18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Amerika səfirliyi niyə xəbərdarlığı DTX və DİN-dən sonra yaydı?

25 Oktyabr 2020, 15:57
Siyasət
A A
Amerika səfirliyi niyə xəbərdarlığı DTX və DİN-dən sonra yaydı?

 

Məlum olduğu kimi, ötən gün Amerikanın Azərbaycandakı səfirliyi vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığı yayıb.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin xəbərdarlığında vətəndaşlar “J.W. Marriott Absheron” hoteli, eləcə də digər yerlərdə ayıq-sayıq olmağa çağırılır. Səfirlik xəbərdarlığında vətəndaşlarına sıxlıqdan çəkinməyi, diqqətləri özlərinə çəkməməyi, başqalarından uzaq durmağı, xaricilərin sıx olduğu ərazilərdə olmamağı tövsiyə edir.

Qeyd edək ki, Amerika səfirliyinin xəbərdarlığından əvvəl, oktyabrın 15-də Dövlət Təhlükəsizlik Xidməti də ölkə əhalisinə ayıq-sayıq olmaqla bağlı xəbərdarlıqlar etmişdi.

DTX-nin məlumatında qeyd edilirdi ki, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycanın böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər. Ona görə də DTX vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 405 99 99 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq-mühafizə orqanlarına bildirmələrini xahiş edirdilər.

Daxili İşlər Nazirliyi də xəbərdarlığında qeyd edib ki, əhali gördüyü, rastlaşdığı şübhəli əşyalara toxunmasın. Belə olan halda dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırmaq lazımdır.

Bəs dövlət qurumlarının xəbərdarlığından sonra Amerika səfirliyinin də xəbərdarlığına səbəb nədir? Azərbaycanda teraktı kim həyata keçirə bilər?

Aydındır ki, belə çirkin məqsədləri olan dövlət yalnız Ermənistan ola bilər.

Elə yuxarıda da qeyd edildiyi kimi, DTX-nin xəbərdarlığında da müharibədə uduzan Ermənistanın belə bir niyyətinin olduğu vurğulanmışdı.

Ermənistan terror dövlətidir. Ölkənin özündə də terror təşkilatlarının düşərgələri mövcuddur. “Erməni terrorizmi” termini ilk dəfə ABŞ-da 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmi olaraq istifadə edilib. Erməni terrorçuları indiyə kimi 24 türk diplomatını müxtəlif yerlərdə qətlə yetirib.

Onlar həmçinin müxtəlif dövrlərdə Livan, Fransa, Avstriya, Almaniya, Türkiyə, İsveçrə, İspaniya, Danimarka, Niderland və bir neçə başqa ölkələrdə 120-dən çox terakt həyata keçiriblər. 1975- ci ildən terror təşkilatı ASALA tərəfindən həyata keçirilən teraktlar 1980-1981-ci illərdə daha da geniş vüsət almışdı. Son dövrlərdə isə erməni terror təşkilatı ASALA daha da fəallaşıb.

Qeyd edək ki, birinci Qarabağ müharibəsi dönəmində Ermənistan Azərbaycana qarşı metrolarda, avtobuslarda, gəmilərdə terror aktı törədib. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub. Ermənistanın Gəncəyə mülki əhaliyə qarşı iki dəfə qadağan olunmuş ballistik raket atması da terror siyasətinin nəticəsidir.

Prezident İlham Əliyev bu günlərdə CNN Türk kanalına verdiyi müsahibədə də vurğulayıb ki, PKK terror qruplarının düşərgələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcud idi: “Bizdə artıq yeni kəşfiyyat məlumatları, onların danışıqları, onların təmasları haqqında sənədlər və audioməlumat var. Bu, bizdə heç bir şübhə doğurmayan bir məsələ idi. Çünki Ermənistan terrorçu ölkədir. Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilməlidir”.

Xatırladaq ki, Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunub və Ermənistan prezidenti tərəfindən əfv edilib. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.

Həmçinin bildirək ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətinə çevrilib. Mənfur nasist general Qaregin Njde “milli qəhrəmana” çevrilib. Ermənistanın paytaxtının mərkəzində Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılıb. ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri də bu ölkədə şöhrətləndirilir.

Əvvəlki yazı

Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı

Sonrakı yazı

Müqavimət qırıldı — Azərbaycan Ordusu irəliləyir

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.