10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ali Baş Komandanımız xalqa verdiyi sözə layiqincə əməl edir

12 Oktyabr 2021, 18:49
Cəmiyyət
A A
Ali Baş Komandanımız xalqa verdiyi sözə layiqincə əməl edir

 

Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirmiş olduğu bütün məqsədyönlü, siyasi tədbirlər Azərbaycanın gələcək problemlərinin həllinə yönəlmişdi. Heydər Əliyev hələ Sovetlər dönəmində Azərbaycan üçün çox işlər görmüşdü. Azərbaycanı ön sırada gedən, sürətlə inkişaf edən bir respublikaya çevirmişdi. Respublikamızın ağır günlərində hakimiyyətə gələrək, işğalın və vətəndaş qarşıdurmasının qarşısını almışdır. Heydər Əliyev işlədiyi bütün dövrlərdə ümümxalq məhəbbətini qazanmış, xalqın ağır günündə onun xilaskarına çevrilmişdir.
Ümumilli Liderimiz Heydər Əliyev çalışaraq bizim üçün şanlı, şöhrətli, güclü, qüdrətli bir dövlət yaratdı.
Nə xoş bizim halımıza ki, bizə belə bir fenomenal bacarığa sahib olan rəhbər bəxş edilmişdi.
Heydər Əliyev bir fenomen idi, o, başladığı işlərin necə davam edəcəyini və necə başa çatacağını əvvəlcədən bilirdi.
Ağır xəstə olduqda, canından artıq sevdiyi vətəni, xalqı üçün çalışa bilməyəcəyini də hiss etmişdi. Ona görə də o, 2003-cü ilin oktyabr ayının 1-də ona qəlbən inanan, səs verən, etibar edən xalqına müraciət edərək öz namizədliyini özünün siyasi varisi olan İlham Əliyevin xeyrinə geri götürərək bildirmişdi: “Üzümü Sizə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin 1-ci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Xalq Ümummilli Liderinin siyasi davamçısına 2003-cü ilin oktyabr ayının 15-də səs verməklə öz firavan gələcəyinə, ölkədə sabitliyin qorunub saxlanılmasına səs vermişdi.
Cənab İlham Əliyev xalqın etimadını qazandı, 76 faiz səslə Respublika
Prezidenti seçildi. Dövlət başçısı andiçmə mərasimində dedi ki, mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm.
Oktyabr ayının 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs verib. Sülhə, əmin-amanlığa , tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs verib. Bu siyasətə Azərbaycanda alternativ yoxdur.
“Mən bu gün bu yüksək kürsüdən əziz prezidentimiz Heydər Əliyevə müraciət edərək deyirəm: – Əziz Prezident, sənin əsərin olan Azərbaycanı gücləndirəcək, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.
Bu gün Cənab Prezidentimiz İlham Əliyev xalqına və Ümummilli Lider Heydər Əliyevə verdiyi sözə layiqincə əməl edir.
Yeni əsrin yeni lideri kimi Azərbaycanı hər sahədə irəli aparır. Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə həyatımıza yeni bir nəfəs gətirdi. Azərbaycan onun sayəsində dünyanın inkişaf edən ölkələrindən birinə çevrildi. İlham Əliyevin siyasəti, diplomatiyası sayəsində Azərbaycanı bütün dünya tanıdı.
Ermənilər tərəfindən bacarıqsız, gücsüz xalq kimi tanıdılan Azərbaycan, Cənab Prezidentimiz İlham Əliyevin güclü siyasəti nəticəsində güclü orduya sahib olan, qorxmaz, qəhrəman, vətənpərvər, mültikulturalist xalq kimi, qüdrətli dövlət kimi tanındı, hörmət edildi. Cənab Prezidentimiz sayəsində Azərbaycan ən yüksək kürsülərdə söz sahibinə çevrildi. Azərbaycan dünyada söz sahibi oldu. Güclü, nəhəng ölkələr belə artıq Azərbaycanla hesablaşmağa başladı. Cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın dostları günbəgün artdı.
Respublika Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində xalqı üçün, vətəni üçün gördüyü işləri saymaqla bitməz. Onun amalı xalqını daha xoş, daha firavan günə çıxartmaqdır.
İlham Əliyev hər bir sahədə, eləcə də qeyri-neft sektoru sahəsində nəhəng infrastruktur layihələr həyata keçirdi.
Güclü dövlət güclü təhsildən başlayır. Odur ki, Azərbaycanda təhsilin inkişafına diqqət yetirildi. Bu sahədə xeyli işlər görüldü. Şəhər və kəndlərimizdə, hətta ucqar dağ kəndlərində belə minlərlə müasir məktəb binaları inşa edildi. Təhsil müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi üçün vəsait ayrıldı.
Gənclərin sağlam böyüməsi, Azərbaycanda idmanın inkişafı üçün, idmançılarımızın Azərbaycanı Beynəlxalq yarışlarda layiqincə təmsil etmələri üçün Olimpiya Kompleksləri inşa etdirdi. Xalqın sağlamlığının qeydinə qalaraq yüzlərlə səhiyyə ocaqları, Diaqnostika mərkəzləri, laboratoriyalar tikdirdi.
Pandemiya dövründə Azərbaycan vətəndaşlarının COVİD-19 virusu adlanan bu bəladan az itkilərlə qurtarması üçün ölkəyə vaksinlər gətirtdi. Böyük vəsaitlərlə alınıb gətirilən bu vaksinlər vətəndaşlara pulsuz vuruldu. Eyni zamanda bu xəstəliyə tutulanların sağalması, tezliklə sağlam həyata qaytarılması üçün, onlarla modul tipli xəstəxanalar tikildi, laboratoriyalar istifadəyə verildi, xarici ölkələrdən həkim briqadaları dəvət olundu.
Azərbaycan İqtisadiyyatı yüksək templə irəlilədi. Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyuldu. Ölkədə sahibkarlıq sektoru genişləndi. Sahibkarlığa milyonlarla manat güzəştli kredit ayrıldı.
Respublikamız hal-hazırda özünün ərzaq təhlükəsizliyini təmin edən ölkələr sirasındadır.
Azərbaycan BMT Təhlükəsizlik şurasına üzv seçildi, bütün dünyada İçtimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Bütün dünya Xocalı soyqırımını tanımağa başladı.
Azərbaycan Silahlı Qüvvələri ildən ilə öz gücünü, taktikasını artırdı. Ordumuz müasir silahlarla təchiz olundu.
Nəhayət Ali Baş Komandanımızın uzaqgörən siysəti nəticəsində 30 il düşmən tapdağı altında qalan müqəddəs, tarixi torpaqlarımız 44 günlük müharibə nəticəsində işğaldan azad edildi.
Bu gün işğaldan azad edilən torpaqlrımızda genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. İnfrastruktur layihələr həyata keçirilir. Yollar çəkilir, evlər, binalar inşa olunur, məktəblər, xəstəxanalar, içtimai-iaşə obyektləri tikilir. Çox keçməz ki, 30 il həsrətlə gözləri yol çəkən qaçqın və köçkünlərimiz öz yurd-yuvalarına dönərlər.
Xalqımız Azərbaycanın böyük oğlu, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə vətən üçün, xalq üçün gördüyü bütün işlərə görə minnətdardır.
Şəhla Ağbulud

Əvvəlki yazı

Azərbaycanda “halal market”də BİABIRÇILIQ

Sonrakı yazı

Güclü külək olacaq – XƏBƏRDARLIQ

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.