“Rusiya təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı törədilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatlıq keçirirəm”.
Bunu Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko rəsmi “X” hesabında yazıb.
“Fikirlərim qurbanlar və onların ailələri ilədir”, – o bildirib.
