Dünya data mərkəzlərinin 30 faizindən çoxuna ev sahibliyi edən ABŞ-ın Nyu-Meksiko ştatının Los Lunas bölgəsindəki fermerlər Facebook, Instagram və WhatsApp-ın çətir şirkəti olan Meta-nın məlumat mərkəzinin bölgəyə köçürülməsinə qarşı çıxırlar. Fermerlərin etirazına səbəb sudur. ABŞ-da texnologiya şirkətləri elektrik istehlakının 2 faizini təşkil edərkən, obyektlərin idarə edilməsində ən mühüm problemlərdən biri də soyutmadır. Şirkətlər soyutma üçün sudan istifadə edirlər. Böyük bir məlumat mərkəzinin gündə 10-50 min nəfər əhalisi olan yaşayış məntəqəsi qədər su istehlak edə biləcəyi bildirilir.




















