyə müraciət etməyib? Əksinə hüquq müstəvisində mübarizə aparmaq yerinə cəzasızlıqdan  gözləri kor olan dövlət məmuru jurnalisti dövlət idarəsində döyməyə üstünlük verib. Təkcə bu fakt adı çəkilən şəxsi xarakterizə etməyə imkan verir. Məsələ ilə bağlı artıq  tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət edilib,  Elsun Xudaverdiyev və onun sürücüsü  İsfəndiyar Qələndərovun xuliqanlıq, o cümlədən vəzifəsindən sui-istifadə etmək üstündə cinayət məsuliyyətinə cəlb olunması tələb edilibdir.
Bütün deyilənləri əsas gətirərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət edir, Gədəbəy rayonunda baş verən bu özbaşınalığa son qoyulmasında bizə  yardımçı olmasını xahiş edirik.
Anews.az

www.anews.az

Əvvəlki yazı

Abşeronda iki avtomobil toqquşdu: ölən var

Sonrakı yazı

İcra başçısı oğluna 450 minlik “Gelandewagen” aldı – FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.