37 yaşlı türk ana Rukiye Ö. və qızları Peri Ö. (8) və Masal Ö. (5) ölü tapıldı. Ailənin qohumunun “qohumlarımızla əlaqə saxlaya bilmirik” xəbərindən sonra polis hərəkətə keçib.
Evə gedən polis ana və iki qızının cəsədlərini tapıb. Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində Recklinghausen polisi və Bohum prokurorluğu tərəfindən qətl komissiyası yaradılıb.
Hadisədən sonra həyata keçirilən əməliyyatlarda 35 yaşlı ata Uğur S. şübhəli şəxs qismində saxlanılıb. Ölən ana və qızının fevral ayında Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Almaniyaya gəldikləri öyrənilib.
İstintaq davam edərkən, ana və qızın ölümünün dəqiq səbəbinin məhkəmə-tibbi ekspertizaları nəticəsində müəyyən olunacağı bildirilib.