10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Anar Məmmədov: “İttihamın kökündə jurnalist fəaliyyətim durur”

11 Yanvar 2019, 23:13
Cəmiyyət
A A
Anar Məmmədov: “İttihamın kökündə jurnalist fəaliyyətim durur”
Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə “Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası olub. Prosesdə Anar Məmmədov sərbəs çıxış edib, cinayət işinə xitam, özünə isə bəraət verilməsini məhkəmə heyətindən xahiş edib.
Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Ittiham sübut olunarsa jurnalisti 7 ildən çox həbs gözləyir.
“İttiham edilməyimin kökündə duran əsl səbəb bütövlükdə jurnalistika fəaliyyətimdir, çünki korrupsiyanı, vətəndaşların hüquqlarının pozulmasını kəskin tənqid edən məqalələr dərc etmişəm”
Anar Məmmədova qarşı Gəncə hadisələri ilə bağlı məlumatlar yaydığına görə cinayət işi qaldırılıb. Onun günahlandırıldığı məqalənin biri belə adlanır: “Gəncənin güllələnən başçısının qalmaqallı və bəlalı yolu – General Rasim Musayevlə kəllələşmənin pərdəarxası”.
İkinci məqalə isə digər agentliyin Gəncə hadisələri ilə bağlı analitik yazısıdır. İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib. Bu hadisə ilə bağlı 60-dan çox şəxsin həbs olunduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, daha 5 silahlı şəxs isə öldürülüb.
Bugünkü məhkəmə iclasında Anar Məmmədov sərbəst ifadəsində bildirib ki, Cinayət Məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələri ilə təqsirləndirilsə də, həmin maddələrdə nəzərdə tutulmuş hərəkətlərin heç birini törətməyib.
“Nə dövlət əleyhinə çağırışlarda iştirak etmişəm, nə də vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma hesab olunacaq əməl törətmişəm. Yazdığım, eyni zamanda başqa saytlara istinadla yaydığım məqalələrdə ittihamda deyildiyi kimi hakimiyyətin zorla ələ keçirilməsinə və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, dövlət əleyhinə açıq çağırışlarla, habelə dövləti və dövlət hakimiyyət orqanlarını nüfuzdan və dövlətin apardığı siyasətə kölgə salmağa yönələn və ya dövlət hakimiyyəti orqanlarına təzyiq göstərmək məqsədim olmayıb. Sadəcə çoxsaylı digər mənbələrdən əldə etdiyim informasiyalar əsasında gələcəkdə mümkün olan hadisələrin təhlilini dərc etmişəm.”
O hesab edir ki, vəzifə saxtakarlığı və vəzifədən sui-istifadə etmə ittihamları da əsassızdır və bu, ifadə azadlığına müdaxilə sayılmalıdır. “İttiham edilməyimin kökündə duran əsl səbəb bütövlükdə jurnalistika fəaliyyətimdir, çünki korrupsiyanı, vətəndaşların hüquqlarının pozulmasını kəskin tənqid edən məqalələr dərc etmişəm. Bu gün mənim statusum təqsirləndirilən şəxs olsa da əminəm ki, vaxt gələcək mənə qarşı qanunsuzluq özü araşdırma predmeti olacaq”, o qeyd edib.
 
O deyib ki, məhkəmə qarşısında dayanması peşəsinə sadiq qalıb obyektivlikdən kənar çıxmadığına görədir. Barəmdə cinayət işi başlamamışdan əvvəl Criminal.az saytı məhkəmə qərarı olmadan bloklanıb. Yüksək vəzifəli müxtəlif hökumət məmurlarının, o cümlədən parlamentin üzvlərinin təzyiqlərinə məruz qalmışam “Barəmdə cinayət işi başlamamışdan əvvəl Criminal.az saytı məhkəmə qərarı olmadan bloklanıb. Criminal.az-ın “Facebook” sosial şəbəkəsindəki səhifəsi, “youtube” kanaları da bloklanıb və ya oğurlanıb. Yüksək vəzifəli müxtəlif hökumət məmurlarının, o cümlədən parlamentin üzvlərinin təzyiqlərinə məruz qalmışam. Saytda barələrində yazılmış xəbərlərin silinməsi üçün müxtəlif formalı təklif, təhdid və hücumlara məruz qalmışam. Həmin məmurların himayəsində olan şəxslər, media qurumları tərəfindən “qara piar” kampaniyası ilə üzləşmişəm. Güzəştə getmədiyimə görə barəmdə Baş Prokurorluğa əsassız müraciətlər olub, dəfələrlə Baş Prokurorluğa çağırılmışam. Sırf peşə fəaliyyətimlə bağlı, məqalələrimə görə baş prokurorun birinci müavini Rüstəm Usubovdan bir neçə dəfə xəbərdarlıq almışam. Həmin xəbərdarlıqlar bu gün barəmdə olan cinayət işində ağırlaşdırıcı hal kimi göstərilir. Halbuki, xəbərdarlığa dırnaqarası əsas hesab olunan məqalələrdə “KİV haqqında” qanunu, eyni zamanda ölkə qanunlarını pozacaq bir sətir olmayıb.”
Baş redaktor məhkəməyə bildirib ki, diffamasiya ilə bağlı məhkəmə prosesləri jurnalistlərin, əsasən də onun qorxudulması üçün vasitədir.
“Mənim diffamasiyaya görə ittiham edilməyimdən yüksək vəzifəli şəxslərə və ya digər nüfuzlu şəxslərə ziyan yetirə biləcək xəbərlərin yayılmasının qarşısını almaq üçün vasitə kimi istifadə edilib. Həbsə alınmaq qorxusu ucbatından jurnalistlər özünüsenzuraya əl atmağa məcbur edilirlər. Bu gün məhkəmə qarşısında təqsiləndirilən şəxs kimi dayanmağım da sırf peşə fəaliyyətimlə bağlıdır, qorxudulmağıma hesablanıb.”
Jurnalist ittihamın irəli sürülməsində əsas kimi götürülmüş hər iki məqaləni oxumaqla məhkəmə heyətinin diqqətinə çatdlırıb. Anar Məmmədov sonra Azərbaycan hökumətinin ifadə azadlığı ilə bağlı konstitusion və beynəlxalq öhdəliklərini xatırladıb. Onun sözlərinə görə, istintaq iki şəxsin sözlərinə əsaslanıb.
Məhkəmə yanvarın 22-də davam etdiriləcək.
Əvvəlki yazı

Deputat Məlahət İbrahimqızı Araz Əlizadəni qınadı:”Hər bir məsələ ilə bağlı mübarizə kişi kimi aparılmalıdır”

Sonrakı yazı

“Aqroparkların istehsal edəcəyi məhsullar 1 milyard manata yaxın olacaq” – Prezident

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.