Qərb ölkələrinin Ukraynaya hərbi yardımı davam edir. Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya 2,7 dəyərində hərbi yardım veriləcəyini açıqlayıb.
Nazir Pistorius, “Hamımız bu dəhşətli və qeyri-qanuni müharibənin bir an əvvəl bitməsini arzu edirik. Təəssüf ki, nə vaxt bitəcəyini təxmin edə bilmərik. Buna görə də Almaniya nə qədər vaxt aparsa da, əlindən gələn köməyi göstərəcək” dedi.
Pistoriusun açıqladığı yardım paketinə 30 Leopard 1 tankı, 20 Marder tipli zirehli döyüş maşını, 200-dən çox kəşfiyyat təyyarəsi və 4 İris-T zenit sistemi daxildir.
Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya mümkün səfərindən əvvəl açıqlanan hərbi yardımın Almaniyanın müharibə başlayandan bəri Ukraynaya eyni vaxtda göstərəcəyi ən böyük hərbi yardım olduğu bildirilir.