12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AMİP-lə jurnalist arasında – Skandal

15 Oktyabr 2019, 10:20
Siyasət, Seçmə
A A
AMİP-lə jurnalist arasında – Skandal

Azərbaycanda siyasətçilərlə jurnalistlər arasında mübahisə, qovğa həmişə olub. Bir çox hallarda jurnalistlərin tənqidlərinə siyasətçilər dözümsüzlük nümayiş etdirir, emosional şəkildə təhqirlərə yol verir.

Sonuncu belə hadisə siyasi şərhçi Azər Rəşidoğlu ilə AMİP katibi Əli Orucov arasında yaşanıb. Jurnalistin AMİP lideri Etibar Məmmədovun ünvanına yazdığı tənqidlərə Ə.Orucov olduqca sərt və ağır ifadələrlə cavab verib.

“Yeni Müsavat” xatırladır ki, A.Rəşidoğlu E.Məmmədovun fəallaşdığını yazıb: “Etibar Hüsənli fəallaşır. Başqa partiyalara qurultay üçün yer verməyən Bakı Şəhər İcra Hakimiyyəti Hüsənliyə 13 oktyabrda ”Ambassador” hoteldə geniş müşavirə keçirməyə razılıq verib.

Tədbirdə Qərbi Azərbaycandan olan ziyalıların iştirakı gözlənilir. Məlumata görə, Hüsənli siyasətə qayıtdığını elan edəcək”.

Onun bu sözlərinə AMİP katibi sərt sözlərlə münasibət bildirib. Ə.Orucov qeyd edib ki, A.Rəşidoğlu yeri gəldi-gəlmədi yuyulmamış qaşıq kimi ortaya düşüb. “Qandığını da danışır, qanmadığını da. Sonuncu dəfə AMİP Mərkəzi Şurasının keçirilməsi ilə bağlı paylaşdığı statusunda isə hökumətə işverənlik edib.  Əvvəla, siyasi şərhçi adlandırılan bu gerizəkalıya biriləri izah etsin ki, ”Ambassador” hoteli özəl mülkiyyətdir və hansısa dövlət qurumlarına heç bir aidiyyəti yoxdur”.

Bir sözlə, AMİP katibi jurnalistin ünvanına təhqiramiz ifadələr yazıb və onu qərbi azərbaycanlılara patoloji nifrəti olmasında ittiham edib. Bu sözlərə A.Rəşidoğlunun cavabı gecikməyib: “Əslində nə Hüsənlinin özü, nə də ki, üstümə göndərdiyi qaragüruh bir gündə iki statusuma layiq deyillər. Lakin Əli Orucovun ağır təhqirindən sonra ağlasığmaz dəstək aldım. Yüzlərlə zəng və mesaj, şərhlərə görə əxlaqlı insanlarımıza minnətdaram”.

Bu mübahisə ilə bağlı tanınmış jurnalistlərdən, ictimai fəallardan reaksiyalar gəlib və onlar Ə.Orucovu qınayıblar.

Tarixçi Dilavər Əzimli geniş statusunda bildirib ki, bu, həm də AMİP-in millətə iç üzünü əks etdirdi: “Bütün müxalifət partiyaları bu gündədir. Bu adam Azəri təhqir edir. Onu ”işverən”, ermənistanlıları daima təhqir edən adlandırır. Azər “işverən” olsaydı, indi başqaları kimi ya deputat seçilərdi, ya da imkanlı şəxs olardı”.

KXCP üzvü Sahib Kərimli AMİP-lə Azər Rəşidoğlu arasında baş verənləri üzücü adlandırıb: “Partiyanın işi onu söymək deyil. Onunla polemika etmək, görüşmək, inandırmağa çalışmaq olmalıdır. Siyasətçilər olaraq tənqidə dözümlü olmalıyıq, söyməməli, söydürməməli, söyülməməliyik”.

İlahiyyatçı jurnalist Rəsul Mirhəşimli vurğulayıb ki, bir statusa etikadan kənar cavab yazmaq ayıbdır.

Ə.Orucov isə “Yeni Müsavat”a bildirdi ki, bəlkə də Azərbaycan siyasətində onun qədər mətbuata yaxın, fərq qoymayan və açıq olan, tənqidlərə dözümlü yanaşan siyasətçi çox azdır: “Həm də ona görə ki, özüm uzun müddət  müxtəlif dövrü mətbuatda jurnalist kimi çalışmışam. Bu gün də millət.az  saytının təsisiçisi və baş redaktoruyam. Təəssüf ki, bəzi yazarlar öz peşəsindən immunitet və yaxud toxunulmazlıq kimi yararlanmağa çalışırlar. Təhqirlə, tənqidi, aşağılamanı səhv salanlar var.

Yaxud aşırı qərəzi, kini, nifrəti bir çox hallarda açıq büruzə vermə halları var. Mən buna qarşıyam. Əgər hansısa məsələyə, hansısa siyasi liderə yanaşmada qərəz varsa, bu, jurnalistika deyil. Mənim mətbuatda ilk yazım orta məktəbin 5-ci sinfində oxuyarkən dərc olunub, yəni jurnalistika sahəsinə kifayət qədər bələdəm. Məndə təəccüb doğuran bu oldu ki, Azərbaycana təhqiri, söyüşü gətirən bəziləri bu gün özlərini aydan arı, sudan duru göstərməyə çalışdılar və mənim bir statusuma gözləmədiyim reaksiya verdilər. Siz deyildinizmi qəzetlərdən söyüş və təhqirlərinizlə düşməyənlər? Keçmişinizə baxın”.

Ə.Orucov qeyd etdi ki, AMİP Mərkəzi Şurası 3 aydan gec olmayaraq keçirilməlidir: “Lakin uzun zamandır ki, bizə yer vermirdilər. Hətta özəl sektor sahibləri bu toplantını keçirməyə yer ayırmaqdan çəkinirdilər. Nəhayət ki, ”Ambassador” hotel razılaşdı. Sıradan bir işçi toplantını bu cür qeyri-sağlam tərzdə təqdim etməkdə, ermənistanlı regionunun adını yersiz şəkildə hallandırmaqda məqsəd nə idi?  Eyni gündə Müsavat Partiyasının qurultayı da keçirilirdi. Niyə həmin siyasi şərhçi yazmadı ki, İsa Qəmbər qarabağlıları, Arif Hacılı zaqatalıları başına toplayıb özünü sədr elan edəcək?! Mən böyük bir regiona, onun təmsilçilərinə, üzdə olan şəxslərinə belə qısqanc və qərəzli yanaşmanın əleyhinəyəm. Regionçuluq və regionçuluq təfriqəsi salmağa cəhd edənlər xoş məramlı və xoş niyyətli ola bilməzlər. Bu tərzi Azər Rəşidoğlu bir-iki dəfə sərgiləsəydi, üstün keçmək olardı və keçilmişdi də. Amma sistemli, qeyri-peşəkar, həm də qərəzli şəkildə davam etdiyindən cavab almalıydı.

Burada da heç bir təhqirdən söhbət gedə bilməzdi. Qınağa haqqı çatmayan bir-iki nəfərin də cavablarını elə sosial şəbəkə iştirakçılarının özləri verdilər. Mənə gərək qalmadı”.

Baş verənlərlə bağlı Azər Rəşidoğlu qəzetimizə əlavə şərh vermək istəmədi: “Əli Orucov mənim ranqımda olan biri deyil ki, ona cavab verim. Mən onun liderinə cavab verəcəm…”

Tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmli “Yeni Müsavat”a dedi ki, siyasətçilərin tənqidə dözümsüzlüyünün bir çox səbəbləri var. Onun fikrincə, bu, cəmiyyətin ab-havası ilə bağlıdır. Q.Məhərrəmli hesab edir ki, təkcə siyasət adamları yox, məmurlar, bəzən adi vətəndaşlar da tənqidə dözümsüz olurlar: “Siyasətdə isə vəziyyət fərqlidir. Onların reytinqi, auditoriyası var. Konkret həmin hadisəyə gəlincə, Əli Orucov elə kəskin reaksiya verməməliydi. Azər Rəşidoğlu fikrini etik ifadə edən, sözünü deyə bilən jurnalistdir. Üstəlik, onun yazdığı statusdur və bir vətəndaş mövqeyidir.

Azər bəy siyasəti izləyən jurnalist kimi yanaşmasını meydana qoyub. Əli Orucov adi şəkildə etirazını bildirsəydi, o dərəcədə reaksiya doğurmazdı. Ümumiyyətlə, siyasətlə məşğul olanlar tənqidə dözümlü olmalıdırlar. Amma cəmiyyətdə həssaslığın, qıcığın adekvat olmaması ilə bağlı yaranmış bir tendensiya, təhlükədir”.

Əvvəlki yazı

İlham Əliyev Macarıstanın Baş Naziri ilə görüşüb

Sonrakı yazı

Misir Mərdanov pullu məktəb açıb

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.