06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AMİP alternativsiz namizədlə qurultaya gedir

12 Avqust 2020, 09:58
Siyasət
A A
AMİP alternativsiz namizədlə qurultaya gedir

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qurultaya hazırlaşır. Partiyanın 11-ci qurultayı avqustun 15-də onlayn formatda keçiriləcək.

Pandemiya səbəbindən kütləvi toplantıların qadağan edilməsinə görə partiya qurultayı onlayn video formatda keçirməli olacaq.

Bu mövzuda sədrliyə yeganə namizəd, hazırda AMİP-in sədr əvəzi Arzuxan Əlizadə ilə söhbətləşdik.

Onun “Yeni Müsavat”a bildirdiyinə görə, qurultaya hazırlıq son mərhələdədir və texniki məsələlər həll olunur.

A.Əlizadə qeyd etdi ki, qurultayın ənənəvi şəkildə keçirilməsi arzu olunurdu, lakin pandemiya səbəbindən tədbir onlayn şəkildə təşkil ediləcək.

AMİP sədrliyinə namizədin sözlərinə görə, qurultayı adi qaydada keçirmək daha asandır:

“Kəndlərdə, rayonlarda olan qurultay nümayəndələri ilə əlaqə qurmaq, onları prosesə qoşmaq üçün texniki məsələləri həll etmək lazımdır.

Bütün sənədlərin, nizamnamənin dəyişilməsi gözlənilir, Mərkəzi İntizam Komissiyasına seçkilər nəzərdə tutulur. Bütün prosedurlar yerinə yetirilib.

Əgər pandemiya olmasaydı, ənənəvi qurultay keçiriləcəkdi. Lakin bizim son toplantımız oktyabrda olub. O zaman bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunmuşdu.

Lakin növbədənkənar parlament seçkiləri elan olundu və biz qurultayı marta qədər ertələdik. Martdan pandemiya başladı və qurultayı keçirə bilmədik. Amma avqustun 15-də qurultay keçiriləcək”.

A.Əlizadə bildirdi ki, sədr postuna ondan başqa namizədliyini hələ ki irəli sürən olmayıb: “İndiyə qədər müraciət edən olmayıb. Bəlkə də ilk dəfə alternativsiz bir qurultay olacaq. Sözsüz ki, sədrlik arzusunda olanlar var. Amma bu haqda ətraflı cavab verməyim etik olmaz. Buna qurultay günü geniş izah veriləcək. Bununla belə hesab edirəm ki, AMİP-də sədrliyə layiqli insanlar var”.

Sədr əvəzi onu da əlavə etdi ki, onlayn qurultayda AMİP-in fəxri lideri Etibar Məmmədov da iştirak edəcək. Onun sözlərinə görə, qurultaydan sonra partiyanın işinin çevik formata keçirilməsi nəzərdə tutulur.

“Bu gün reallıqlardan irəli gələrək toplantılar keçirmək olmur, partiya üzvləri ilə onlayn formada ünsiyyət qururuq.

Amma nizamnaməyə dəyişiklik nəzərdə tutulur, katiblik vəzifəsinin ləğvi, yerinə sədr və müavinləri postunun yaradılması plandadır.

Eyni zamanda Mərkəzi Şuranın işini canlandırmaq istəyirik. Təbii ki, bu yeniliklərin təşkilində təzə kadrlar da olacaq.

Həmçinin, Mərkəzi İntizam Komissiyası yenilənəcək, müşavirlər və müavinlər təyin olunacaq. Ümumiyyətlə, AMİP daha fəal fazaya keçməlidir”, – deyə sədrliyə namizəd vurğuladı.

A.Əlizadə bildirdi ki, qurultaydan sonra AMİP digər partiyalarla əməkdaşlığa isti yanaşacaq:

“Bundan əvvəl bir sra partiyalarla müzakirələrimiz olub, düşünürəm ki, onlarla əməkdaşlıq müqavilələri imzalamaq həddinə gəlib çıxmalıyıq.

Ümumiyyətlə, AMİP-in ölkənin siyasi mühitində aktiv iştirakını təmin etməliyik, ictimai-siyasi həyatında təsir rıçaqlarını özünə qaytarmalıyıq”.

Əvvəlki yazı

Deputat: “Belarusun Qərbə qapıları bağlandı”

Sonrakı yazı

İcra başçısı hüquqşünası həbs etdirir

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.