05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

”Ali Baş Komandanımıza güvənərək səbrlə mübarizəmizi davam etdiririk”

12 Oktyabr 2020, 19:53
Cəmiyyət
A A
”Ali Baş Komandanımıza güvənərək səbrlə mübarizəmizi davam etdiririk”
pinterest sharing button
email sharing button
sms sharing button
sharethis sharing button

Könül İsmayılova: “Dinc əhalimiz öldürülür, şəhərlərimizə ziyan dəyir, şəhidlərimiz var”

 

Bu gün Rusiyanın Ermənistanın Qarabağda apardığı müharibəyə müdaxilə etməməsi və kənarda dayanması regionun əsas dövlətinin müsbət addımı kimi dəyərləndirilsə də, münaqişənin həlli missiyasını daşıyan ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq sərgilədiyi münasibət qeyri-ciddi, laqeyd yanaşma kimi qavranır. Ermənistan heç bir hüquqa məhəl qoymadan Azərbaycanın bütün ərazilərinə bombalar yağdırır. Evlər dağılır, mülki insanlar qətlə yetirilir və bu münaqişə ilə bağlı məsuliyyət daşıyan həmsədr dövlətlər, beynəlxalq təşkilatlar susur, danışanda isə Azərbaycanı ittiham edirlər. Bəs görəsən Moskva görüşündə qəbul edilən “humanitar atəşkəs”dən sonra Ermənistanın Mingəçevir və Gəncəyə raketlərdən zərbə endirəndə Rusiya niyə susdu?

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova Rusiyanın həmişəki kimi erməni mövqeyində qaldığını bildirdi.

 

Onun sözlərinə görə, Putin sentyabrın 27-dən başlayaraq Paşinyanı sözdə xeyli intizarda saxlasa da, iş əmələ gələndə Ermənistan tərəfdə olduğunu açıq göstərdi:

 

“Moskva görüşündə imzalanan bəyannamədən heç yarım saat keçmədi ki, Ermənistan erməni mənfurluğunu bir daha sübut etdi. Azərbaycanın güclü ordusu qarşısında zəif olan düşmən dinc sakinlərə qarşı terror etdi, növbəti soyqırıma cəhd etdi. Nəyə görə Azərbaycan insanları öz ərazilərində erməni bombaları ilə qətlə yetirilməlidir və nəyə görə beynəlxalq ictimaiyyət, eləcə də Rusiya Ermənistana qarşı təsir göstərməməlidir. Əgər Ermənistan Azərbaycanın sərhədlərini pozursa, Azərbaycan niyə qəsbkar dövlətin cavabını verməməlidir. Düzdür, ermənilər “humanitar atəşkəsi”də pozub ərazilərimizi raket zərbələrinə məruz qoyanda ordumuz əks-hücumlarla bunun qarşısını alır, amma fikrimcə bu yetmir. Dinc əhalimiz öldürülür, şəhərlərimizə ziyan dəyir, şəhidlərimiz var. Nə vaxta qədər düşmənin, yaxud onun havadarlarının nazıyla oynayacağıq?”

 

“Nəyə görə bu siyasi müsəlləh əsgərlərə efir verilmir?”

 

Könül İsmayılova vurğulyıb ki, bu gün istər iqtidar, istərsə də müxalifət partiyaları baş verənlərlə bağlı yalnız partiya daxilində deyil, ictimai olaraq da xalqa, dünyaya sözünü çatdırmalıdır:

 

“Təəssüflər olsun ki, bəzi televiziya kanallarımız ölkəmizin bu gərgin durumunda da ayrı-seçkilik edir, efirlərə eyni şəxsləri şıxarıb eyni fikri təkrar-təkrar söylədirlər. Partiyamızın sədri Hafiz Hacıyevin bu gün müsahibəsində dediyi kimi, məgər siyasi partiya rəhbərləri danışa bilmir? Axı bütün müxalifət partiyaları cənab Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini bəyan etdilər, onun müsəlləh əsgəri olduqlarını dedilər. Nəyə görə bu siyasi müsəlləh əsgərlərə efir verilmir? Partiya olaraq hər birimiz reallıqları xalqa çatdırmalı, lazım olduqca təmkinli olmağa çağırmalı, ümumi dərdimizi bölüşməliyik. Ruslar həmişəki kimi bizə, türk millətinə olan nifrətini həmişəki kimi açıq-aşkar ortaya qoyublar. Onların televiziyada apardıqları anti Azərbaycan təbliğatı, dövlətimizə qarşı təhqiri görürük. İctimaiyyət də bizi qınayır ki, nəyə görə bizim siyasilər susur. Susmuruq, saytlarda, qəzetlərdə, “youtube” kanallarında sözümüzü deyirik, sadəcə Azərbaycan televiziyalarında efir məkanımız məhduddur. Bax elə buna görədir ki, istər rus, istər erməni siyasiləri, jurnalistləri təbliğat baxımından bizi üstələyirlər”.

 

K.İsmayılova onu da xatırlatdı ki, seçkilərdən öncə Jirinovski  necə demişdi ki, istiqlalçı, türkpərəst, qərbpərəstlər milli məclisdə olmayacaq, elə də edildi:

 

“O üzdən Bakıdakı “5-ci kolon” da ağzına su alıb oturacaq. Amma yenə də MMP olaraq Ali Baş Komandanımıza güvənərək istər daxili, istərsə də xarici düşmənlərimizlə səbrlə mübarizəmizi davam etdiririk. Güc bizlərə düşür. Ruhdan düşmürük və Qələbəyə doğru gedirik.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”

 

Əvvəlki yazı

52 şagird koronavirusa yoluxub

Sonrakı yazı

Paşinyanın sevimli raket kompleksi məhv edildi – FOTO

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.