Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

AMERİKA-İRAN DARTIŞMASINA ŞƏRQƏN GÜNƏŞ DOĞUR:Abenin vasitəçilik missiyası İrandaxili siyasi çarpışmanı gücləndirə bilər – Təhli

2019-06-03
in Manşet
0
AMERİKA-İRAN DARTIŞMASINA ŞƏRQƏN GÜNƏŞ DOĞUR:Abenin vasitəçilik missiyası İrandaxili siyasi çarpışmanı gücləndirə bilər – Təhli
0
Paylaşılıb
7
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Stanislav Tarasov

Bənzər Yazılar

“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

“Biz Putinlə bu məsələni müzakirə etmişik” – Prezident

Sülhməramlı bölmələrin təlim məşqlərinin görüntüləri – Video

regnum.ru, 02.06.2019

 

Amerikanın “The Wall Street Journal” qəzeti öz qaynaqlarına söykənməklə məlumatlandırıb ki, Donald Tramp administrasiyası Tehrana qarşı yeni sanksiyalar tətbiqinə başlamayıb. Nəşrin məlumatına görə, İranın konkret neft-kimya şirkətlərinə qarşı yönəlməli olan yeni məhdudlaşdırıcı tədbirlər planlaşdırılırdı. Göstərilir ki, Amerika ritorikasının yumşalma səbəbi Trampın “iki ölkənin münasibətlərindəki gərginlyi zəiflətmək” qərarı olub. Budur, Səudiyyənin xarici işlər naziri Adil əl-Cubeyr də bildirir ki, ər-Riyad “ölkələri indi çətin dönəm yaşayan Yaxın Şərq də istənilən qiymətə savaşdan yayınmağa çalışır” və İran “durumu normallaşdırmağa can atırsa”, onu “təmkinli olmağa” çağırıb. Yada salaq ki, Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində tankerlərə hücumda, habelə “Saudi Aramco” dövlət neftçıxarma şirkətinin boru kəmərinə zərbədə əli olmaqda əvvəllər Tehranı ittiham edib. İran bunu qəti rədd edib. Amma əvvəlcə ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, bu haqda məlumata malik deyil. Sonra ABŞ SQ qərargah rəislərinin Birləşmiş Komitəsinin təmsilçisi Mayk Gildey məlumat verib ki, neft tankerlərinə hücumda İranın əli olduğu haqda guya Pentaqonda kəşfiyyat məlumatı var, amma bu məlumatı açıqlamaq niyyətində deyil. Vaşinqton niyə İran ətrafında maksimal deyil, mülayim sıxmaya gedir?

Tramp “Tehrana qarşı effektli durmaq” üçün Yaxın Şərqə əlavə 1,5 min hərbçi göndərmək qərarına gəlib. Amma ABŞ-ın bu bölgədə onsuz da 70 minlik hərbi kontingenti olduğu nəzərə alınsa, aydındır ki, Ağ Ev İrana hərbi müdaxilə hazırlamır, əvəzində bölgədəki bəzi müttəfiqlərini xərcə düşməyə vadar etdi – administrasiya “İran təcavüzünü önləmək” üçün Konqresin təqdiri olmadan İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-ə 8,1 milyard dollar məbləğində  silah satmağı qət edib. Buna görə də sabit duyum yaranır ki, son zamanlar İran ətrafında yaradılan “qəribə əhvalat” məhz bu alver üçün pərdə olub, qalanı isə – Fars körfəzi dövlətlərinin əməkdaşlıq Şurasının və Ərəb Dövlətləri Liqasının Məkkədəki sammitinə qədər – vur-tut, siyasi boyadır.

Bu fonda Tehranın özü gözədəyər diplomatik fəallıq göstərməyə başlayıb. İran XİN başçısı Məhəmməd Cavad Zərif İraqa baş çəkib, oradan ərəb qonşulara hücum etməmək haqda bölgə ölkələrilə müqavilə bağlamaq təklifi göndərib. Bağdad Vaşinqton və Tehran arasında dialoqu yoluna qoymaq üçün özünü vasitəçi rolunda irəli sürüb ki, bu da iki ölkə arasında diplomatik kanallar axtarışı barədə mətbuatda şayiələr törədib. Aydınlaşdığı kimi, od yanmasa, tüstü çıxmaz. Tramp və Yaponiyanın İran və ABŞ arasında vasitəçi kimi çıxış etmək niyyətində olan baş naziri Sindzo Abe arasındakı danışıqların nəticələri tezliklə bəlli oldu.

Bu, İranla nüvə sazişini imzalmamış başqa dövlətlərin hamısı ilə problemi olan Vaşinqtonu qane edir. Axı Tokio, bir yandan, Vaşinqtonun xarici siyasətini dəstəkləyir, o biri yandan, neft tədarükləri ölkə idxalatının gözədəyən payını təşkil edən Tehranla qəlizləşmədən yayınır. Həm də Avropa ölkələrinin nüvə sazişinin iştitrakçılarına (Almaniya, Fransa və Böyük Britaniya), eynən bütün Avropa Birliyinə də  ticarət və bank sektorunun normal işi 60 gün ərzində bərpa olunmazsa, uranı daha yüksək səviyyəyədək zənginləşdirməyə başlamaq, ehtiyatını, habelə ağır su ehtiyatı toplamaq və Əraqda müvəqqəti dayandırılmış nüvə kompleksinin fəaliyyətini təzələmək xəbərdarlığıyla çıxış edən İran bu ölkələrin Amerikayönlü mövqeyindən narazılığı aşkar sərgiləyir. Moskva da potensialca vasitəçi rolunda çıxış edə bilərdi. Amma hər şeyə əsasən, İran ya ümumiyyətlə belə bir ssenari işləməyib, ya da hansısa səbəblərdən bundan imtina edib. Rusiya XİN başçısı Sergey Lavrov Tokioda səfərdə olarkən ABŞ və İran arasındakı münasibətlərdən danışaraq bildirib ki, “biz öz xidmətlərimizi zorla qəbul etdirmirik, danışıqlara başlamağı alqışlayacağıq, amma biz əminik ki, “mən əvvəlcə sizi boğacaq, sonra uzlaşacağam” mövqeyindən danışıqlar aparmaq bizim xarici siyasət cəbhəsində davranış modeli kimi qəbul edə biləcəyimiz mövzu deyil”.

Amma Yaponiyanın vasitəçiliyindən söz düşəndə Tramp ritorikanı dəyişib.

“Tehranın bu rəhbərliklə yenidən böyük ölkə olmaq şansı var, – Amerika prezidenti Yaponiya baş naziri ilə mətbuat konfransında bildirib. – Biz rejimi dəyişməyə can atmırıq. Mən istəyirəm ki, bu, aydın olsun. Biz buna çalışırıq ki, nüvə silahı olmasın. Mən düşünürəm ki, İranın böyük iqtisadi potensialı var və onların bunu sərgiləyə biləcəyi duruma qayıdacağımızı səbirsizliklə gözləyirəm”. Belə bir durumda Tehrana qarşı yeni sanksiyalar qoymaq Abenin missiyasını pozmağa yönəlmiş olardı. Öz növbəsində İanın “yaradıcı” reaksiyası gəlib. Zərif bildirib ki, “ABŞ prezidentinin sözləri deyil, yalnız işi onun gerçək niyyətlərini göstərər”.

Bu da Tehranın Yaponiya baş nazirinin vasitəçilik səylərini qəbul etməyə hazır olduğu kimi qavranılır.

“Kyodo” agentliyi xəbər verir ki, Abe İrana iyunun ortalarında səfər edə  və bu səfər 1978-ci ildən bəri ilk səfər ola bilər. Elə o, iddia edir ki, artıq Yaponiya baş naziri və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və İran XİN rəhbərliyi arasında təmaslar yoluna qoyulub. Abe İrana səfər çərçivəsində Tokionun oyunun tərkib hissəsi olmadan dəstəyi davam etdirdiyi nüvə sazişinə tərəfdar olduğunu İran prezidenti Həsən Ruhaniyə bildirmək niyyətindədir. Çox ehtimal ki, Abe yeni nüvə sazişini təklif edəcək və onun problemlərini ən yüksək səviyyədə müzakirə edəcək.

İranın nüvə proqramının qabaqkı imzaçılarını cəlb etməklə diplomatik dava törətməkdənsə bunu İran və ABŞ arasında imzalamaq hamısından daha asandır. Ehtimal olunur ki, Abenin bu yöndə uğurlu irəliləyişi halında Vaşinqton paralel olaraq təkcə bəzi antiiran sanksiyalarını götürmək və ya zəiflətmək, Tehranla diplomatik dialoqu qoluna qoymağı deyil, həm də Suriya yönündə “yeni ideyalar” əsasında Rusiya-İran-Türkiyə alyansına soxulmağa da çalışacaq. İran önəmli bölgəsəl oyunçudur, Abe effektli diplomatiyanın yeni yollarını uğurla işlətməyə nail olarsa, onda Yaxın Şərqdəki durum ciddi dəyişə bilər.

Eyni zamanda unutmağına dəyməz ki, İranın özündə danışıqların ABŞ-ın ölkənin təkcə nüvə deyil, həm də raket proqramını məhdudlaşdırmaq istəyinə qarşı çıxış edən güclü düşmənləri var. Odur ki, Abenin missiyası ölkə daxilində daxili-siyasi çarpışmanın kəskinləşməsini törətməyə qabildir. Amerikanın “Foreign Policy” nəşrinin fikrincə, özəlliklə də Tehranı “yeni strateji alyanslar quraraq sanksiyalardan imtina perspektivlərini göstərərək” şirnikləndirəcəklərinə görə. Baxaq, belə kombinasiyadan nə alınacaq.

Tərcümə Strateq.az-ındır.

 

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Daha 50 avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib –FOTO

Sonrakı yazı

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib- MƏTN

Sonrakı yazı
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib- MƏTN

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib- MƏTN

ABŞ səfirliyi “Greencard”la bağlı məlumat yayıb:”Ədalətsiz şəkildə əlavə ödəniş tələb edirlər”

ABŞ səfirliyi “Greencard”la bağlı məlumat yayıb:"Ədalətsiz şəkildə əlavə ödəniş tələb edirlər"

Nazir aksiya keçirən jurnalisti məhkəməyə verdi

Nazir aksiya keçirən jurnalisti məhkəməyə verdi

Discussion about this post

Bizə Qoşulun

  • 21.2k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

2021-04-13
“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

2021-04-13
Bu yolda hərəkətin təşkilində dəyişiklik edildi

Bu yolda hərəkətin təşkilində dəyişiklik edildi

2021-04-13
25 həkimimiz koronavirusdan ölüb – Adlar

Azərbaycanda yoluxanların və sağalanların sayı artdı

2021-04-13
Hərbi Qənimətlər Parkına giriş pulludur?

Hərbi Qənimətlər Parkına giriş pulludur?

2021-04-13
“Uşqapulunun verilməsi üçün yetərli qədər mənbə var” – Ekspert

“Uşqapulunun verilməsi üçün yetərli qədər mənbə var” – Ekspert

2021-04-13
Daha 11 müəllimdə koronavirus aşkarlandı, 6 məktəb bağlandı

Daha 11 müəllimdə koronavirus aşkarlandı, 6 məktəb bağlandı

2021-04-13
Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

2021-04-13
Prezident İlham Əliyev çıxış edir (VİDEO)

İlham Əliyevdən yeni SƏRƏNCAM

2021-04-13
Hava proqnozları bəzi hallarda niyə səhv çıxır? – AÇIQLAMA

Hava proqnozları bəzi hallarda niyə səhv çıxır? – AÇIQLAMA

2021-04-13
“Toy qadağası ləğv edilməlidir, iqtisadiyyatımız məhv olur” – VİDEO

“Toy qadağası ləğv edilməlidir, iqtisadiyyatımız məhv olur” – VİDEO

2021-04-13
Sahil Babayevin yeni müşaviri kimdir? – DOSYE

Sahil Babayevin yeni müşaviri kimdir? – DOSYE

2021-04-13
Kremldən “İsgəndər-M”lə bağlı Əliyev-Putin müzakirəsinə reaksiya

Kremldən “İsgəndər-M”lə bağlı Əliyev-Putin müzakirəsinə reaksiya

2021-04-13
Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir

Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir

2021-04-13
“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?” – Prezident

“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?” – Prezident

2021-04-13
“Biz Putinlə bu məsələni müzakirə etmişik” – Prezident

“Biz Putinlə bu məsələni müzakirə etmişik” – Prezident

2021-04-13
Ermənilər necə məğlub edildi? – Samvel Babayan açıqlayır

Ermənilər necə məğlub edildi? – Samvel Babayan açıqlayır

2021-04-13
Azərbaycanın ən gənc bölgələri hansıdır?

Azərbaycanın ən gənc bölgələri hansıdır?

2021-04-13
Sülhməramlı bölmələrin təlim məşqlərinin görüntüləri – Video

Sülhməramlı bölmələrin təlim məşqlərinin görüntüləri – Video

2021-04-13
Həftəlik hava proqnozu açıqlandı

Həftəlik hava proqnozu açıqlandı

2021-04-13

Seçmə

  • Bütün
  • SEÇMƏ
Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq
SEÇMƏ

Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açıq olacaq

2021-04-12
“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” – DİN
SEÇMƏ

Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

2021-04-12
DYP sürücülərə müraciət etdi
SEÇMƏ

DYP sürücülərə müraciət etdi

2021-04-10
Daha bir məktəb koronavirusa görə bağlandı
SEÇMƏ

Məktəblər hansı şərtlərlə açıla bilər? (VİDEO)

2021-04-10
İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi
SEÇMƏ

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

2021-04-09
İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”
SEÇMƏ

İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”

2021-04-06
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

2021-04-13
“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? – Rövşən Rzayevin tender oyunları

2021-04-13
  • Reportyor.İnfo

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Rəsmi
  • Sosial
  • Araşdırma
  • Kriminal
  • Təhsil
  • Əyalət
Nəticə yoxdur
Bütün nəticələrə bax

© 2020 Reportyor.info.