09-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AMERİKAYA QARŞI OPEK-RUSİYA ALYANSI?! – Moskva və ər-Riyad nə planlaşdırırlar?

25 Fevral 2018, 19:39
Siyasət
A A
AMERİKAYA QARŞI OPEK-RUSİYA ALYANSI?! – Moskva və ər-Riyad nə planlaşdırırlar?

Amerikan şist neft sənayesinin sıçrayışı Ər-Riyad və Moskvaya nəzərəçarpacaq təsir göstərib. Neftin qiymətinin aşağı düşməsinə səbəb olmuş ABŞ şist neftinə qarşı rəqabətə tab gətirmək üçün, 2016-cı ilin noyabrında OPEK və Rusiya neft hasilatının azaldılması qərarına gəldilər. Buradakı başlıca məqsəd – neft tədarükünü, dünya neft ehtiyatını azaltmaq və qiymətin bahalaşmasına səbəb olmaqdır.

Müşahidəçilərin təəccübünə baxmayaraq, OPEK üzvləri, Rusiya və bəzi keçmiş SSRİ ölkələri hasilatı azalda bildilər ki, bu da neftin bir barelinin iyun ayında 42 dollar olan qiymətini fevralda 62 dollaradək, yəni ciddi şəkildə yüksəldə bilib.
İndi alyansın bəzi iştirakçıları bu sxemin daimi əsaslarda işləməsinə çağırışlar edirlər. Bu il OPEK-ə rəhbərlik edən Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Süheyl-əl Mazuri bildirib ki, OPEK-in iyunda keçiriləcək yığıncağında hasilatın azaldılması təklifi müzakirə olunacaq. O, həmçinin OPEK-in Rusiya ilə əməkdaşlığının genişlənməsini istəyir.
“Röyter” agentliyinə müsahibəsində Mazuri deyib: ”Əgər bu ölkələr qrupu gələcəkdə müştərək işləməyi davam etdirsələr, onda bu, dünya iqtisadiyyatı üçün faydalı olacaq və eyni zamanda da, tələb-təklif arasındakı balansın kəskin şəkildə pozulmasından qaçmağa imkan verəcək”.

– Bazarın sabitləşdirilməsi

Amma buna baxmayaraq, o, dərhal dediklərinə düzəliş edərək bildirib ki, bu əməkdaşlığın miqyası haqqında danışmaq hələ tezdir. Mazurinin bəyanatı bu yaxınlarda ümümi maraqlar sayəsində birləşən ölkələr arasında daha sıx əməkdaşlıq üçün yol açır. Yanvar ayının sonunda Səudiyyə Ərəbistanı və Rusiyanın enerji nazirləri bildiriblər ki, onlar uzunmüddətli əməkdaşlıq barəsində fikirləri bölüşürlər. Xalid-əl Faleh deyib: “OPEK, bazara təkbaşına nəzarət etmək üçün kifayət qədər təsirli təşkilat olub. Amma indi bizdə təşkilatın artıq bunu edə bilməyəcəyi təəssüratı yaranıb”.

Rusiya Energetika naziri Aleksandr Novak deyib: “Biz hesab edirik ki, ölkələrimiz arasındakı əməkdaşlıq uzunmüddətli əməkdaşlıqdır. İki iri neft ixrac edən ölkə bir-birlərini inkar edə bilməzlər və onlar bazarın sabitləşməsi üçün birlikdə işləyə bilərlər”.

Qeyd edək ki, OPEK-Rusiya danışıqlarından öncə hər iki nazir nümayişkəranə şəkildə görüşə birlikdə gəliblər. Bu işə maraqlı olan ölkələrin rəhbərləri bildirirlər ki, söhbət Rusiyanı və OPEK-i özündə birləşdirəcək hansısa ”superkartel”in yaranmasından getmir. Lakin neft bazarında vəziyyət elədir ki, o, əsas oyunçuları variantlara baxmağa məcbur edir. Bir neçə il bundan əvvəl isə belə şeylər mümkün deyildi.

İki neft nəhəngi arasında bu cür yaxınlıq, əsasən bir məqsəd daşıyır: Amerikanın şist neft sənayesinin böyüməsinə qarşı dayanmaq. Beynəlxalq enerji agentliyinin proqnozlarına əsasən, ABŞ 2018-ci ildə dünyada ən böyük neft hasilatçısı və ixracatçısı olmalıdır. 2014-cü ildə Amerikan şist neftinin meydana gəlməsi neftin qiymətinin aşağı düşməsi ilə nəticələnib.

Səudiyyə Ərəbistanı aşağı neft qiymətlərinin ABŞ şist neft hasilatı mövcudluğuna son qoya biləcəyinə ümid bəsləyirdi. Amma buna baxmayaraq, onlar xərcləri azaldaraq möhkəm dayana bildilər. Bu, OPEK-in düşdüyü tələ oldu: sözsüz ki, OPEK ölkələri və Rusiya hasilatı azaltmaqla neftin qiymətinin qalxmasına təsir göstəriblər, ancaq neftin qiymətinin artması, həmçinin ABŞ istehsalçılarına da fayda gətirib və onlar daha çox quyu qazmağa başlayıblar.

Səudiyyəlilərin və rusların daha bir problemi isə neft qiymətinin qalxmasına baxmayaraq, kəşfiyyat və qazma işlərini stimullaşdıracaq investisiyaların qoyulmamasıdır. Fransa neft institutunun illik hesabatına görə, 2017-ci ildə investisiya 389 milyard dollar təşkil edib. Bu, 2014-cü ilin göstəricisindən xeyli azdır. Belə ki, həmin ildə bu sahəyə 683 milyard dollar investisiya qoyulub. Əgər yaxın illərdə iri neft şirkətləri investisiya qoymazlarsa, onda dünya üzrə neft təklifi kifayət etməyəcək.

Rusiya və Səudiyyə, həmçinin daxil siyasi məqsədlər də güdürlər. Səudiyyə Ərəbistanında yalnız neftin yüksək qiymətləri sayəsində şahzadə Mühəmməd ibn Salman özünün ambisiyalı “2030 Üfüqləri” islahat proqramını həyata keçirə və “Saudi Aramco” neft nəhənginin səhm kapitalını əlverişli şərtlərlə açmağa imkan verə bilər. Rusiyada isə uzunmüddətli Qərb sanksiyaları və iqtisadi çətinliklər Vladimir Putin üçün ciddi problemə çevrilib və o, neftin qiymətinin yüksək səviyyədə qalması naminə əlindən gələni edir.

Əgər belə bir alyans yaranarsa, onda bu Səudiyyə Ərəbistanın əsas müttəfiqi ABŞ üçün ciddi strateji problemlər yarada bilər. Əlbəttə ki, Vaşinqtonda Ər-Riyad və Moskvanı birləşdirəcək daimi strukturun meydana gəlməsinə çox pis yanaşırlar.

(“Le Monde”-Fransa)

Əvvəlki yazı

Qənirə Paşayeva İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirdə Türk diaspor təşkilatlarına çağırış edib

Sonrakı yazı

BAŞINA 4 MİLYON QOYULAN PYD LİDERİ ƏLƏ KEÇİRİLDİ – Praqada

Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

09 Avqust 2025, 13:58
Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

09 Avqust 2025, 13:52
Bitkoin cüzi bahalaşıb

Bitkoin cüzi bahalaşıb

09 Avqust 2025, 13:51
Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

09 Avqust 2025, 13:48
Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

09 Avqust 2025, 13:46
“Sözün düzü, Tramp məni təəccübləndirdi” – Video

“Sözün düzü, Tramp məni təəccübləndirdi” – Video

09 Avqust 2025, 13:44
30  yaşlı qadın baltalandı – Şübhəli qardaşıdır

30 yaşlı qadın baltalandı – Şübhəli qardaşıdır

08 Avqust 2025, 15:12
“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

“Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram” – Cahangir Əsgərov

08 Avqust 2025, 15:09
Havanın temperaturu ilə bağlı mühüm məlumat

Havanın temperaturu ilə bağlı mühüm məlumat

08 Avqust 2025, 13:55
Xalq artisti dənizə paltarla girdi – VİDEO

Xalq artisti dənizə paltarla girdi – VİDEO

08 Avqust 2025, 13:53
Bakı metrosunda doğulmuş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək

Bakı metrosunda doğulmuş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək

08 Avqust 2025, 13:51
İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib

İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib

08 Avqust 2025, 13:45
DYP: Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır

DYP: Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır

08 Avqust 2025, 13:43
Tovuzda 11 yaşlı qıza zorakılıq edilib? – DİN-dən açıqlama

Tovuzda 11 yaşlı qıza zorakılıq edilib? – DİN-dən açıqlama

07 Avqust 2025, 21:30
Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

07 Avqust 2025, 16:04
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

07 Avqust 2025, 15:33
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

07 Avqust 2025, 15:31
Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.