“2006-cı ildən, yəni komitə yaranandan məişət zorakılığının qarşısının alınması üçün mütəmadi olaraq fəaliyyət göstərir”. Bu sözləri Reportyor.info-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. Komitə rəsmisi saytımızda gedən “Hicran Hüseynova qadın zorakılığına susur” başlıqlı tənqidi məqalə ilə bağlı qeyd edib ki, deyilənlər tənqiddən uzaqdır: “Əvvəla, son günlərdə Hicran xanım, Sədaqət xanım, eləcə də mənim tərəfimdən məişət zorakılığı ilə bağlı onlarla müsahibələr, açıqlamlar verilib. Digər tərəfdən, komitənin gündəlik fəaliyyəti çərçivəsində cəmiyyətdə, ailədə uşağa, qadına qarşı şiddətlə bağlı işlər görülür. Nəinki qanunvericiliyin təkmilləşdirilməsi sahəsində, hansı ki “Məişət zorakılığı” haqqında qanun layihəsi komitə tərəfindən təqdim olunub, eyni zamanda Nazirlər Kabinetinin qaydaları qəbul edilib, 2015-ci ildə Monitorinq Komitəsi yaradılıb. Bununla bərabər il ərzində hər gün zorakılıq törədən və törədə bilə insanlar qeydiyyata götürülürlər. Çox təəssüf ki, son üç qətllə bağlı nə komitəyə, nə mediaya, nə icra hakimiyyətinə, hər hansı QHT-yə siqnal daxil olmayıb”. E.Səfərov söyləyib ki, qanun pozuntusu ilə mübarizəni hamılıqla gücləndirməliyik: “Məişət zorakılığı bir cinayətdir. İllərdir ki, komitə təkcə maarifləndirici tədbirlər aparmır, həmçinin, zorakılıqla üzləşən və şiddət törədən şəxslərlə iş görülür, onlarla söhbət aparılır. Təkcə komitə deyil, Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi, İcra Hakimiyyətlərinin səlahiyyəti var ki, tədbirlər keçirsin, maarifləndirici addımlar atılsın”. Komitə sözçüsü onu da əlavə edib ki, media zorakılığın qurbanı olanlarla bağlı həssaslıq göstrəməlidir: “Biz mətbuatdan xahiş edirik ki, qurbanın ad-soyadını açıqlamasınlar. Çünki onların uşaqları qınana bilər, axı biz o uşaqları müdafiə etmkiyik. Ümumiyyətlə, bu işi bir yedə aparmalıyıq. O ki qaldı, Hicran Hüseynova və Sədaqət Qəhrəmanova haqqında bəzi iddialara, onların heç biri məhkəmə və ya hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənməyib”.
REPORTYOR.info