Liman şəhəri Hamburqda Billstr küçəsində, əsasən əfqan və türklərin ikinci əl malların satıldığı anbarda naməlum səbəbdən yanğın baş verib.
Kiçik bir yanğın olaraq xarakterizə edilən hadisə, səmanı tüstü bürüdükdən sonra böyüdü.
Ətraf rayonlarda yaşayan əhalinin mobil telefonlarına evdən çölə çıxmamaq, pəncərələri, kondisionerləri açmamaq barədə xəbərdarlıq mesajları göndərilib. Küləyin təsiri ilə tüstü 3-4 kilometr aralıda olan şəhər mərkəzinə doğru hərəkət edib.
Polis zəhərli qazla bağlı ən azı 140 nəfəri ərazidən təxliyə edib. Hadisə yerində olan polis və yanğınsöndürənlər də xüsusi maskalar taxıblar.
BÜTÜN GÖRÜŞLƏR LƏĞV EDİLDİ
Hamburq yanğınsöndürmə briqadası Rothenburgsort məhəlləsində geniş təhlükəsizlik tədbirləri görüb. Tədbirlər çərçivəsində S21 qatar stansiyası bağlanarkən, bu stansiyadan keçəcək qatar xidmətləri də ləğv edilib.