21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AMEA Elmi Mərkəzi Kitabxanasına – İttiham

23 Oktyabr 2018, 11:39
Cəmiyyət, Araşdırma
A A
AMEA Elmi Mərkəzi Kitabxanasına – İttiham

 

“Tort kəsilir, paylaşımlar edilir, qalib gəldik deyirlər. Bu şadyanalıq 4 sentyabr 2018-ci il tarixində Azərbaycan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında ümumi dəyəri 122.567 min manat olan 113 ədəd kompüter və notbuk oğurlandığı rəsmi şəkildə təsdiq olunandan və AMEA-nın Rəyasət Heyəti aparatına məlumat verilməsinə dair qərar çıxarılandan sonra baş verir. Nə baş verir, kimə qalib gəlinir, maraqlıdır”. Bu ifadələr DİA.AZ-ın elektron ünvanına göndərilən məqalədə yer alıb.

Daha sonra dia.az-a göndərilən məqalədə deyilir: “Beləliklə, belə başa düşülür ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş verən oğurluq hadisəsindən hələ də nəticə çıxarılmayıb. Görünür, bir zamanlar məşhur “Soros fondu”nun əməkdaşı olmuş, amma hansısa səbəbdən kitabxana direktoru təyin olunmuş Leyla İmanova və onun himayəçisi rolunda bu sahəyə cavabdeh AMEA-nın vitse-prezidenti qəbul etmək istəmirlər ki, ilk baxışdan asan və əlçatan kimi təsir bağışlayan Mərkəzi Elmi Kitabxananın mühüm işlərini kənara atıb tort kəsmək və paylaşımlar etməklə oradakı problemlər həll olunmur. Minlərlə qiymətli elmi kitabların saxlanması diqqət, peşəkarlıq və məsuliyyət tələb edir. Neçə illərin nadir kitablarına münasibət də maraq doğurur. Kitabxanada mübadilə fondu, xaricə göndərilən və oradan alınan qiymətli elmi kitabların formatlara bölünüb, işlənməsi və inventarlaşmaya qəbul olunması bərbad vəziyyətdədirsə, Leyla İmanovanın ətrafı olan, “ailə ansambl”ının üzvləri hansı günlərinə tort kəsir, bayram edirlər, kimə qalib gəlmiş hesab olunurlar. Və yaxud, AMEA-nın hörmətli vitse-prezidentinin “kurasiya”sında olan Mərkəzi Elmi Kitabxanadan oğurlanmış 113 ədəd kompüter və notbukun yerinə bir neçə “Kür” kompüterlərini yerləşdirməklə də məsələ həllini tapmış hesab olunmur. Axı bütün hallarda baş verənlər birbaşa AMEA-nın prezidenti, akademik Akif Əlizadənin əleyhinə işləyir. Çünki, ölkədə fəaliyyətdə olan bütün kitabxanalarda mütəxəssis direktorlardan fərqli kitabxana işindən anlayışsız bir həkimin – İmanova Leyla Bəkir qızının fəaliyyəti necə təqdir oluna bilər ki, hələ də “Kitabxana işi haqqında” qanun kobud şəkildə pozulur, orada kitabxanaya üzvülük pullu olaraq həyata keçirilir. Və yaxud AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova və onun himayəçisi rolunda çıxış edən vitse-prezident, deputat nədən düşünmək istəmirlər ki, “Milli Rəqəmsal Yaddaş” kimi təqdim olunan, ancaq içi hələ də boş olan bu format (http: //mek.az/mry.aspx) işlənilməyibsə, hansı dünya ədəbiyyatı kitabxanasına inteqrasiyadan və ya elmi mübadilədən söhbət gedə bilər.

Bakı Dövlət Universitetindən sonra yeganə yüksək ixtisaslı kadr hazırlayan, ümummilli lider Heydər Əliyevin fərmanı ilə elmi status alan bu müəssisəni adi kitabxanaya çevirib, idarəçilərini də bibioğlu, xalaoğlu, qardaşoğlu, dost, rəfiqədən təşkil ediblərsə, demək AMEA-nın Mərkəzi Elmi Kitabxanası ali mqsədə xidmətdən çox-çox uzaqdır.

Bilirsiz, niyə? Çünki, 90 illik ənənəsi olan elmi kitabxana hazırda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq kimi əsas meyarlardan çox-çox geridə qalıb. Belə görünür, orada nadir və qiymətli kitabların, elmi vəsaitlərin aqibətini bir uşaq belə müalicə etməmiş, həkim Leyla İmanova və ətrafının ixtiyarına buraxmaqla, AMEA-nın Mərkəzi Aparatı hələ də seyrçi mövqe sərgiləyir, orada baş verənlərin ciddiliyindən yayınmaq təşəbbüsünə üstünlük verir. Belə olmasaydı, yəqin ki, ümumi dəyəri 122.567 min manat olan 113 ədəd kompüter və notbukun oğurlanmasına dair cinayət işinin təsdiqindən sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Yeni Tenologiyalar üzrə direktor müavini Ruzi

Məmmədovun, Təsərrüfat Şöbəsinin müdiri İbad Əliyevin, Ümumi İşlər üzrə direktor müavini Fuad Aslanovun və digərlərinin işdən çıxarılmasına dair AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 26 sentyabr 2018-ci il tarixli təqdimatı ilə AMEA-nın prezidentinə olunan müraciətə əsasən ikincinin çıxardığı qərar icra olunardı. Yəni adları yuxarıda çəkilən Mərkəzi Elmi Kitabxananın müavinlərinin işdən çıxarılmasına dair qərar Leyla İmanova tərəfindən icra olunardı, heçə sayılmazdı.

Məlum müavinlər işlərində hələ də qalırsa, direktor Leyla İmanovaya töhmət verilibsə, adı çəkilən digər məsul şəxslərin isə işdən azad edilməsi mümkünləşməyibsə, Mərkəzi Elmi Kitabxanada mövcud vəziyyət görünür ki, bundan sonra da düzəlməyəcəkdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilən Leyla İmanova və məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilən müavinlər mövcudluqlarını kitabxananın kollektivinə diktə şəklində tort kəsib, paylaşımlar etməklə hələ də sürdürürlərsə, onlar hansı haqla fakt üzrə məsuliyyət daşıyan digər işçiləri müəyyən edib, onlar barəsində ciddi intizam, tənbeh tədbiri görüb, nəticəsi barədə də AMEA-nın Rəyasət Heyəti aparatının kadrlar şöbəsinə məlumat verəcəklər. Demək, Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanova edilmiş müraciət və onun da 28 sentyabr 2018-ci il tarixli məktubu ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının adı çəkilən məsul vəzifəli şəxsləri barəsində ciddi intizam tənbeh tədbiri görülməsi, formal olaraq kağız üzərində qalacaq, kitabxana bir neçə ildən sonra daha acınacaqlı duruma düşəcəkdir. Yəqin ki, gec-tez buna məsul olan şəxslər baş verənlərin məsuliyyətinə dair cavabdehlik daşıyacaqlar. Lakin onda gec olacaq və mətbuat da bu məsələyə hazırkı şəkildə seyrçi münasibət bəsləməyəcək.

Qeyd edək ki, bir az əvvəl mətbuatda xəbərlər yayılmışdı ki,AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olub.Eləcə də ,kitabxananın direktoru Leyla İmanova qardaşının kürəkəni, həm də həyat yoldaşı Nazim İmanovun bacısı oğlu Məmmədov Ruzi Məharət oğlunu Yüksək Texnologiyalar və Layihələr üzrə, Ruzi Məmmədovun dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə, bibisi oğlu Əliyev İbad Barat oğlunu Təsərrüfat İşləri üzrə direktor müavinləri təyin edib. Xalası oğlu Quliyev Elman Rəqəmsallaşma, rəfiqəsi Səfərova Aygünü isə kitabxana xidməti şöbələrinə müdir qoyub”.

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Əvvəlki yazı

Dubaya qadın aparmış Amani kimdir?

Sonrakı yazı

Nazir Fərhad Əhmədova inanmamağa çağırdı

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.