06-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ANAR ONSUZ DA ÇOXDAN ÖLÜB, KÜRSÜSÜNDƏ BOĞULUB…” – Gənc yazarlar

10 Avqust 2019, 12:50
Gündəm
A A
“ANAR ONSUZ DA ÇOXDAN ÖLÜB, KÜRSÜSÜNDƏ BOĞULUB…” – Gənc yazarlar

Xalq yazıçısı Anar “Yeni Müsavat”a danışaraq, bu günlərdə ailəlikcə Türkiyədə istirahət edərkən,  Egey dənizində boğulmaqdan son anda xilas olduğunu deyib. Onun bu açıqlaması xeyli rezonans doğurub. Sosial şəbəkələrdə izləyicilər, eləcə də şair və yazıçılar müxtəlif reaksiyalar bildirib. Bu hadisəyə sevinənlər də, həyəcanla qarşılayanlar da olub. 

Yazıçı Anarın özü də müsahibəsində bu nüansa toxunaraq qeyd edib: “Düşünürəm ki, əgər boğulsaydım, həyat üçün çox mənasız bir sonluq olardı. Bəlkə də kimlərsə sevinəcəkdi. Amma düşünürəm ki, sevinənlər olacaqdısa, olsun. Mən heç kəsin ölümünə sevinmirəm. Qoy özgənin ölümünə sevinənlər uzun yaşasınlar!”

“Yeni Müsavat” mövzu ilə bağlı bir neçə şair və yazıçıların mövqeyini öyrənməyə çalışıb. 

Картинки по запросу şair Emil Rasimoğlu
Emil Rasimoğlu: 
“Bir ziyalının ki, ümidi dənizin, çayın, ağacın və ümumən təbiətin törətdiyi hadisəyə qalıb…”

Bu günlərdə AYB-yə namizədliyini irəli sürcəyini elan edən şair Emil Rasimoğlu mövzuya bu cür rəy bildirdi:“Mən heç vaxt heç kimin, hətta mübarizə apardığım şəxsin belə təbiət hadisəsində məğlub olmasını öz qələbəm hesab etmərəm, nəinki haqqında qələbə naminə nəsə yazmaq, nəsə danışmaq, sevinmək. Bu ən azı cılızlıqdır. Bu, mənim şəxsiyyətimə, tutduğum yola və düşüncəmə yaddır. Şairin, yazıçının ümumiyyətlə, ziyalının uğuru düşüncəsində, qələmində, mövqeyində və bütün bunları özündə cəmləşdirən sağlam mübarizəsindədir. Hə, o mübarizədə qələbə çalırsansa o zaman yazı da yaz, nitq də söylə, hətta sevin də! Bir ziyalının ki, ümidi dənizin, çayın, ağacın və ümumən təbiətin törətdiyi hadisəyə qaldısa, o elə həmin ziyalının kiçikliyidir”.

Картинки по запросу Yazar Əsəd Qaraqaplan
Əsəd Qaraqaplan:
“Onun ölümünə kədərlənməzdim”

Yazar Əsəd Qaraqaplanın mövqeyi fərqli olub: “Heç bir ölümə sevinmərəm, amma tam səmimi deyim, Anarın ölmünə də kədərlənmərəm. Çünki bu tale və bu məsələ artıq şəxsi məsələdən çıxıb, ictimailəşib. Nə yazardım bilmirəm, bəlkə də heç nə yazmaz, İlhamə Quliyevanın ölümü kimi səssiz qalardım. Məncə, bu adamlar bunu daha öncədən düşünüb, ölümlərini bu qədər ucuzlaşdırmamalıdırlar. Başa düşürəm vəzifə şirindir, amma onun da zəhərini çıxarmaq lazım deyil. Əjdər Ol da vəzifədə idi də, heç bunlar kimi deyildi. Düzdür, indi vəzifədə deyil, çox adam ona bəlkə də əvvəlki münasibəti göstərmir, amma inanın, çox adamın ona sayğısı başqadır. Anar bir yazıçı kimi onsuz da çoxdan ölüb, belə ölsə, nə olacaq ki?! Anar ölsə də, anarizm davam edəcək, məsələn, Rəşad Məcid gələcək ora, daha betər olacaq. Yəni Anar yaxşı ki, boğulmayıb, oradakı uşaqların canı qurtarıb”.

Картинки по запросу gənc şair Tural Turan

Tural Turan: 
“Anarın AYB-yə sədrliyinin son 5 ili susqunluqla yadda qaldı”

AYB-yə namizədliyini irəli sürən gənc şair Tural Turan yazıçı Anarla bağlı narazılıqlarını gizlətmədi: “Anar bizim ədəbiyyatımızda öz çəkisi olan şəxsdir, yəni xüsusi çəkisi var. Əlbəttə onu itirmək sənət dünyası üçün böyük faciə olardı. Digər tərəfdən, mən bu yaşıma qədər heç kimə ölüm arzulamamışam. İnsan insana ölüm arzulamaz. Bu nüans şəxsin artıq insanlıq keyfiyyətlərini itirməsi deməkdir. Anarın və ya başqasının arxasınca danışmaram. Sözüm varsa üzünə deyərəm. Ümumiyyətlə, ölübsə, ulu tanrıdan rəhmət diləyib keçərəm…. Anarın idarəetməsindən indi də narazıyam. Adam modern idarəçilikdən xəbərsizdir. Onun sədrliyinin və yazıçı kimi nüfuzunun hazırda ədəbiyyatımızın inkişafına xeyri yoxdur. Nüfuzlu yazıçıdır deyirlər. Amma o nüfuzdan istifadə edib gənc yazarların əsərlərinin xarici dillərə çevrilməsini reallaşdırmadı və ya bunu istəmədi. Ümumiyyətlə, Anarın AYB-yə sədrliyinin son 5 ili susqunluqla yadda qaldı. Gənclərin dünyaya çıxması üçün qurum heç nə edilmədi”.

Картинки по запросу gənc şair Aqşin Evrən
Aqşin Evrən: 
“Anar müəllim çox tez bir zamanda başa düşəcək ki, o boğulub”

Öz növbəsində gənc şair Aqşin Evrən Anarın AYB sədrliyi vəzifəsində bu günə qədər qalmasının təəssüf doğurduğunu bildirdi: “Kaş ki, Anar müəllim illər əvvəl bu vəzifəni xələflərinə ötürüb, dənizdə üzməyə, balıq tutmağa gedəydi və gözəl əsərlər yazaydı. Kürsü məsələsinə görə Anara münasibətim birmənalıdır: bir vəzifədə bu qədər qalması qəbuledilməzdir. Ancaq onun başına hər hansı bir bədbəxt hadisənin gəlməsi məni məyus edərdi. Yaradıcı insanların faciəsi məni həmişə ağrıdıb. Anar müəllimin insan və yazıçısı kimi yox, məmur kimi “vəfat etməsi”ni istərdim. Bu, həm onun özünə, həm də ədəbiyyatımıza faydalı olardı. Məncə, Anar müəllim çox tez bir zamanda başa düşəcək ki, o boğulub: suda yox, məmur kürsüsündə. Bəlkə də bunu illər əvvəl başa düşüb. Düşünürəm ki, kreslo yaradıcı insan üçün qaz kamerası kimi bir şeydir. Açığı, Anarın bəzi hekayələrini, ssenari müəllifi olduğu filmləri bəyənirəm və ən azından bu əsərlərinə görə ona can sağlığı, mənəvi rahatlıq arzulayıram. Çox istərdim ki, bu qurultayda seçkiyə qatılmasın, evə gedib yazıçı ömrü yaşasın, biz də gedib ağsaqqala baş çəkək, söhbətləşək”.

Əvvəlki yazı

Məleykə Abbaszadə nəticələrdən danışdı

Sonrakı yazı

Naxçıvanda Azərbaycan əsgəri həlak olub – Müdafiə Nazirliyindən açıqlama

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.