Üzü yanmış xanımları makiyaj edərək dünyanın məşhur simalarının diqqətini çəkən stilist Anar Ağakişiyev daha bir xanımı yenidən yaradıb.
“Reportyor.info” xəbər verir ki, stilist etdiyi makiyajı sosial mediada paylaşıb.
O, makiyaj etdiyi xanım haqqında isə bunları yazıb:
“Əziz dostlar, burada növbəti qəhrəmanım var. Altı yaşında bir faciə yaşadı və bu mövzuda danışmaq istəmir. Bu gün o, toya gedir. Gəlin, uğurlar arzulayaq”.