Amerikalı siyasətçi və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, boyun nahiyəsindən güllə yarası alıb.
Kirkin sağ qalıb-qalmadığına dair rəsmi açıqlama yoxdur.
Hadisədən dərhal sonra ABŞ lideri Donald Tramp amerikalıları Kirkin sağlamlığı üçün dua etməyə çağırıb.
Məlumata görə, mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsd edən şəxs Yuta Demokratik Partiyasının üzvü Maykl Mallinsondur. O, hadisə yerində saxlanılıb.
***
ABŞ lideri Donald Tramp “Truth Social” hesabında Çarli Kirkin sui-qəsd nəticəsində öldüyünü yazıb.
Tramp onu “böyük” və “əfsanəvi” adlandırıb:
“Heç kim ABŞ-nin gənclərini Çarlidən daha yaxşı başa düşmədi və empatiya qurmadı”.