10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ailəsi şikayətçi olmasa belə, Fuad Qəhrəmanlı həbs oluna bilər” – hüquqşünas

21 Oktyabr 2019, 09:35
Cəmiyyət
A A
“Ailəsi şikayətçi olmasa belə, Fuad Qəhrəmanlı həbs oluna bilər” – hüquqşünas

AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə bağlı sosial şəbəkələrdə yaşanan qalmaqal səngisə də, onun barəsində açılan cinayət işinə xitam verilməyib. Məlumat üçün bildirək ki, Fuad Qəhrəmanlı yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq etməkdə günahlandırılır.

Ona qarşı bu məsələ ilə bağlı cinayət işinin açılması xəbəri yayıldıqdan sonra xanımı Zümrüd Yağmur təkrar açıqlama yaydı. Bu dəfə Z. Yağmur və qızlarının ərindən şikayətçi olmadığını bildirib və cinayət işinin bağlanmasını istəyib. O, bununla bağlı baş prokuror Zakir Qaralova ərizə ilə müraciət etdiyini də bildirib. Zümrüd Yağmur ərizəni sosial şəbəkə hesabında paylaşıb: “Bildirirəm ki, nə mənim, nə də qızlarım Selcan və Sənayın Qəhrəmanlı Fuad Əli oğluna qarşı heç bir şikayət və tələbim yoxdur, gələcəkdə də olmayacaq”, – deyə ərizədə bildirilib.

Lakin hələ ki, Fuad Qəhrəmanlının cinayət işinə xitam verilməsi və ya digər bu kimi məsələlər barəsində rəsmi məlumat yayılmayıb. Milli Şuranın oktyabrın 19-da razılaşdırılmamış aksiyasında iştirak edən Fuad Qəhrəmanlı saxlanıldıqdan sonra Zümrüd Yağmur onunla bağlı təkrar statuslar yazıb. Bu statuslarda o, Fuad Qəhrəmanlıdan şikayətini ifadə etməyib, əksinə, bildirib ki, əgər Qəhrəmanlı siyasi fəaliyyətinə görə həbs ediləcəksə, onu yenidən müdafiə edəcək.

Onu da bildirək ki, Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun məlum videomüraciətlərindən sonra bir qrup QHT nümayəndələri də işin araşdırılması və hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdilər. Baş prokuror Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı barəsində qeyri-hökumət təşkilatlarının Baş Prokurorluğa müraciəti baxılma ərəfəsindədir.

O söyləmişdi ki, qadın və uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatları Baş Prokurorluğa Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair müraciət ediblər: “Həmin müraciət hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir. Sözsüz ki, ilk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq”.

Nəticə olaraq F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə ittiham olunur.

Bəs indiki bu vəziyyətdə qanunlar nə deyir? Ailəsinin müraciətinə görə Fuad Qəhrəmanlının həbs təhlükəsi sovuşdumu?

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, əslində onun ailəsinin yazılı müraciəti barəsində hansısa məlumatı görməyib: “Ola bilər ki, prokurorluq kütləvi informasiya vasitələrində yazılanlara əsasən araşdırma aparıb, cinayət işi açılıb. Gərək şəxsin şikayəti ola və bunun əsasında araşdırma aparıla. İstənilən halda, əgər cinayət işi qaldırılıbsa, bunu barışmaqla yəqin ki, yola vermək olmayacaq. Yəni prokurorluq cinayət işinin araşdırılmasından imtina etməyəcək. Sadəcə olaraq şikayətin olmaması gələcəkdə işin məhkəməyə göndərilib-göndərilməməsi məsələsində nəzərə alına bilər. Qanunvericilikdə qeyri-hökumət təşkilatlarının müraciəti əsasında cinayətin başlanması nəzərdə tutulmayıb. Sadəcə olaraq, məhkəmə zamanı hansısa iddia qaldırmaq olar. Ancaq cinayət işinin başlanması, araşdırmanın aparılması bu xüsusda nəzərdə tutulmayıb. Sadəcə olaraq qanunvericilikdə var ki, KİV-də yayılmış məlumatlar əsasında araşdırma başlanılsın. Onlar da yəqin ki, bunu əsas tutublar. Araşdırmanın nəticəsi nə olacaqsa, bunu təcrübə göstərə bilər. Əlbəttə ki, xitam verə, yaxud araşdırmanı axıra qədər aparıb, Fuad Qəhrəmanlını həbs də edə bilərlər. Hər şey istintaqın yanaşmasından asılı olacaq”.

Əsabəli Mustafayev başqa məqamlara da toxundu: “Burada əsas məsələ odur ki, zərərçəkmişlər ifadə verməli və istintaq tərəfindən zərərçəkmiş kimi tanınnmalıdırlar. Ancaq bu, onların razılıqları əsasında mümkündür. Əgər onlar ifadə verməyə, zərərçəkmiş kimi tanınmağa razılıq verməsələr, bu, artıq araşdırmanı dayandıra, istintaqın gedişini çətinə sala bilər. Nəticədə istintaq nəticəsiz başa çata bilər. Bu cür məqamlar da var. F. Qəhrəmanlının xanımının mətbuata verdiyi açıqlamadan belə başa düşdüm ki, onlar istintaqın aparılmasını istəmirlər. Yəqin ki, zərərçəkmiş kimi də ifadə verməyəcəklər. Bu, problem yaradacaq. Artıq istintaq özü qərar qəbul edəcək ki, məsələni necə həll eləsin. İndiki halda istintaqın nə edəcəyini söyləməkdə çətinlik çəkirəm”.

Əvvəlki yazı

SARKİSYANIN QARABAĞLA BAĞLI RAZILAŞDIĞI HƏLL PLANI AÇILDI

Sonrakı yazı

Sabunçuda 8 yaşayış binası sökülür – Səbəb

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.