25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Amerikanın qorxulu “Böyük Ermənistan” projesi – sensasion iddia

05 İyun 2018, 09:20
Siyasət
A A
Amerikanın qorxulu “Böyük Ermənistan” projesi – sensasion iddia

İşğalçı ölkədəki məxməri inqilabın daha bir ilginc hədəfi üzə çıxır; rusiyalı tanınmış analitikdən SOS siqnalı: “Rusiya, Türkiyə, İran və Azərbaycan artıq indidən yığışıb önləyici tədbirlər görməlidir…”

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın çevriliş nəticəsində hakimiyyətə gəlişindən təxminən bir ay ötür. Hələ ki o, daha çox öz komandasını formalaşdırmaqla məşğuldur. Bu komanda isə artıq yazdığımız kimi, əsasən qərbyönlü kadrlardan, “Amerikanın uşaqları”ndan qurulur. Hərgah, gizli-açıq qərbçi olan N.Paşinyan Rusiya ilə strateji müttəfiqliyə və öhdəliklərə sadiq qalacağını söyləməkdə də davam edir.

Aydın məsələdir ki, erməni baş nazir öz “ayağının altını” möhkəmlədənə, yəni komandasını qurub qurtarana, yeni seçkilərlə parlamentdə öz tərəfdarlarının üstünlüyünü təmin edənə və ABŞ-dan minimum iqtisadi-maliyyə və siyasi zəmanətlər alanadək Rusiyanı qıcıqlandırmayacaq. Ancaq bu, müvəqqətidir və enində-sonunda o, mütləq Ermənistanı Rusiyanın orbitindən çıxarmaq qərarı verəcək. Verməli olacaq, çünki bunu ondan onu hakimiyyətə gətirmiş Qərbin böyük siyasi və maliyyə sponsorları tələb edəcəklər. Hər halda, dünyada elə bir məmləkət yoxdur ki, eyni zamanda həm Vaşinqtonun, həm də Moskvanın yaxın, strateji müttəfiqi olsun…

*****

Rusiyalı tanınmış analitik və tarixçi alm Oleq Kuznetsov hesab edir ki, Rusiyadan qopmaq üçün Nikol Paşnyana 3 il tamamilə bəs edə bilər. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, özünün Vesti.az saytındakı təhlili məqaləsində yazıb.

Paşinyan ile ilgili görsel sonucu

“Bu 3 il onun özü və tərəfdarları üçün yetərlidir ki, bu müddətdə erməni ictimai şüurunu təzədən formatlaşdırıb Rusiya ilə əlaqələrin qırılmasına hazırlasınlar. Bundan ötrü Paşinyanın əlindəki təbliğat kozırı qədərindən də güclü görünür: ”Gürcüstan o vaxt üçün (2021 – red.) NATO-nun üzvü olacaq, növbədə bizik. ABŞ-ın protektoratı altında “Böyük Ermənistan” daha bir addım bizə yazın olacaq”. Düşünmürəm ki, bu gün kimsə belə təbliğatın uğuruna və Ermənistan ərazisindən Rusiya hərbi bazasının çıxarılmasının zəruriliyinə şübhə edəcək “ – politoloq yazıb.

Analitikin sensasion iddiasına görə, “Böyük Ermənistan”ın yaradılması ideyası tarixi baxımdan nə qədər absurd olsa da, bu gün artıq ABŞ-a çox gərəklidir: “İlk növbədə də bu, özünün əsas rəqiblərinə, düşmənlərinə və sözəbaxmayan müttəfiqlərinə siyasi təsir aləti kimi lazımdır. Söhbət Rusiyadan, İrandan, Türkiyədən və Azərbaycandan gedir – hansı ölkələr ki, onlardan ötrü absurd ideyanın gerçəkləşməsi ciddi ərazi itkisi təhlükəsi vəd edir. Ermənistanın ABŞ-a təslim edilməsi cənublu-şimallı bütöv Qafqazın hərbi-siyasi silkələnmə regionuna çevrilməsini vəd edir”.

Oleq Kuznetsov ile ilgili görsel sonucu

Fikirlərinə davam edən təhlilçi yazır: “O halda Krasnodar və Stavropol diyarlarında, Rostov vilayətində, ermənilərin üstünlük təşkil elədiyi ayrı-ayrı inzibati rayonlarda Rusiya erməni siyasi separatçılığı və gizli terrorçuluğu təhlükəsi ilə üzləşəcək. Bu isə öz növbəsində şübhəsiz ki, Rusiyanın hərbi-siyasi potensialını zəiflədəcək – hərgah, o, öz ərazi bütövlüyünü saxlayacaq. İran Urmiya, Salmaz və digər şimal-qərb vilayətlərində Ermənistanın iddiaları ilə üzləşəcək – şimalda İrana qarşı cəbhə açılmasının mükafatı olaraq. Ermənistanın Türkiyənin şimal-şərq regionlarına – Ərzurum və Trabzondan tutmuş, Hakkari və Diyarbəkirə ərazi iddiaları isə yüz ildir bütün dünyaya məlumdur.

rusiya iran türkiyə azərbaycan ile ilgili görsel sonucu

Azərbaycana gəlincə, o, Qarabağ müharibəsi nəticəsində artıq öz ərazisinin 1/5-ni itirməklə yanaşı, Naxçıvanı itirmək riski ilə də üzləşə bilər. Başqa sözlə, hələlik Ermənistana siyasi nəzarət imkanı əldə edən ABŞ onun qonşularına çox ciddi siyasi təsir aləti qazanıb. Gürcüstan NATO-ya üzv olandan sonra isə Ermənistanın da alyansa yolu açılacaq və Amerika siyasi təsirinə hərbi komponent əlavə olunacaq və bölgədə güclərin konfiqurasiyası kardinal şəkildə dəyişəcək”.

Müəllifə görə, qeyd edilən təhlükəyə qarşı adçəkilən 4 ölkə indidən tədbir görməlidir. “Onlar ən əvvəl belə bir suala cavab tapmalıdırlar ki, açıq-aşkar amerikayönlü olan ”Böyük Ermənistan” ideyasının yaranmasına necə reaksiya verəcəklər? Tamamilə aydındır ki, bunun baş verməsinə qarşı preventiv tədbirlər xeyli öncədən, yəni bu il, yaxud uzağı, gələn il hazırlanmalıdır”, – deyə analitik xəbərdarlıq edib.

İlgili resim

Analitikin fikrincə, artıq bu gün Rusiya və İran ticari formada öz gizli rəqibinə – Ermənistana əmtəə şəklində pul buraxmaqdan imtina eləməlidir: “Özü də bunu eyni vaxtda etməlidir ki, NATO-ya potensial üzv maksimum maddi zərər görsün – Alyans özü ora resurslar göndərənə kimi. Buna paralel, 3 ölkə Azərbaycan hökumətinə özünün ərazi bütövlüyün bərpa eləmək və ”Artsax” adlı yeni terror törəməsini məhv eləmək üçün ən qəti və inandırıcı zəmanət verməlidir. Bu, Ermənistana və “Böyük Ermənistan” ideyasına sarsıdıcı mənəvi-siyasi və hərbi-siyasi zərbə olacaq və yarasız ideya kimi “Böyük Ermənstan”dan imtinaya gətirəcək”.

*****

Bu, əlbəttə ki, bir rusiyalı siyasi təhlilçinin Ermənistanda gedən son proseslərə bağlı baxış bucağı, gözləntiləri və proqnozudur. Onları 100% qəbul eləmək də olar, eləməmək də. Ancaq nəzərə almaq, bizcə, vacib və qaçılmazdır. Çünki söhbət son iki əsrdə öz maraqları və yalanları naminə yad qucaqları dəyişməyə vərdiş eləmiş namərd qonşularımızdan gedir. Yaxşı ki, Rusiyada da erməni satqınlığının mümkünlüyünü anlamağa başlayıblar. Pis gəlişmə deyil…

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Əvvəlki yazı

Sosial Müdafiə Fondunda müəmmalı yanğın – Səlim Müslümov izi…

Sonrakı yazı

Erməni mənbələri Azərbaycan ordusunun irəliləməsi haqda – VİDEO

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.